Blog

  • Elgün Həsənovun təqdimatında Elektronika #001​ – Bipollar və elektrik cərəyanı

    Elgün Həsənovun təqdimatında Elektronika #001​ – Bipollar və elektrik cərəyanı

    Dövrümüzdə “Maker“ hərəkatı, 3D printerlər və Arduino həvəskar elektronika sahəsinə yeni nəfəs gətirmişdir. Getdikcə istedadlı ixtiraçılar, həmçinin yenilikçilər prototip, eyni zamanda mürəkkəb sxemlər yaratmaq yolunda müasir və yüksək texnologiyaya daha da yaxınlaşırlar. Bununla yanaşı, həqiqətən tamamlanmış proyektlər həyata keçirmək üçün yalnız Arduino proqramlaşdırmağı bilmək kifayət etmir, eyni zamanda elektronika biliklərinə də ehtiyac var.

    MSN Robot saytı sizlərə Elgün Həsənovun təqdimatında “Hər kəs üçün ELEKTRONİKA” kitabındakı mövzulara əsasən video dərslər təqdim edir. Hazıra təqdim edəcəyimiz Video dərsin mövzusu Bipollar və elektrik cərəyanıdır.

    Bipol nədir? Ümumiyyətlə bipol deyilən bir dövrə elementi yoxdur. Bipol nəzəri olaraq bəzi məsələləri izah etmək üçün istifadə edilən bir termindir. Bipollar elektrik sxemlərdə istifadə olunan bir elementdir.

    Bipol elementi rezistor, kondensator, induktor və s. ola bilər. Bir neçə bipol birləşərək dövrələr əmələ gətirir. Bipollardan istifadə qısa müddətdə dayandırılacaq. Bütün dünyada mühəndislər bir-birlərinin danışıq dillərini başa düşməsələr də, sxemlər ilə nə demək istədiklərini başa düşürlər. Çünki elektrik sxemlər beynəlxalq bir sistemdir və hər bir elektronika mühəndisi tərəfindən başa düşülür.

    Daha ətrfalı video materialdan izləyə bilərsiniz.

  • Ən çox saxtası istehsal edilən telefonların siyahısı paylaşılıb

    Ən çox saxtası istehsal edilən telefonların siyahısı paylaşılıb

    Son məlumatlara görə, son illərdəki kimi Samsung tərəfindən satışa təqdim edilən telefonlar ən çox saxtası istehsal olunan telefonlar sırasında ilkdir.

    “Samsung”un saxta məhsulları bu baxımdan bazarın 34%-nə sahibdir. Apple 13% ilə ikinci sırada yer alır, hesablamalara görə, “Huawei”nin 8% və “Xiaomi”nin 7% payı var. Əlbətdə siyahıda OPPO, HonorVivo kimi markalar da var. Bəs ən saxta telefon nədir? Yenə də son məlumatlara görə ən saxta telefon Samsung modeli deyil. Liderlik Huawei P10 modelindədir, ikincisi iPhone X, üçüncüsü Galaxy S9 Plus. İlk 10 model arasında dörd fərqli Samsungun Galaxy seriyalı telefon var.

    Xiaomi Samsung

    Mənbə: www.techland.az

  • Robotlaşdırılmış mobil yanğınsöndürmə sistemləri

    Robotlaşdırılmış mobil yanğınsöndürmə sistemləri

    Robotlaşdırılmış Mobil Yanğınsöndürmə

    Dünyanın bir çox ölkələrində robototexnika sahəsinin inkişafı sənayenin avtomatlaşdırılmasında mühüm rol oynayır. Belə ki, bu texnologiyalar insan faktorunun iştirakını azaltmağa imkan verdiyindən, məsafədən idarə olunan qurğuların işlənilməsi müasir dövrümüzdə öz aktuallığını saxlamaqdadır [1,2].

    Təhlükəli hadisələr zamanı (yanğın, kimyəvi, bioloji, radioloji, nüvə və partlayıcı) canlı qüvvələr tərəfindən xilasetmə tapşırıqlarını icra etmək çox risklidir və hətta bəzi hallarda qeyri-mümkündür. Dünyanın bir çox ölkələrində qismən də olsa belə təhlükələrin qarşısı məsafədən idarə olunan müxtəlif texnoloji qurğular vasitəsilə alınır. Sistemli aparılan araşdırmalar sübut edir ki, tədqiq edilən qurğular sırasında robotlaşdırılmış mobil yanğınsöndürmə qurğusunun yaradılması daha aktual və məqsədəuyğundur. Qurğunun yaradılması aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

    robotlaşdırılmış mobil yanğınsöndürmə qurğuları haqqında məlumatların toplanması;

    – qurğuların vacib xüsusiyyətlərinin araşdırılması;

    – təhlillərin aparılması;

    – məlumatların sistemləşdirilməsi;

    – daha optimal qurğu və hissələrin müəyyənləşdirilməsi [1,2].

    Yanğınsöndürmədə istifadə olunan robotlar məsafədən idarə edilən, maili və 3600 dönən ucluqla təchiz edilmiş altlıqlı lülədən ibarətdir. Bu cür qurğular xüsusi zərbəyə və partlayışa davamlı gövdələrdə yığılmış və həm idarəedilən, həm də avtonom rejimdə ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulmuşdur. Yanğının söndürülməsini həyata keçirən robot yalnız yanğının istiqamətini və gücünü qiymətləndirməklə kifayətlənmir [3,4,5]. Sistemə daxil olan ayrı-ayrı xəbərdaredici cihazlar alovlanma mənbəyinə qədər olan məsafəni müəyyən edir və buna müvafiq olaraq ucluqdan çıxan şırnağın gücünü və hansı məsafəyə vurulmasını tənzimləyir. Dönən ucluq yanğınsöndürən agent qismində həm adi suyu, həm də köpüyü istifadə etməyə imkan verən qurğu ilə təchiz edilir. Bundan əlavə yanğınsöndürən agentin püskürdülməsinin özü də nizamlana bilir. Məsələn, robot suyu həm ümumi şırnaq şəklində, həm də ki, su hissəcikləri formasında vurmaq iqtidarındadır [6,7].

    Müasir materiallar yandıqda ətrafında insan həyatı üçün zəhərli atmosfer yaradır. Belə zəhərli atmosfer səraitində yanğının söndürülməsində iştirak edənlər öz vəzifələrini kor-koranə yerinə yetirirlər. Bunların nəticəsi olaraq yanğınsöndürənlər bəzi hallarda ciddi xəsarət alırlar. Yüksək hərarəti olan mühit altlıqlı lülə üçün təhlükəli olmadığından, onun təxliyyə olunmasına ehtiyac qalmır. Yanğının episentrində olan belə lülə nöqtəvi yanğınsöndürməni həyata keçirməyə imkan verir ki, bu da yanğının təhlükəlilik səviyyəsinin aşağı düşməsinə şərait yaradır [8,9,10].

    İşin yerinə yetirilməsi ilə aşağıdakı problemlərin həlli nəzərdə tutulmuşdur:

    • robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının texniki xarakteristikalarının təhlili;
    • robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının iş prisiplərinin və struktur quruluşlarının analizi;
    • optimal robotlaşdırılmış mobil yanğınsöndürmə qurğusunun optimal variantının seçilməsi;
    • qurğunun struktur quruluşunun və fəaliyyət prinsipinin işlənilməsi;
    • qurğunun struktur quruluşu əsasında eskiz layihənin işlənilməsi;
    • qurğunun modelinin və fəaliyyətinin proqram təminatının işlənilməsi;
    • işlənilmiş proqram təminatının layihələndirilən qurğuya tətbiqi [11,12,13].

    Layihələndirilməsi nəzərdə tutulan robotlaşdırılmış mobil yanğınsöndürmə qurğusunun aşağıdakı məsələlərin həllində istifadəsi nəzərdə tutulmuşdur:

    – yağınsöndürmə və xilasedici dəstələrə yardım göstərilməsində;

    – hərbi obyektlərdə, kommunikasiya tunellərində, yeraltı keçidlərdə, dar küçələrdə, qapalı obyektlərdə, kimyəvi və pirotexniki məhsullar istehsal edən müəssisələrdə, yaşayış, ticarət və yanğın baş vermə ehtimalı olan müxtəlif obyektlərdə baş verən yanğınlara müdaxilə olunmasında;

    • yanğınsöndürənlərin təhlükəsizliyinin təmin edilməsində və yanğın baş verən zaman yanğına müdaxilənin asanlaşdırılmasında [14,15,16].

    İnsan həyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə, həmçinin insanın fiziki imkanları ilə uyğunlaşmayan iş şəraitində istifadəsi nəzərdə tutulan robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının aşağıdakı parametrlərə uyğun layihələndirilməsi nəzərdə tutulmuşdur:

    • təyinatından asılı olaraq çəkisi  –  50- 500 kq;
    • idarəolunma məsafəsi                – 200-1000 m;
    • texniki təchizat vasitələri       – gündüz və gecəgörmə videokameraları, lazer məsafəölçən, radiorabitə vasitələri, teplovizor;
    • hərəkət sistemi   –  təkərli (keçilməz yollar üçün təkərlər, şəhər mühiti üçün alçaq qabaritli təkərlər) və ya tırtıllı;
    • qida mənbəyi    –  akkumulyatorlar batareyası, elektrik generatoru və ya daxili yanma mühərriki (funksiyasından asılı olaraq);
    • manevretmə imkanları – 10-30 sm hündürlüklü maneələrin dəf edilməsi və 20-300 meyl bucağı olan relyef şəraitində hərəkət [17,18].

    Son onilliklərdə kütləvi istehsal və sınaqlarda robot texnikasının inkişafında böyük dəyişikliklər baş vermişdir. Ümumiyyətlə, robotlaşdırılmış komplekslər məsafədən idarə olunan moduldan və idarəedici pultdan ibarət olur. Modullar ölçülərinə, yerinə yetirdiyi tapşırıqların növünə, şassilərin konstruksiyalarına, korpusların konfiqurasiyalarına və bir sıra digər xüsusiyyətlərinə görə fərqlənirlər. Belə modullar hazırda ən yüngül robotlaşdırılmış vasitələr hesab olunur və onların yaradılmasında texnikanın və informasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə edilir. Avtomatlaşdırma səviyyələrinə görə modullar məsafədən idarə olunan və ya avtonom (bort kompüterinə qabaqcadan yazılmış proqrama uyğun fəaliyyət göstərən) olurlar. Mobil robotlar əsasən ətraf vəziyyəti müşahidə etmək, hədəfləri və ya obyektləri axtarıb tapmaq və onları tanımaq üçün tətbiq olunurlar [19,20,21]

    Bununla əlaqədar müxtəlif istehsalçı ölkələr üzrə robotlar haqqında məlumatlar sistemləşdirilmiş (cədv.1), onların texniki göstəriciləri təqdim olunmuşdur (cədv.2, cədv.3, cədv.4, şək.1). Həmçinin, cədvəl 1-də qeyd etdiyimiz yanğınsöndürmə robotları üçün aşağıdakı ümumi  xüsusiyyətlər də mövcuddur (cədv.5)

    Dünya ölkələrinin yanğınsöndürmə robotları
    Robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının ölçüləri və fiziki göstəriciləri
    Robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının diaqram göstəriciləri
    Robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının fiziki-texniki imkanları
    Yanğınsöndürmə robotlarının idarəetmə potensialı
    Yanğınsöndürmə robotlarının xarakterik xüsusiyyətləri

    Yuxarıda tədqiq olunan robotlaşdırılmış mobil yanğınsöndürmə qurğuları haqqında əldə olunan məlumatları təhlil edərək və texniki göstəriciləri ümumiləşdirilərək aşağıdakı kimi ifadə etmək olar.

    Araşdırılmış qurğuların texniki göstəriciləri yeni robotlaşdırılmış mobil yanğınsöndürmə qurğusunun işlənilməsi üçün texniki baza rolunu oynayır. Hər bir robotun əsas və özəl xüsusiyyətləri təhlil edilir, münasib parametrlərə malik qurğu hissələri seçilir, işlənilməsi nəzərdə tutulan robotlaşdırılmış mobil yanınsöndürmə qurğusu üçün təkliflər müəyyənləşdirilir [22,23]. Yeni robotun işlənilməsi üçün onun həndəsi göstəricilərinin və qabarit ölçülərinin dəqiq təyin edilməsi onun gücünə və çevikliyinə təsirinin nəzərə alınması vacib məsələlərdən biridir. Baxılan halda robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının həndəsi ölçülərinin (uzunluğu – 1620 mm, eni – 910 mm, hündürlüyü – 1430 mm,maneəni aşma hündürlüyü – 220 mm, kütləsi – 730 kq) seçilməsi və baxılan qurğular sırasında kompaktlıq və çeviklik baxımından Çin istehsalı olan RXR-MC80BD robotunun optimal baza modeli kimi götürülməsi məqsədəuyğun hesab edilmişdir (şək.2).

    Çin istehsalı olan RXR-MC80BD robotu

    Qurğuların hər birinin  sürəti araşdırılmış, çevik  və orta  sürətə malik olan       (6,9 m/san) Estoniyanın Multiscope Rescue robotu ən optimal variant kimi müəyyənləşdirilmişdir [22].

    İstismar  müddətindən  asılı  olaraq sərf  etdiyi enerjiyə görə qurğunun gücünün 2.4 kVt olması daha  unikal hesab edilmiş, araşdırılan sistemlər (Qiling UAV-Industrial M80D, RXR-MC80BD, RXR-MC80JD, MyBOT2000 və AirCore TAF-20 robotları) sırasında bu güc vahidinə daha çox üstünlük verilmişdir [14,23].

    Su şırnağının püskürtmə məsafəsi (55 m) və sürətinə (33,3 l/san) görə Xorvatiyanın MVF-5 və Rusiyanın URAN-14 MRTK-P robotlarının standartları texnoloji səmərəliliyinə görə daha əlverişlidir [15,16,23]. Suyun şırnaqdan çıxış təzyiqi 0,6 Mpa olan mobil yanğınsöndürmə qurğuları (Avstraliyanın TAF-20, Malayziyanın MyBOT2000, Çinin QilingUAV DA-YM95000D və RXR-M40D-1 robotlarında) da standartlara uyğun olaraq etalon hesab edilə bilər [16,24].

    Yanğına  nəzarəti asanlaşdırmaq və operativliyi təmin etmək üçün  su şırnağının üfüqi dönmə bucağının 3600 və şaquli istiqamətdə isə 20~900 olması daha münasib hesab edilmişdir. Araşdırılan sistemlər sırasında Rusiyanın URAN-14 MRTK-P, Cənubi Koreyanın Cəsus, Brazilyanın SACI, Malayziyanın MyBOT2000, Yaponiyanın Avtonom yanğınsöndürən Water Cannon və Dragon Firefighter, Çinin  QilingUAV DA-YM95000D və RXR-M40D-1 robotları bu tələbləri ödəmişdir [25].

    Robotlaşdırılmış mobil yanğınsöndürmə qurğusunun məsafədən idarəedilməsi üsulunun çoxfunksionallığı onun keyfiyyətinə xüsusi təsir göstərir. İlkin olaraq təklif olunan robotun 200 metrdən idarə edilməsi nəzərdə tutulmuşdur [26, 27,30].

    Fövqəladə vəziyyətlərdə, çətin mühitdə və şəraitdə istismarın asanlaşdırılması üçün robot sisteminin korpusunun zərbələrə, partlayışlara və həm də yüksək temperatura davamlı düralüminium və karbon-fiber materialından hazırlanması məqsədəuyğundur [15]. Robotlaşdırılmış qurğunun  istismar  müddətinin  artırılması üçün qənaətcil enerji çeviricilərindən,  ağır və ya çox  kütləyə malik  olmayan, çevikliyi ilə diqqəti cəlb edən  texnoloji  hissələrdən istifadə nəzərdə tutulmuşdur [27].

    Robototexniki yanğınsöndürmə qurğusu və  idarəetmə pultu arasında aparılan informasiya  mübadiləsinin təhlükəsizliyinin təmin edilməsinə, idarəetmə  prosesində  ləngimələrə və  informasiya  mübadiləsində  kənar müdaxilələrə yol verilməməsinə şərait yaradan   üstün protokolların seçilməsi daha önəmli hesab edilmişdir [28,30].

    Araşdırılmış robotlaşdırılmış mobil yanğınsöndürmə qurğularının bir çox texniki göstəricilərinin üstünlükləri, parametrik standartlara uyğunluğu, həndəsi ölçüləri, görünüşü, kompaktlığı və çevikliyi nəzərə alınmaqla Çin istehsalı olan RXR-MC80BD robot bazasında layihələndirmə işlərinin aparılması təklif edilmişdir 28,31.

    Layihələndirilməsi nəzərdə tutulan robotlaşdırılmış mobil yanğınsöndürmə qurğusu üçün təklif olunan əsas texniki göstəricilər

    Aparılmış araşdırmalar nəticəsində dünya təcrübəsində istifadə olunan bir sıra  robotlaşdırılmış mobil  yanğınsöndürmə qurğularının standart texniki göstəriciləri müqayisə olunmuşdur. Bununla da cədvəldə göstərilən texniki parametrlər əsasında dünyanın müxtəlif ölkələrinin standartlarına uyğun olaraq yanğınsöndürmə qurğusunun yaradılması nəzərdə tutulmuşdur. Layihələndirmə mərhələsində baxılan standartlarla yanaşı bir sıra yeni texniki xüsusiyyətlərin nəzərə alınması, qurğunun funksional

    imkanlarının təkmilləşdirilməsi və ümumilikdə modernləşdirmə işlərinin aparılması da istisna olunmur [29,31].

    Ədəbiyyat siyahısı

    1. Е.П. Попов, Е.И. Юревича. Робототехника.М.: «Мошиностроение»-1984. – 288 с.
    2. В.Д. Даровских. Робототехнические механизмы. Фрунзе «Кыргызстан»-1986, с.14-26.
    3. https://www.shark-robotics.com/en/
    4. https://www.azerbaycan24.com/yeni-nesil-yanginsonduren-robotlar-hazirlanib-video/
    5. https://1news.az/az/news/bu-olkede-yanginsonduren-robot-destesi-yaradildi
    6. https://nod.az/yeni-yanginsonduren-robot/
    7. https://xeberler.az/new/details/yanginsonduren-robot-teqdim-olundu-14108.htm
    8. https://news.milli.az/interest/845984.html
    9. https://azeridefence.com/katmerciler-yanginsondurme-robotu-hazirlayib-foto/
    10. https://azeridefence.com/katmerciler-yanginsondurme-robotu-hazirlayib-foto/
    11. https://emergency-live.com/az/firefighters/tecdron-yeni-yan%C4%9F%C4%B1ns%C3%B6nd%C3%BCr%C9%99n-robot-ess-2018-t%C9%99qdim-etdi/
    12. www.firefightersrobot.com
    13. http://www.robotpompier.com/en/
    14. http://www.qilinguav.com/product/detail.php/id-75.html
    15. http://www.qilinguav.com/product/detail.php/id-5.html
    16. http://www.qilinguav.com/product/detail.php/id-76.html
    17. https://topskytech.en.made-in-china.com/product/hBJxbYSvOzpQ/China-New-Generation-All-Terrain-Firefighting-Robot.html
    18. https://topskytech.en.made-in-china.com/product/gSNmCBOGbTYJ/China-High-Tech-Robot-for-Firefighting-and-Rescue.html
    19. http://www.hazardexonthenet.net/article/159843/Advanced-firefighting-robot-on-display-at-conference-in-Australia.aspx
    20. https://www.crisis-response.com/comment/blogpost.php?post=221
    21. https://www.slashgear.com/mitsubishi-reveals-autonomous-firefighting-water-cannon-robot-26571176/
    22. http://ictnews.az/read.php?lang=2&content=54919
    23. http://www.firerobots.ru/en/company/about/
    24. https://foxtrotalpha.jalopnik.com/russias-huge-robot-fightfighting-tank-is-being-put-in-1706894871
    25. https://www.armyrecognition.com/russia_russian_unmanned_aerial_ground_systems_uk/uran-14_mrtk-p_unmanned_robotic_mine_clearance_and_firefighting_tracked_vehicle_data_sheet_specifications_pictures_video11201166.html
    26. https://e-archivo.uc3m.es/bitstream/handle/10016/10858/preliminary;jsessionid=AFB0E8ACF66F4F053FE86BEB10EF6B5A?sequence=2
    27. https://www.researchgate.net/publication/318339584_Fire_Fighting_Mobile_Robot_State_of_the_Art_and_Recent_Development
    28. https://www.robolab.com.my/wp-content/uploads/2019/05/MyBOT-X-series_007_2018.pdf
    29. https://newatlas.com/thermite-robot/24445/
    30. http://www.roboticfirefighters.com/
    31. http://docs.cntd.ru/document/1200085791

    Н.М.Кафаров, С.Ф.Шукурлу, С.М.Касымлы, С.Б.Гасанова

    Роботизированные мобильные системы пожаротушения

    Резюме

    Исследованы технические характеристики и функциональные возможности роботизированных мобильных систем пожаротушения различных стран и выявлены их отличительные параметры. По результатам сравнительного анализа установлены наиболее оптимальные характеристики предполагаемой системы для разработки.

    S.F.Shukurlu, S.M.Gasimli, S.B.Hasanova

    Robotic mobile fire extinguishing systems

    Abstract

    The technical characteristics and functional capabilities of robotic mobile fire extinguishing systems from different countries are investigated and their distinctive parameters are revealed. Based on the results of the comparative analysis, the most optimal characteristics of the proposed system for development have been established.

  • “iPhone”da boşluq tapıldı – istifadəçilərin olduğu yeri müəyyənləşdirmək mümkündür!

    “iPhone”da boşluq tapıldı – istifadəçilərin olduğu yeri müəyyənləşdirmək mümkündür!

    “Apple” şirkətinin “iPhone” smartfonlarında istifadə edilən “Bluetooth” coğrafi mövqe izləmə sistemində istifadəçilərin olduğu yeri müəyyənləşdirməyə imkan verən boşluq aşkarlanıb. Bu barədə “Secure Mobile Networking Lab” şirkətinin kibertəhlükəsizlik üzrə tədqiqatçılarının məqaləsində deyilir.

    Onların sözlərinə görə, cinayətkarlar istifadəçinin olduğu yerlərin həftəlik tarixçəsini qeyri-qanuni ələ keçiriblər. Bunun üçün “iPad” planşetlərində, “iPod touch” pleyerlərində, “Apple Watch” “ağıllı” saatlarında, “Mac” kompüterlərində və “AirPods” simsiz qulaqcıqlarında mövcud olan “Find My” funksiyasındakı səhvdən istifadə edilib.

    Coğrafi mövqe izləmə funksiyası “Apple” qurğularından “Bluetooth Low Energy” (BLE) siqnallarını ötürür. Beləliklə, qurğular siqnalları korporasiyanın serverlərinə ötürməklə bir-birinin arasında olan məsafəni də müəyyənləşdirməyə imkan verir.

    Boşluq coğrafi mövqe haqqında məlumatları yükləyərək sonradan onların şifrini açmaq üçün şifr açma açarlarını ələ keçirməyə imkan verə bilər. Digər boşluq “AirTag” axtarış funksiyasının yaradılması əsasında işləyib. Bu imkandan istənilən istifadəçi yararlana bilər. “OpenHaystack” adlı proqram platforması şəxsi “Bluetooth” qurğularını izləməyə və informasiyaya aid əsas sözləri yaratmağa imkan verərək nəzəri baxımdan yaradılan əsas sözlər əsasında lazımi qurğu istifadəçilərini müəyyənləşdirməyə şərait yaradıb. Ekspertlərin sözlərinə görə, “Apple” artıq hər iki problemi aradan qaldırıb.

    Mənbə: techland.az

  • Xiaomi rekord sürətdə enerji yığan telefon hazırlayır…

    Xiaomi rekord sürətdə enerji yığan telefon hazırlayır…

    Xiaomi bu il ən üst səviyyəli bir modeldə 200 Watt sürətli şarj texnologiyasını istifadə etməyə başlayacaq.

    Son həftələrdə 200W sürətli şarj texnologiyasına sahib bir cihazın satışa hazır olduğu xəbərləri yayılmışdır. Çindən gələn yeni bir məlumatda, 200W sürətli şarj dəstəyi olan modelin Xiaomi tərəfindən istehsal edildiyi açıqlandı.

    Məlumatda  Xiaomi’nin 200W sürətli şarj texnologiyasını dəstəkləyən qabaqcıl smartfonunun bu ilin ikinci yarısında satışa təqdim oluna biləcəyi də bildirilir. Göründüyü kimi cihaz hazırda sınaq mərhələsindədir.

    Sözügedən 200W sürətli şarj texnologiyasının, simli sürətli şarj, simsiz şarj və əks simsiz şarjın bir kombinasiyası olduğu iddia edilir. Başqa sözlə, 200W güc yalnız simli şarjla əldə edilməyəcəkdir. Xiaomi-nin indiki flaqman smartfonu Xiaomi Mi 11-in onsuz da 115W şarj dəstəyinə sahib olduğunu nəzərə alsaq, bu inkişaf təəccüblü deyil. Ayrıca, keçən il çıxan Mi 10 Extreme Commemorative Edition, 180W şarjı dəstəkləyir.

    Qarşıdakı dövrdə Xiaomi-dən hansı yüksək sürətli şarjı dəstəkləyəcəyini görə biləcəyik. Mi 11 flaqman smartfonunun bir variantı olacaq, yoxsa tamamilə yeni bir cihaz olacaq? Bu sualın cavabını öyrənmək üçün bir neçə həftə daha gözləməli olacağıq.

  • Faylları Şəkil ilə Gizlətməyin Yolu

    Faylları Şəkil ilə Gizlətməyin Yolu

    Adi bir .jpeg/.jpg formatlı şəkildə istənilən faylları gizlədib saxlamaq olar.

    Bu şəkli daha sonra dostunuza da göndərə bilərsiniz. Bununla da məxfi məlumatlarınızı yad gözlərdən qorumuş olarsınız. Əgər ideya maraqlı gəldisə, o zaman gəlin başlayaq 🙂

    1. WinRAR proqramını yükləyin

     Bu gizli əməliyyatı həyata keçirmək üçün bizə WinRAR sıxlaşdırma proqramı lazımdır. Əgər kompüterinizdə WinRAR yoxdursa, onu buradan yükləyə bilərsiniz. Yüklədikdən sonra onu kompüterinizə instalyasiya edin.

    2. JPEG şəklini seçin

     Faylları gizləmək üçün .jpeg/.jpg formatında yaxşı bir şəkil seçin:

    Faylları Şəkil ilə Gizlətməyin Yolu
    The robot shows two fingers. 3d illustration.

    Bu şəklə yaddaqalan bir ad qoyun. Biz faylın adını sadə olsun deyə robot.jpg qoyduq.

    3. Gizlətmək istədiyiniz faylları seçin. Bunlar istənilən formatda (.exe, .txt, .mp3, .mpeg, .avi və s.) fayl ola bilər.

    4. WinRAR proqramını açın və seçdiyiniz faylları mausla proqram pəncərəsinin içərisinə daşıyın.

    5. Qarşınıza çıxan yeni pəncərədə arxivə ad qoyun və OK düyməsinə vurun. Biz arxiv faylının adını msnrobot.rar qoyduq.

    6. Sonra bir qovluq düzəldin və robot.jpg və msnrobot.rar fayllarını bu qovluğa daşıyın. Biz qovluğu D diskində düzəltdik və adını hidden qoyduq.

    7. İndi isə əmr sətrini (command prompt) işə salın. Bunun üçün Start-dan axtarış yerində cmd yazıb enter düyməsinə vurun.

    8. Əmr sətrinin qara ekranı qarşınıza çıxacaq. Burada aktiv qovluğu dəyişib düzəltdiyiniz qovluğa keçməlisiniz. Əvvəlcə D diskinə keçmək üçün D: yazıb enter düyməsinə vurun. Sonra da cd hidden yazıb enter düyməsinə vurun.

    9. Və əməliyyatın ən həlledici məqamı. Əmr sətrində aşağıdakı əmri yazın və enter düyməsinə vurun:

    copy /b robot.jpg + source.rar robot.jpg

     Bu da son. İndi əgər kimsə robot.jpg faylını açsa sadəcə bir şəkil görmüş olacaq. Əslində isə bu şəkil özündə gizli faylları saxlayır. Bu faylları görmək üçün robot.jpg faylının genişləməsini dəyişib .rar etmək lazımdır. Bu zaman qarşınıza robot.rar faylı çıxacaq. Bu isə arxiv faylı olduğuna görə onu WinRAR proqramı açacaq. Fayl WinRAR-da açıldıqda gizli faylları görmüş olacaqsınız…

    By: Kərim Tahiroğlu

  • Sərt Disk ilə bağlı miflər

    Sərt Disk ilə bağlı miflər

    Sadə kompüter istifadəçiləri arasında hard disk ilə bağlı həqiqətə uyğun olmayan bir sıra miflər dolaşır. Bu məqaləmizdə Sizə bu miflər haqqında bəhs edəcəyik və ortaya çıxan sualları cavablandıracağıq.

    Kompüteri tez-tez formatlamaq ziyandır?

    Texniki nöqteyi-nəzərdən kompüteri, daha dəqiq desək onun hard diskini formatlamaq zərərli deyil. Lap istəyirsiniz hər gün formatlayın. Bu zaman hansısa sektor zədələnməsi və hard disk başlığının korşalması baş vermir. İstehsalçılar hard diskləri kifayət qədər möhkəm və etibarlı materiallardan hazırlayırlar və təbii ki, onların uzun ömürlü olmasına diqqət yetirirlər. Amma burada başqa bir məqam var. Siz öz kompüterinizi niyə tez-tez formatlamalısınız ki? Əgər kompüterə lisenziyalı əməliyyat sistemi və antivirus proqramı düzgün şəkildə yazılsa, və istifadəçi kompüterindən istifadə zamanı müəyyən profilaktik tədbirlər görsə onun tez-tez formata qaçmasına ehtiyac da olmaz.

    Tez-tez format etmək məhsuldarlığı artırır?

    Bu da başqa bir mifdir. Axı formatlamanın məhsuldarlıqla nə əlaqəsi var? Kompüterdən istifadə zamanı ləngimələr baş verirsə bunun başqa səbəbləri var. Bu zaman formatlama yox, başqa tədbirlər görülməlidir. İlk növbədə lazımsız proqramlar silinməli, defraqmentasiya aparılmalı və sistem registrinə əl gəzdirilməlidir.

    Defraqmentasiya hard diskə ziyandır?

    Doğrudur defraqmentasiya zamanı hard disk başlığı iri həcmli iş görür. Bu zaman isə başlığın korşalması ehtimalı çox azdır. Əvəzində isə defraqmentasiyadan sonra hard disk başlığının işi yüngülləşir və kompüterin məhsuldarlığında da xeyli irəliləyiş olur. Odur ki, defraqmentasiya zərərli yox, əksinə xeyirlidir.

    Çoxlu endirmələr və proqram yükləmələri ziyandır?

    Gəzən miflərdən biri də budur ki, bəs güya ki, internetdən çoxlu endirmələr etmək və kompüterə tez-tez yeni proqramlar yükləmək hard diskə ziyandır və güya onun ömrünü azaldır. Bu deyilənlər də əslində həqiqətə uyğun deyil. Çünki iş həcminə qalsa, hard disk daim hərəkət halındadır. Necə deyərlər onun işi budur. Hər detal kimi onun da bir ömrü var.

    Elektrik kəsilmələri sektorların zədələnməsinə səbəb olurmu?

    Elektrik kəsilmələri zamanı hard diskin sektorlarında hər hansı zədələnmələr baş vermir. Çünki elektrik cərəyanı olmadığı an hard disk başlığı avtomatik olaraq park edilir və bu da hard disk plastinlərinin zədələnməsinin qarşısını alır. Lakin qeyd etmək yerinə düşərdi ki, elektrik enerjisinin ani kəsilmələri zamanı əməliyyat sisteminin işində müəyyən problemlər (sistem fayllarının zədələnməsi kimi) meydana gələ bilər. Odur ki, UPS-lərdən istifadəsi olunması məsləhət görülür.

    Hard disk gözləmə rejimində fırlanmır?

    Belə bir dezinformasiya da var ki, güya ki, hard disk yalnız oxuma və yazma zamanı fırlanır, gözləmə rejimində isə fırlanmır. Bu mülahizə də yanlışdır, belə ki, hard disk hər zaman hərəkət halındadır.

    Zədəli sektorları format edərək xilas etmək mümkündür?

    Əslinə qalsa zədəli sektorlar artıq istifadəyə yararsızdırlar. Nə formatlama, nə də hər hansı başqa bir proqram zədələnmiş sektorları həyata qaytarmır. Müəyyən proqramlar vardır ki, zədəli sektorları sadəcə təcrid edirlər. Aşağı səviyyəli formatlama əməliyyatı ilə zədələnmiş sektorları rezerv cığırlardakı sektorlarla əvəz etmək mümkündür. Belə bir əvəzləmə isə əslində məhsuldarlığı aşağı salır. Ümumiyyətlə isə zədəli sektorların əmələ gəlməsi Sizin üçün bir siqnal olmalıdır və lazımlı informasıyanızı başqa bir yerdə yedəkləməlisiniz. 

    Hard disk yalnız üfüqi istiqamətdə quraşdırılmalıdır?

    Bu mülahizə də həqiqətə uyğun deyil. Hard disk kompüter korpusuna istənilən vəziyyətdə quraşdırıla bilər.

  • Kompüteri Necə Seçməli

    Kompüteri Necə Seçməli

    Kompüteri necə seçməli sualından öncə kompüteri nə məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirməlisiniz. Məqsəddən (iş, oyun, internetdə “dolaşmaq”, filmə baxmaq, musiqi dinləmək və ya bunların hamısı) asılı olaraq kompüter seçimində üstünlük verəcəyiniz parametrlər də dəyişəcək. Kompüterdən kifayət anlayışı olan şəxs üçün kompüter seçimi problem deyil. Lakin bu sahədə məlumatı olmayan üçün seçim etmək çətindir. Hazırda müxtəlif reklamlar, kampaniyalar, məhsul kataloqları o qədər çoxdur ki, təcrübəsiz istifadəçilər nəyi seçəcəyini tam olaraq bilmirlər. Bu zaman ümid qalır kompüter mağazalarındakı satıcıların vicdanına.

     Amma təəssüflər olsun ki, bir çox halda onlar alıcıların təcrübəsizliyindən istifadə edərək alıcılara onlara lazım olanı deyil, öz satmaq istədiklərini satırlar. Odur ki, yaxşı olar ki, özünüz kompüter seçimində müəyyən biliklərə sahib olasınız.

     Beləliklə kompüter alarkən əsasən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

    Prosessor (CPU)

    Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, məhsuldarlıq da bir o qədər yüksək hesab olunur. Bundan başqa prosessorun nüvə sayına da fikir verməlisiniz, paralel çalışan çox nüvəli prosessorlar daha yüksək məhsuldarlığı şərtləndirən amillərdən biridir. Başqa bir üstünlük də prosessorun arxitektur olaraq neçə bitlik olmasıdır. Hazırda 32-bitlik və 64-bitlik prosessorlar istehsal olunur, aydın məsələdir ki, ikincilər birincilərdən daha üstün hesab edilir.

    Operativ Yaddaş (RAM)

    Hazırda operativ operativ yaddaş (RAM) həcmi 4 GB-dan az olan kompüterlərdən çox şey gözləməyinə dəyməz. Müasir fərdi kompüterlər üçün minimum tələb 4 GB-dır. Amma unutmayın ki, 32-bitlik sistemlər 4 GB-dan yuxarı operativ yaddaşı real olaraq istifadə edə bilmirlər.

    Videokart (VGA)

     Əgər qrafika ilə güclü işlər görməyi və ya yaxşı oyunlar oynamağı planlaşdırırsınızsa o zaman videokart plata-daxili (onboard) olmamalıdır. Bundan adıçəkilən məqsədlər üçün videokartın həm yaddaş həcmi, həm də takt tezliyi yüksək olmalıdır.

    Anaplata (Mainboard)

    Anaplatada əsas tələb şinlərin tezliyidir. Bundan başqa diqqət etmək lazımdır ki, anakart müasir portlarla təchiz edilsin. Diqqət yetirilməli olan bir başqa məsələ də odur ki, plata-daxili videokart və səs kartının göstəriciləri kifayət qədər qaneedici olsun.  

    Sərt Disk (HDD)

    Sərt Diskin həcminin çox olması Sizin daha çox informasiya saxlaya bilməyiniz deməkdir. Əgər Siz kompüterinizin yaddaşında iri həcmli media-fayllar (şəkil, film, musiqi) saxlamağı düşünürsünüzsə o zaman yaddaş həcmi minimum 500 GB olmalıdır. Bununla belə əgər büdcəniz imkan verisə 1 TB-lıq Sərt Disklərə üstünlük verməyiniz məsləhətdir. Bundan başqa Sərt Diskin fırlanma sürətinin yüksək olmasına da diqqət yetirməlisiniz. Hal hazırda ən yaxşı yaddaş qurğusu SSD-lər hesab olunur.

    Soyutma Sistemi

    Masaüstü kompüterlərin soyutma sistemi ilə bağlı demək olar ki, elə də ciddi problemlər olmur. Lakin Notebooklar üçün bu məsələdə gərək xüsusilə diqqətli olasınız. Keyfiyyətsiz soyutma sistemləri ilə təchiz edilmiş notebooklarda həddindən artıq qızma halı baş verir ki, bu da öz növbəsində anaplata və digər hissələrin sıradan çıxmasına səbəb olur. Soyutma sistemlərinin tanınmış brendlərdən olmasına diqqət yetirməyiniz tövsiyyə olunur.

    Optik Sürücü

    Optik sürücülərin (CD/DVD Driver) oxuma/yazma imkanlarının yüksək (super multi) olmasına diqqət yetirin ki, bu sürücülər bir çox formatlı disklərlə işləyə bilsinlər.

    Batareya

    Notebooklarda batareya ilə iş zamanının daha çox olmasına diqqət yetirin.

    Monitor

    Monitor seçərkən ehtiyacınıza uyğun olan ölçülü monitoru seçin. Bundan başqa geniş ekran (wide screen) monitorlara üstünlük verin.

    Əməliyyat Sistemi

    Əslində əməliyyat sistemini Siz daha sonra özünüz də yaza bilərsiniz. Lakin yaxşı olar ki, kompüter alanda orijinal və lisenziyalı əməliyyat sistemləri yazılmış kompüterlərə üstünlük verəsiniz.

  • Facebook şirkəti özünün smart saatı üzərində çalışır

    Facebook şirkəti özünün smart saatı üzərində çalışır

    Görünür, Facebook şirkəti istifadəçilər üçün smart cihazlar siyahısını genişləndirmək niyyətindədir. Belə ki, ortaya çıxmış məlumata əsasən şirkət özünün smart saatları üzərində çalışır. Bu barədə The Information saytı xəbər verib. Məlumatda qeyd edilib ki, şirkətin smart saatları vasitəsilə Facebook servisləri üzrə mesajlaşmaq mümkün olacaq və bundan əlavə olaraq saatlar standart smart saatların sahib olduqları funksiyaları özlərində birləşdirəcəklər. Bura həm istifadəçinin səhhətinin monitorinqi ilə bağlı funkskiyalar həm də idman rejimləri daxil olacaqlar.

        Smart saatlar Android əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Lakin Facebook şirkəti smart saatları özünün hazırlayacağı platformaya keçirtməyi planlaşdırır. Məlumata əsasən smart saatlar üçün nəzərdə tutulmuş fərdi əməliyyat sistemi üzərində işlərə artıq start verilib. Bundan əlavə olaraq Facebook-un smart saatları smartfonlarla sinxronlaşdırılmadan mobil şəbəkə vasitəsilə əlaqə yarada biləcəklər. Gözləntilərə əsasən Facebook smart saatların birinci versiyasını 2022-ci ildə ikinci versiyasını isə 2023-cü ildə təqdim edəcək. Qeyd etmək lazımdır ki, hardware məhsullar arasında Facebook artıq Oculus VR eynəklərinə və Portal adlı smart ekranlara sahibdir.

    Mənbə: Technote.az

  • SpaceX bu il kosmosa ilk mülki uçuşunu həyata keçirəcək

    SpaceX bu il kosmosa ilk mülki uçuşunu həyata keçirəcək

    İş adamı Jared Isaacman və seçiləcək digər 3 nəfər, “Crew Dragon” kosmik gəmisi ilə 2021-ci ilin son rübündə kosmosa çıxacaqlar.

    ABŞ-ın raket, peyk və kosmik gəmi istehsalçısı olan SpaceX, kosmosa ilk mülki uçuş missiyası olan “İnspiration 4” ün bu ilin son rübündə planlaşdırıldığını açıqladı.

    Şirkət tərəfindən edilən açıqlamada uçuşun Florida’daki Kennedy Kosmik Stansiyasından ediləcəyi və Shift4 Payments şirkətinin baş meneceri Jared Isaacman və seçiləcək digər 3 nəfərin “Crew Dragon” kosmik gəmisi ilə kosmosa göndəriləcəyi bildirildi.

    Açıqlamada, kosmosa gedəcək digər 3 nəfərin adlarının önümüzdəki həftələrdə açıqlanacağı və “İnspiration 4” missiyasına qatılanlara SpaceX tərəfindən ticarət astronavt təhsili veriləcəyi qeyd edildi.

    Uçuşu Jared Isaacman idarə edəcək, və uçuşla St. Jude Uşaq Araşdırma Xəstəxanasına dəstək olunacağı deyilib.