Nanorobotların tibdə tətbiqi

Gələcək zamanda bir çox sahədə nanorobotlarla qarşılaşacağıq.
Gələcək zamanda bir çox sahədə nanorobotlarla qarşılaşacağıq.

NANOROBOTLARIN TİBBDƏ TƏTBİQİ

S.F. Şükürlü, F.E.Aslanova, G.F.Məmmədova

Yaxın bir neçə onillikdə istehsalatda, bioloji və tibbi sahədə inqilab baş verməlidir. Alimlər bu inqilabı məhz nanorobotlarla əlaqələndirirlər. Burada belə bir sual ortaya çıxır ki, nanorobotlar nədir və nanorobotlar necə işləyir? [1] Nanomaşınlar geniş miqyasda araşdırma və inkişaf mərhələsindədir. Gələcək zamanda bir çox sahədə nanorobotlarla qarşılaşacağıq. [2] Bunlardan biri də tibb sahəsidir. Tibbi baxımdan çox hallarda dağıdıcı nanorobotlar (məhv edənlər) haqqında  danışılır. Əgər bunları insan bədəninə buraxsanız və müəyyən bir şəkildə proqramlaşdırsanız virusları və digər lazımsız elementləri ayıra və məhv edə bilərsiz. Beləliklə belə bir fikir yaranır ki, insan ölümsüz ola bilər. [1]

İngiltərədə alimlər xərçəngli hüceyrələrdə nanorobot yaradaraq uğur əldə etmişlər. Atom ölçülərində istehsal edilən və gözlə görünməyən bu atomik maşınlar önümüzdəki illərdə xərçəng müalicəsi üçün istifadə edilən şüa yəni kimyaterapiya kimi üsullara son veriləcək kimi görünür.

Atom böyüklüyündə və pərvanəsi olan nanorobotlar son illərdə nanotexnologiyanın nano tibbə bir hədiyyəsi olaraq görünür. Xərçəngli hüceyrələri taparaq onların inkişafını əngəlləyərək çoxalmasına maneə olan nanorobotlar artıq xərçəng xəstələrinin ümidi olub. [2]

Bununla yanaşı məşhur Silvina Martel (sylvian martel) laborotoriyasının alimləri beyin üçün implant bir çip və pops layihələri üzərində də əsaslı işlər aparırlar. [1]

Orqanizmində şiş öz inkişafını davam etdirərkən nanorobotlar vəzifələrini yerinə yetirmək üzərə insan vücuduna yerləşdirilir. Hər nanorobot 90×60 nanometr ölçülü düzbucaqlı DNT origami təbəqələrindən ibarətdir və işin açarı olan, qan laxtalanmasını təmin edən trombin fermentini daşıyır. Trombin, şişi qidalandıran qan damarlarında laxtalar meydana gətirir. Bu nanobotlar müalicə məqsədi ilə siçanın damarlarına ötürülür və qan dövranı zamanı şişin olduğu yeri əlləri ilə qoymuş kimi tapırlar. Fərqli məqsədlərlə yaradılan nanorobotlar qatı şişlərin və vaskulyar metastazların aradan qaldırılmasında rol oynaya bilər. Üstəlik bu texnologiya ilə digər xəstəliklər üçün istehsal olunan dərmanlar da hədəfə çatdırıla bilər. [2]

Dünyadakı komandalar ilk praktik tibbi nanorobotun yaradılması üzərində işləyirlər. Diametri bir millimetrdən nisbətən uzunluğu iki santimetrə qədər olan robotlar, insanlar üzərində sınaqdan keçirilməməsinə baxmayaraq, artıq mövcuddur. Tibbi bazara daxil olan nanorobotlardan cəmi bir neçə ilə istifadə edəcəyik. Həkimlər ürək-damar xəstəliklərindən tutmuş xərçəngə qədər hər şeyi hazırkı nanorobotlardan bakteriya ölçüsündə kiçik robotlarla müalicə edə biləcəklər. Bəziləri yarı avtonom nanorobotların tezliklə istifadəyə veriləcəyinə inanırlar – həkimlər insan orqanizmini patrul edə biləcək və hər hansı bir problemə cavab verə biləcək robotlar yerləşdirə biləcəklər. Təcili müalicədən fərqli olaraq, bu robotlar xəstənin bədənində əbədi qalacaq. Gələcəkdə nanorobotlar üçün digər məqsəd potensial olaraq bədənimizi gücləndirmək, toxunulmazlığını, gücünü artırmaq, hətta zəkanı yaxşılaşdırmaqdır. Bir gün damarlarımızda üzən və parçalanmış, bədənimizdə düzəlişlər və dəyişikliklər edə bilən minlərlə mikroskopik robotu görə biləcəyikmi? Bəli, nanotexnologiya ilə hər şeyin mümkün olacağı görünür. [3]

İstinadlar

1.     http://chemworld.narod.ru
2.     https://www.gelgez.net/nanorobot-nedir-nanorobotlar-nasil-calisir/
3.     http://science.spb.ru/allnews/item/2177-tekhnologii-meditsiny-budushchego-nanoroboty