Blog

  • “Söndür-yandır düzələcək” fikri doğrudurmu?

    Yaranmış problemin səbəbkarı hər zaman istifadəçi deyil, bu cür xətaların ortaya çıxmasında bəzi hallarda yaradıcılar da məsuliyyət daşıyır.

    Bildiyimiz kimi kompüter texnologiyaları, proqramlar insanlar tərəfindən hazırlanır. Təbii ki, informasiya texnologiyaları avadanlıqlarından və ya proqramlardan istifadə edərkən bəzi hallarda qarşımıza “error” yəni xətalar çıxır və müəyyən problemlərlə qarşılaşa bilirik. Bu isə o deməkdir ki, kompüter texnologiyaları və proqramlar hər zaman qüsursuz işləmir. Yaranmış problemin səbəbkarı hər zaman istifadəçi deyil,  bu cür xətaların ortaya çıxmasında bəzi hallarda yaradıcılar da məsuliyyət daşıyır.

    Məsələn kompüteri söndürüb yandırmaqla həll oluna biləcək bir neçə xətanı qeyd edə bilərik:

    • Yavaşlamalar və donmalar. Səbəbi: Yaddaş sızması (Memory leak – Утечка памяти)
    • Mavi ekran xətası. Səbəbi: Sürücü və ya qurğu xətası (Driver or hardware error – Ошибка драйвер или оборудования.)
    • İnternet şəbəkəsinin işləməməsi. Səbəbi: Sürücü və ya proqram xətası (Driver or software error – Ошибка драйвера или программного обеспечения)

    Kompüterimizdə iş gördüyümüz zaman hər hansı bir problem yaranarsa onu söndürüb yenidən yandırmaq (Restart/Reboot – Перезагрузка – Yenidən başlamaq ) məsləhətdir. Bu əməliyyat çox sadə görünsə də, kompüteri söndürüb yandırmaq bir çox hallarda şəbəkə və qrafika problemlərini, kompüterin zəyif işləməsi (performansın aşağı düşməsi) və həmçinin proqramlarda və sürücülərdə yaranmış xətaları aradan qaldıra bilər.

    Bəs nə üçün söndürüb yandırdıqdan sonra xətalar düzəlir? Kompüter işlədiyi halda, onu söndürüb yandırmadan bu xətaları aradan qaldırmaq mümkün deyilmi?

    Proqramlar işlədiyi zaman kompüterimiz icra olunan proqramın resurslarını paylaşdırır. Məsələn kompüterimizdə açdığımız proqram əməli yaddaşda (RAM) icra olunur və biz həmin proqramı bağladığımız zaman proqram resusrları kompüterimizə geri dönür. Lakin bu hər zaman uğurlu olmaya bilər, bəzi hallarda  proqramdan çıxış etsək belə, proqramda yaranan xəta nəticəsində resurslar yəni məlumatlar əməli yaddaşda qala bilər. Bu zaman yaddaş sızması, proqramlarda yavaşlama və ya müxtəlif xətalar baş verə bilər. Bu səbəbdən kompüterimizi söndürüb yanırdığımız zaman əməliyyat sistemi yenidən yüklənir, RAM-da olan qalıqlar təmizlənir və əməliyyat sistemi daha rahat çalışmağa başlayır.

    Bir çox hallarda İnternet brauzerində də belə problemlər yarana bilir. Məsələn Google Chrome brauzerini saatlarla açıq tutduğumuz zaman donmalar baş verə bilər ki, bunun da səbəbi brauzer və ya əlavələrdə (Plugin)  olan xətalardır. Brauzeri bağlayıb yenidən açmaqla brauzern sürətini yenidən bərpa etmək olar.

    Araşdırmalara görə, mütəxəssislər “söndür-yandır düzələcək” fikrini tək kompüterlərə deyil, proqramlaşdırılmış bütün quruğulara şamil edirlər. Bunlar TV-lər, paltaryuyan maşınlar, kondisioner və başqa qurğular ola bilər.

    P.S Yəqin ki, evdə internetə qoşduğunuz modemə Wifi ilə qoşula bilmədiyiniz halda və ya internet olmayan zaman sizlər də onu söndürüb yandırmısınız…

    Teymur Əzizov / MsnRobot

  • Yanğınsöndürmə robotunun inkişafı

    Yanğınsöndürmə robotunun inkişafı

    “Robot” dedikdə nə başa düşürük? Bu anlayışın tərifi çoxdur. Çexiya yazıçısı Karel Çapek 1920-ci ildə insanın yerinə işləyən mexaniki adamlar haqqında pyes yazıb. O, bu mexaniki adamları robot adlandırıb. “Robot” çex dilindən  tərcümədə “işçi” deməkdir. Beləcə, həmin söz dünyanın bütün dillərinə daxil olub. Bəs “robot” sözü daha geniş mənada nə deməkdir? Adətən robot müəyyən hərəkətləri müəyyən qaydalara uyğun yerinə yetirən mexaniki və ya elektromexaniki qurğudur. [3]

    Robotların tibdə faydalı ola biləcəyi bir çox sahələr vardır: reabilitasiya, xilasetmə əməlliyyatları və sənaye. Bu illər ərzində sənayedə robotun müxtəlif növləri tətbiq olunmuşdur. Həmin robotlar çox funksiyalı hesab olunurlar.

     Yanğın hadisəsi can itkisi, maddi ziyan və daimi əlilliyə səbəb ola biləcək fəlakətdir. Yanğından zərər görmüş insanlar psixoloji olaraq əziyyət çəkir, həmçinin zehni vı fiziki travmalara məruz qalırlar. Yanğın zamanı yanğın söndürənlər ilk növbədə yanğının idarə olunması ilə məşğul olur və bu zaman onlar yüksək risk altında olurlar. Xüsusilədə nüvə stansiyaları, neft emalı zavodları və s. kimi təhlükəli ərazilərdə risk foktoru daha da yüksəkdir. Bundan əlavə, onlar bəzən dar və məhdud yerlərdə və ya fərqli maneəli ərazilərdə zərər çəkəni xilas etməlidirlər.

    Yüksək təhlükə və maneələr zamanı yanğını söndürmək üçün texnoloji yeniliklərdən, robotlardan istifadə olunur. Qrob adını daşıyan yanğınsöndürən robotunu buna aid etmək olar (şəkil.1). Bu robot maneələrdən qaça, axtarış edə və atəşı söndürə bilir. Qrob kompakt formada hazırlanmış robotdur. Ölçüsünün kiçik olması daha ensiz, dar yerlərdə istifadəni rahatlaşdırır. Qrob-un elektron hissəsi,  daxilindəki vacib hissələrdən biridir. Buraya bir neçə növ sensor daxildir: mikrokontroller, təkərli DC motor, verici, uzaqdan idarəetmə və su nasosu. Bu robot ultrasəs sensoru ilə təchiz edilmişdir. Ona görə də bu vasitə ilə də hər hansı əşya və maneələrə toxunmadan irəlləyə bilir və avtomatik yanğınsöndürmə qabiliyyətinə malikdir. Bu robotlar yanğından maksimum 40sm məsafədə dayanır. Operator smartfon və ya uzaq cihaz vasitəsilə bu robotu izləyə bilər. Qrob, Termit və Firerob robotları ilə müqayisədə daha kompakt və daha cevikdir. [1]

    Robotlar bir neçə qrupa bölünür: telerobotlar, telepresence robotlar, mobil robotlar və android robotlar.

    Telepresence robotlarının əsas fərqi ondadır ki, video, səs və digər məlumatları özündə saxlamaq qabiliyyətinə malikdirklər. (şəkil 2) Beləliklə, telepresence robotlar bir çox sahədə geniş işlədilirlər. Misal üçün körpələr evi və yaşlıların sosial gündəlik fəaliyyətlərini yaxşılaşdırmaq üçün istifadə olunurlar. Bu robotların funksiyası insan köməyi olmadan yanğını axtarmaq və söndürməkdən ibarətdir. Robotlar tək başına işləmək və ya uzaqdan idarə olunmaq, o cümlədən yanğın şəraitində insanları təhlükəli vəziyyətdən xilas etmək qabiliyyətinə malikdir. Başqa sözlə, robotlar yanğınsöndürənlərin təhlükəli vəziyyətə düşməsini minimuma endirirlər. Əlavə olaraq, kompakt ölçülü və avtomatik robotlar təhlükəli mühitlərdə kiçik və dar boşluqlarda, tunel və ya nüvə elektrik stansiyalarında istifadə edilirlər. [1]

    Yanğınsöndürmə robotu
    Şəkil 1. Qrob robotu
    Şəkil 2. Telepresence robotları

    Thermite və Firerob yanğınsöndürən robotları sənayedə geniş istifadə olunur. Termit (Howe and Howe Technologies Inc şirkəti tərəfindən istehsal olunub) uzaqdan idarə edilə bilən yanğınsöndürmə robotu 400 m qədər 1200 gpm və ya 150 psi su vura bilir. Bu robotun ölçüsü 187,96 sm x88,9 smx139,7 sm-dir (şəkil 3).

    Şəkil 3. Termit yanğınsöndürmə robotu

    Firerob (Xorvat istehsalçısı Doking tərəfindən istehsal olunub), tək bir operator tərəfindən idarə olunan yanğınsöndürmə vasitəsidir. Müdaxilə etmədən hidravlik qoluna yüksək təzyiq göstərərək suları 55 m məsafəyə qədər vurur. Həmdə 1800 litr su və 600 litr köpük daşıya bilir. Firerob üzərindəki örtük 250 dərəcə istilik radiasiyasına 30 dəqiqə müddətində davam gətirməyə imkan verir (şəkil 4).

    Şəkil 4. Firerob yanğınsöndürmə robotu

    Xilasetmə robotlarının idarəetməsi müxtəlif videokameralar (o cümlədən, istilik və infraqırmızı videokameralar), eləcə də qaz və kimyəvi ötürücülər vasitəsilə məsafədən həyata keçirilir. Bu elementlər kameradan ayrı olduğundan robotu yanğın üzərində nəzarəti itirmədən idarə etmək mümkündür. Estoniyanın “Milrem Robotics” və Niderlandın “InnoVfoam” şirkətləri yeni nəsil yanğınsöndürən robotların yaradılması üçün bütün səylərini birləşdiriblər. Sistemin əsasını yerüstü yanğınsöndürmə monitorları və köpük dozatorlarının daxil olduğu “InnoVfoam” yanğınsöndürmə sistemlərinin elementləri ilə birlikdə işləyən “Milrem Multiscope Rescue Robot” pilotsuz uçan aparatı təşkil edir. [2]

    Ümumilikdə, uzaqdan idarə edilə bilən yanğınsöndürmə robotları uğurla inkişaf etdirilir. Bu inkişaf mərhələsi ərzində, robotlarda yanğının yerini müəyyən etmə bacarığı da quraşdırılmışdır.

    Müəlliflər: N.Qafarova, F. Hüseynzadə

    İstinadlar:

    1. https://thesai.org/Downloads/Volume10No1/Paper_18-Development_of_Fire_Fighting_Robot.pdf
    2. https://news.milli.az/interest/845984.html
    3. https://portal.azertag.az/az/node/3270

  • Mars planetinə səyahət edək – 4K VİDEO

    Mars planetinə səyahət edək – 4K VİDEO

    NASA-nın texnologiyası vastəsi ilə marsa səyahət etmək mümkündür. Sizə təqdim edəcəyimiz videoda gördüklərinizin hər biri real olaraq Mars planetinin görüntüləridir.

    Bütün görüntülər bir başa olaraq planetin özündə qeydə alınıb. Mars planetində 4K video çəkiliş dünyada bir ilkdir. Sizə təqdim edəcəyimiz video HD ultra materialdır və bu videonun çəkilişi zamanı istifadə olunan avadanlıqlara zərər toxunmuşdur.

    Videoda sol küncdə görəcəyiniz adları, NASA tərəfindən Marsa verilmiş rəsmi olmayan yer adlarıdır.

    Görüntülər ilk olaraq üç kəşf aparatı vastəsi ilə çəkilmişdir: Spirit, Opportunity və Curiosity.

    Hər kəsi düşündürən belə bir sual var: nə üçün Mars planetini canlı izləmək mümkün deyil? Ona görə ki, kameralar yüksək texnologiyaya cavab versələr də, Marsdan yer kürəsinə canlı data (məlumat) göndərmək sürəti böyük çətinlikdir. Curiosity Mars planetindən yer kerəsinə yalnız saniyədə 32 kb sürətlə məlumat göndərə bilir.

    Marsda heç bir şey hərəkət etmədiyinə görə görüntüləri şəkil olaraq çəkib əldə etmək daha məntiqli hesab olunur.

    Daha ətraflı məlumat üçün video materialı izləyin.

    Mənbə: ElderFox Documentaries

  • Elektron rəsmlər böyük marağa səbəb oldu – FOTO – MÜSAHİBƏ

    Elektron rəsmlər böyük marağa səbəb oldu – FOTO – MÜSAHİBƏ

    MSN Robot riyaziyyatçı xanımın saytımıza verdiyi müsahibəni oxuculara təqdim edir. O, sosial şəbəkələrdə Elektron rəsmlərin müəllifi kimi tanınır.

    Bu gün sosial şəbəkələrdə sizi elektron portretlərin müəllifi kimi tanıyırlar. Bu bir həvəsdir yoxsa gəlir əldə etmək üçün peşə?
    -Əslində mənim rəsm çəkməyə marağım kiçik yaşlarımdan olub. Amma    hobbi olaraq, heç vaxt məqsədim rəssam olmaq olmayıb, indidə deyil. Mən həmişə ixtisasım üzrə özümü inkişaf etdirmək istəmişəm. Lakin ilk əl işim insanlarda maraq oyatdı və mənə sifarişlər gəlməyə başladı. Bundan sonra özümdə bu işə maraqla yanaşmağa başladım.

    İlk əl işiniz nə olub ki, insanlarda bu qədər maraq oyadıb? 
    – İlk olaraq bir Blogger xanımın rəsmini çəkmişdim, o bu rəsmi bəyənib paylaşmışdı. Məhz o paylaşımdan sonra mənə müraciətlər olunmağa başladı.

    Elektron rəsmlə

    Bu şəkillər necə adlanır? Elektron rəmslər, portret yoxsa?
     – Digital rəsm, Animasiyon, Avatar kimi adlar verə bilərik.

    Siz bu şəkilləri hansısa proqramla hazırlayırsınız yoxsa özünüz çəkirsini?
     – Əslində şəkillərin çəkilməsi üçün proqramlardan istifadə olunur. Lakin burada ən əsas şərtlərdən biri rəssamlıq qabiliyyətinin olmasıdır. Çünki şəkillər proqramda əl ilə çəkilir.

    Məsələn hansı proqramlardan istifadə edirsiniz?
     – Əvvəllər Autodesk, SketchBook proqramından istifadə edirdim. Artıq daha professional şəkillər üçün Procreate programından istifadə edirəm məlumat üçün deyim ki, program yalnız apple markasına gedir və ödənişlidir. (gülümsəyir)

    Hər kəs bu dediyiniz proqramı satın alıb orada siz çəkdiyiniz kimi rəsmlər çəkə bilər?
     – Bir az öncəki sualda bu haqda qısa olaraq məlumat verdim. Bir daha qeyd edim ki, burada əsas məsələ rəssamlıq qabiliyyəti və fantaziyadır. Yəni proqramı satın almaqla istədiyiniz rəsmə sahib olmaq mümkün deyil. Bunun üçün rəssamlıq qabiliyyəti və fantaziya ilə yanaşı həmin proqramdan düzgün istifadə qaydalarınıda bilmək vacibdir.

    Bir rəsmi çəkmək üçün təxminən qədər zaman sərf edirsiniz?
     – Əslində şəkildən asılıdır 1 saat da ola bilər, 3 saat da…

    Bəs qiymətlər neçəyədir? Birdə sirr deyilsə bilmək olar ən bahalı rəsminiz neçə manat olub?
     – Ən bahalı rəsm 95 manat. Almaniyada yaşayan bir xanım üçün çəkmişəm. O, sənəti zəhməti dəyərləndirən insan idi və dediyinə görə xaricdə bu tip rəsmlərin qiyməti baha olur, dogurdanda elədi! Ancaq normalda qiymətlər 15 manatdan başlayır və şəkilə görə bu qiymət dəyişir.

    Portfolionuzda məhşurların rəsmləri var. Onlarda da sizə rəsm sifariş edirlər?
     – Bəli edən olub, amma mən çox zaman onlara hədiyyə etmişəm.

    Heç olub ki, sifariş veriblər, hazır olduqdan sonra imtina ediblər və ya zəhmət haqqını ödəməyiblər?
     – Əvvəl çox olurdu. Məsələn sifariş verirdilər, sifarişi götürdükdən sonra isə məni blok edirdilər. Yada rəsmi bəyənmədiklərini deyib pul ödəməkdən yayınırdılar. Hətta məhşurlardan da belə edənlər olub. Ancaq mən elə insan deyiləm ki, onları rəzil edim. (gülür)

    Müsahibənin əvvəlində istisasınız üzrə özünüzü inkişaf etdirmək isdəyinizini dediniz? Söhbət hansı ixtisasdan gedir?
     – Mən riyaziyyatçıyam və hal hazırda orta məktəbdə müəllimə işləyirəm. İstərdimki gələcəkdə öz ixtisasımı daha da təkmilləşdirim. 

    Sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirik Rəqsanə müəllimə. Dəvətimizi qəbul edərək redaksiyamızın qonağı olduğunuz üçün sizə təşəkkür edirik.
     – Çox sağ olun, məndə sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayıram!

    Sifariş üçün: İNSTAGRAM: by.berekaa

  • Hostinq və domen nədir?

    Hostinq və domen nədir?

    Qısa dildə desək hostinq saytın internetdə yerləşdiyi yer, domen isə onun ünvanıdır.

    Belə bir misal çəkək biz ev tikmək istəyirik və bunun üçün bizə mütləq bir şəkildə torpaq sahəsi lazımdır məsələn 6 sot, hansı ki, orada ev tikiləcək. Təbii ki, tikiləcək evimizin yerləşdiyi torpaq sahəsinin bir ünvanıda olmalıdır. Məsələn C.Əliyev küçəsi 22.

    Burada evimizi tikəcəyimiz torpaq sahəsini hostinq adlandıra bilərik. Ünvan isə domain olacaq.
    Daha da, aydınlıq gətirək:

    6 sot torpaq sahəsi = 6 GB HOSTİNG
    C.Əliyev küçəsi = www.azernews.info

    Mütləq şəkildə onu da bilmək lazımdır ki, hostinq və domen yalnız icarəyə götürülür. Minimum icarə müddəti domenlərdə 1 il, hostinqdə isə 1 aydır. Siz xidmətlərdən və müddətdən asılı olaraq müxtəlif məbləğdə icarə haqqı ödəyirsiniz.

    Etibarlı hostinq və domen 

    Bu gün internetdə bir çox provayderlər sizə pulsuz hostinq təklifi edə bilər. Lakin bu hostinqlər düşündüyünüz qədər də etibarlı deyil. Necə deyərlər “Ucuz ətin şorbası olmaz”
    İllərlə təcrübəsi olan böyük şirkətlər sizə etibarlı hostinqlər təklif edə bilərlər. Bir az öncə qeyd etmişdik ki, hostinqi ev tikəcəyimiz torpaq sahəsinə bənzədə bilərik. Təbii, biz torpaq sahəsi aldığımız zaman müəyyən məsələlərə diqqət yetiririk. Məsələn torpağın sahəsi, əlverişli yerdə olması, torpaq sahəsinin yaxınlığında kommunal xidmətlərin varlığı, su, elektrik xətti və s.

    Hostinqi də alarkən müxtəlif parametrlərə diqqət yetirmək lazımdır. Sifarişdən öncə elə bir seçim etməliyik ki, seçdiyimiz hostinq quraşdıracağımız saytın parametrlərinə uyğun olsun.

    Hostinq və domeni hardan sifariş edə bilərəm?

    Texnologiyanın inkişaf etdiyi bir vaxtda internetdən məlumat axtarışı zamanı qarşınıza hostinq və domain satışı ilə məşqul olan minlərlər şirkətlər çıxa bilər və hansı ki, onlar sizə bonuslar, aksiyalar və ya hədiyyələr təklif edə bilərlər və unutmayaq ki, bu sahədə rəqabət böyük olduğuna görə bu bir reklam siyasətidir. Yalnış seçim sonradan problemlər yaradacaq ona görə də ilk öncə sizə xidmət təklif edən şirkət haqqında geniş araşdırma aparın və müştərilərin həmin şirkət haqqında fikirlərini öyrənin. Siz hostinq sifariş edərkən saytınızın hansı məqsədlər üçün hazırlandığına diqqət etməlisiniz. Məsələn sadə vizit saytlar üçün böyük disk ölçüsü olan hostiqlərə o qədər də ehtiyyac duyulmur. Ancaq məsələ disk sahəsinin böyük və kiçik olması ilə bitmir. Hostinqlərin yerləşdiyi serverin hansı gücdə və hansı əməliyyat sistemi ilə işləməsi, hansı proqramlaşdırma dillərini dəstəkləməsi və s. kimi xüsusiyyətlərə diqqət yetirmək lazımdır.

    Məsələn dünyanın ən öndə gedən şirkətlərindən biri olan REG.RU müxtəlif qiymətlərə hostinq paketləri təklif etməklə yanaşı maraqlı aksiyalar da təşkil edir. Belə ki, siz 1 illik domen sifariş etdiyiniz halda şirkət sizə 1 illik SSL sertfikat və bir aylıq hostinq hədiyyə verir. Əgər sizin saytınız varsa və başqa serverdə yerləşirsə və siz onu REG.RU serverinə köçürmək istəyirsinizsə bu halda REG.RU həm sizə saytlarınızı yeni servere köçürməyə təmənnasız kömək edəcək və sizə 1 aylıq pulsuz hostinq verəcək. Şirkətin bu və ya başqa kompaniyalarından yararlanmaq, hostinq və domen sifarişi etmək istəsəniz. Aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

    1. Hostinq sifarişi
    2. Domen sifarişi
    3. SSL sertifikat
  • Qualcomm-un Snapdragon çipsetlərinə yeni rəqib gəlir: AMD Ryzen C7 Texnologiya

    Qualcomm-un Snapdragon çipsetlərinə yeni rəqib gəlir: AMD Ryzen C7 Texnologiya

    Digər bir iddialı məlumat isə AMD Ryzen C7 çipsetinin bu qədər güclü olacağı halda ARM prosessorlu yeni kompüterlər görə biləcəyimizin mümkün olmasıdır.

     AMD Ryzen C7

    Mobil çipset bazarında Qualcomm şirkəti Snapdragon çipsetləri ilə zirvədə qalmağa davam edir. Lakin bu səfər görünən odur ki, Qualcomm-a ciddi rəqib gəlir. AMD şirkəti Intel, Nvidia kimi şirkətlərə rəqib olduqdan sonra bu səfər də gözünə Qualcomm-u kəsdirib. AMD şirkəti smartfonlarda istifadə edilməsi üçün hazırladığı yeni AMD Ryzen C7 çipseti ilə bazara girməyə hazırlaşır.

    Ryzen C7 çipseti digər çipsetlər kimi ARM arxitekturası əsasında hazırlanan nüvələr istifadə edir.

     AMD Ryzen C7

    Twitter istifadəçisi olan HansDeVriesNL tərəfindən təyin edilən sızdırılmış məlumata görə AMD şirkəti noutbuk, desktop və server kompüterlərdə əldə etdiyi uğuru smartfon bazarında da əldə etməyi planlayır. ARM şirkətinin yaxın zamanda təqdim etdiyi yeni Cortex X1 və Cortex-A78 nüvələri bu çipsetdə istifadə olunacaq. Texniki parametrlərə baxdığımızda Ryzen C7 çipseti 2 ədəd 3 Ghz tezlikli Cortex X1 əsasında hazırlanan Gaugin Pro nüvəsinə, 2 ədəd 2.60 Ghz tezlikli Cortex-A78 əsasında hazırlanan Gaugin nüvəsinə və 2 Ghz tezlikdə işləyən 4 ədəd Cortex-A55 nüvəsinə malik olacaq. Qısaca çipsetimiz 8 nüvəli olacaq.

            Bu çipsetin qrafik tərəfində isə Samsung və AMD tərəfindən hazırlanan RDNA 2 arxitekturasında olan 4 nüvəli bir çip istifadə ediləcək. Bu çipin Qualcomm-un ən güclü qrafik çipi olan Adreno 650-dən 45% daha güclü olacağı və kompüter videokartları kimi Ray Tracing (İşıq izləmə) texnologiyasını dəstəkləyəcəyi deyilir. Həmçinin Ryzen C7 çipseti 2K 144Hz kimi çox yüksək dəyərlərdə olan smartfon ekranlarını da dəstəkləyə biləcək.

            Digər bir iddialı məlumat isə AMD Ryzen C7 çipsetinin bu qədər güclü olacağı halda ARM prosessorlu yeni kompüterlər görə biləcəyimizin mümkün olmasıdır. AMD şirkəti bu çipseti TSMC şirkətinin 5 nm ölçülü istehsal arxitekturası ilə hazırlamağı planlayır. Qeyd edək ki, bu çipsetdə 2 Sim dəstəkli MediaTek 5G UltraSave modem olacaq. Technote olaraq bu xəbərlər bizi həyəcanlandırdı. Rəqabətin olması istifadəçilərə müsbət istiqamətdə təsir edəcəkdir.

  • Robot Piano Tiles oyununda inanılmaz sürətlə bəstəni ifa etdi (VİDEO)

    Robot Piano Tiles oyununda inanılmaz sürətlə bəstəni ifa etdi (VİDEO)

    Köhnə kompüter hissələrindən ev şəraitində hazırlanmış Robot Piano Tiles oyununda əsl peşakar kimi bəstələrdən birini ifa edib.

    Robot Piano

    Robot Piano Tiles oyununda öz məharətini sərgiləyib.

    Bəzən robotun motor özəlliklərini sərgiləmək üçün onu heçdə pnevmatik əzələlər ilə təchiz etməyə ehtiyac olmur. Köhnə kompüter hissələrindən ev şəraitində hazırlanmış robot, Piano Tiles oyununda əsl peşakar kimi bəstələrdən birini ifa edib. Robot, musiqi bəstələyə bilərmi? Robot kiçik kətanı sənət əsərinə çevirə bilərmi? Elm hələki bu suallara cavab verməkdə çətinlik çəkir. Lakin primitiv robot belə, qəliz bir bəstəni elə ifa edə bilər ki, heç insanın yuxusunda belə ifaya rast gəlinməyib. İstedadlı mühəndis Ercan Demir, köhnə kompüterdən robot əli düzəldib. Həmin əl isə fortepiano üçün nəzərdə tutulmuş bəstəni çox məharətlə ifa edib.

  • Dünyanın ilk 6 nm-lik prosessoru AMD Ryzen 6000 ola bilər

    Dünyanın ilk 6 nm-lik prosessoru AMD Ryzen 6000 ola bilər

    AMD şirkəti noutbuklar üçün hazırladığı Ryzen 4000 “Renoir” prosessorlar ilə rəqibi Intel-i keçdi. İndi isə şirkət Desktop (stolüstü) kompüterlər üçün Ryzen 4000 prosessorlarını hazırlayır və bu il təqdim edəcək. İnternetdə sızdırılan AMD şirkətinin yol xəritəsinə görə 2022-də çıxması gözlənilən AMD Ryzen 6000 seriyalı prosessorlar dünyanın ilk 6 nm istehsal arxitekturasında hazırlana bilər.
    AMD Ryzen

    ‘Rembrandt’ kod adlı AMD Ryzen 6000 prosessorları Zen 3+ arxitekturası üzərində hazırlanacaq və çox güclü olacaq.

    Wccftech tərəfindən yayımlanan məlumatlara görə AMD şirkəti Zen 3+ arxitekturası üzərində qurulan Ryzen 6000 prosessorları dünyanın ilk 6 nm-də hazırlanan prosessorları olacaq. Bəhs etdiyimiz bu prosessorlar enerjini daha effektiv istifadə edərək daha çox performans verə biləcək. AMD bu prosessorların istehsalı üçün TSMC şirkəti ilə birliktə işləyəcək.

            Bu prosessorlar APU olacaq. Yəni prosessorun daxilində bir ədəd videokart olacaq. Sızdırılan məlumatlardan biri də odur ki, bu videokartlar da yeni RDNA 2 arxitekturasına keçid edəcəklər. Bu arxitektura ilə prosessor daxilindəki videokart belə Ray Tracing dəstəyinə malik olacaq və bu da dünyada bir ilk olacaq. Çünki adətən prosessor daxilində gələn videokartlar zəif olur və  görüntü ötürmək üçün istifadə olunur. Beləliklə oyunları da 2-ci videokarta ehtiyac olmadan oynamaq mümkün ola bilər.

  • İnsanlara küsən Deltu adlı robot icad olunub – VİDEO

    İnsanlara küsən Deltu adlı robot icad olunub – VİDEO

    Süni zəka gedərək daha da inkişaf edir və hətta İsveçrədə Alexia Lechot adlı dizayner küsməyi bacaran xarakterə sahib Deltu adlı robot icad edib
    Deltu

    Əsasən fabrik və atelyelərdə məhsul montajında istifadə olunan Deltu robotlara bir yenisi daha əlavə olundu. Amma bu robot digərlərindən bir qədər fərqlidir. Belə ki, bu robotu hirsləndirdikdə oyun oynamağı dayandırıb özü ilə məşğul olmağa başlayır, hətta selfi çəkib Instagram-da paylaşır.

    Deltu adlı bu robot oyun oynayır, amma uduzmağı heç sevmir

    İsveçrədəki dizayn məktəbinin məzunu Alexia Lechotun icad etdiyi bu robot bir növ insana xas xüsusiyyətləri özündə daşıyır. Belə ki, bir müddətdir insan və robot arasında münasibətlər mövzusunda iş aparan dizaynerin yeni robotu məhz bu hərəkətlərə əsaslanır.

    Sadə süni zəkaya sahib Deltu, insanlarla münasibət qurmaq üçün nəzərdə tutulub. Videodan da göründüyü kimi Deltu qarşısındakı rəqibinə uduzanda robot oyuna son verib fərqli işlərə yönəlir.

    Deltunun bu xüsusiyyətləri balaca bir uşağı xatırladır. Amma bunun hələ ki, başlanğıc model olduğunu nəzərə alsaq irəlidə daha nə yeniliklər olacağı maraq doğurur.

  • Qan nümunəsi götürmək üçün tibbi robot təqdim olunub

    Qan nümunəsi götürmək üçün tibbi robot təqdim olunub

    Ratqers UniversitetiMaunt-Sinay Tibb Kompleksi Universitetinin  tədqiqatçıları tərəfindən hazırlanmış tibbi robot dərini skan edir və vena damarlarını insanlardan daha yaxşı tapır. Bu, xəstələrdən qan nümunəsi götürərkən infeksiya və tromboz riskini azalda bilər.

    Tibbi robot

    Tibb personalı əllərində vena damarları görsənməyən xəstələrlə tez-tez qarşılaşırlar. Belə olan halda qan nümunəsi götürmək üçün vena damarlarını aşkar etməyə imkan verən ultrasəs aparatından istifadə olunur. Ancaq ultrasəs aparatından istifadə olunan hallarda belə bəzən ilk dəfədən vena damarına düşmək olmur.
     
    Qan nümunəsi götürmək üçün xüsusi tibbi robot iynəni idarə etmək üçün daxili ultrasəs texnologiyasından istifadə edir.
     
    Araşdırma nəticəsində məlum olub ki, robot 87% halda vena damarları zəif görünən xəstələrdən ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olub. Tədqiqatda 31 nəfər iştirak edib. Müqayisə üçün, tibb personalı 27%-60% halda ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olmur.