Simsiz şəbəkə qurarkən edilən səhvlər irəlidə başınıza böyük dərdlər aça bilər. İnternet əlaqənizin birdən yavaşlaması, istəmədiyiniz insanların şəbəkənizə daxil olması, xüsusi məlumatlarınızın başqalarının əlinə keçməsi kimi mənfi hallar, əslində kabelsiz şəbəkə qurarkən etdiyiniz sadə səhvlərin ucbatından baş verir.
Bu səhvləri minimuma endirmək üçün aşağıdakı xəbərdarlıqlara diqqət yetirməlisiniz.
Modemi divar arxasına yerləşdirməyin
Bütün simsiz siqnallar qarşısına çıxan maneələr səbəbiylə zəifləyir. Wireless modemin, notebook və ya telefonun qəbul edib göndərdiyi siqnallar da gərək maneələrlə üzləşməsin. Əgər modeminiz başqa bir otaqdadırsa və ya yanında soba, metal bir əşya kimi mane meydana gətirəcək şeylər varsa, evinizin bəzi nöqtələrində simsiz şəbəkəyə bağlanmaqda böyük çətinlik çəkə bilərsiniz.
İstifadəçi təlimatını atmayın
Əgər irəlidə başınızın çox ağrımasını istəyirsinizsə, bir modem alıb qurduqdan sonra istifadəçi təlimatını zibil qutusuna atın. Beləcə bir il sonra modemi sıfırlamaq məcburiyyətində qalsanız fabrik nizamlı şifrəni tapa bilməyib modemin istifadəçi bölməsinə daxil ola bilməyəcəksiniz. Və əlbəttə ki, bir müddət internetsiz qalarsınız.
Ad verməyi unutmayın
Atalarımız boşuna deməyib ki, adsız dəyirmanda xoruz olur. Odur ki, əgər şəbəkənizə xüsusi bir ad verməsəniz, öz kabelsiz şəbəkənizi tapmanız olduqca uzun zaman ala bilər. Çünki Sizin kimi digərləri də ad verməyi unutmuş ola bilər. Və belədə adsız şəbəkələrdən Sizə aid olanı tapmağınız xeyli çətinləşə bilər.
Modem şifrəsini dəyişdirin
Modeminizi qurarkən, modemin idarəçi şifrəsini dəyişdirməmək böyük bir səhvdir. Çünki wi-fi şəbəkəsinə şifrə qoymaqla iş bitmir. İndiki zamanda möftəxorların çox olduğunu unutmayın. Əgər modemin daxili interfeysinin şifrəsini dəyişdirməsəniz o zaman belə mərdiməzarlar çox rahatlıqla modemin standart istifadəçi adı və şifrəsi olan admin-admin yazıb modemə daxil olar və öz internetinizə Sizin özünüzü həsrət qoya bilər.
Wi-Fi şəbəkəsinə şifrə qoyun
Simsiz şəbəkəyə şifrə qoymamaq evin qapısını açıq qoymaq kimi bir şeydir. Ən böyük səhvlərin başında gələn də elə budur. Simsiz şəbəkənizə şifrə qoymadıqda çöldən birinin şəbəkəyə daxil olacağından əmin ola bilərsiniz. Sizin xəbəriniz belə olmadan qonşunuz şəbəkənizə bağlanıb çox asanlıqla internetinizdən havayı istifadə edəcək.
Düzgün şifrələmə üsulunu seçin
Wi-Fi şəbəkəsinə şifrə qoymaq əhəmiyyətli olduğu qədər hansı şifrə protokolunu seçdiyiniz də önəmlidir. WEP şifrələməsi əslində kafi kimi görünsə də, bir hacker hücumu qarşısında şifrə asanlıqla qırıla bilər. WPA2-AES şifrələməsi isə daha yüksək təhlükəsizlik dərəcəsini təmin edir.
Standartları qarışdırmayın
Şəbəkədə köhnə və yeni standartlara sahib modem və Routerləri qarışdıraraq istifadə etsəniz, əhəmiyyətli bir performans problemi yaşayarsınız. Əslində ən yeni 802.11ac standartı bütün köhnə standartlarla uyğundur, ancaq ona köhnə bir router bağlasanız, əlaqə sürətiniz o köhnə Router’ın standartına düşəcək və yeni nəsil modeminizin xüsusiyyətlərindən istifadə edə bilməyəcəksiniz.
Təhlükəsizlik divarına laqeyd yanaşmayın
Təhlükəsizlik divarı modeminizin əhəmiyyətli bir parçasıdır. Ümumiyyətlə quraşdırma zamanı standart olaraq açıq halda gələn təhlükəsizlik divarını bağlamaq kənardan gələcək hücumlara qarşı müdafiəsiz qalmanız mənasını verir. Eyni zamanda, bəzi tətbiqlərin təhlükəsizlik divarını birbaşa keçərək internetə və ya kompüterinizə çatması halları baş verə bilər.
Yanlış konfiqurasiya məlumatlarını daxil etməyin
Modem dünyanı ədədlərlə tanıyar, ona IP ünvanı və digər konfiqurasiya məlumatlarını düzgün daxil etmək lazımdır. Əks halda Siz modemə, modeminiz də Sizə baxacaq və internetiniz olmayacaq. Konfiqurasiya zamanı bu məlumatları diqqətlə araşdırın və ən əsası da Sizə xidmət göstərən internet provayderindən dəqiqləşdirin. Yaxşı olar ki, bu konfiqurasiya məlumatlarını hər ehtimala qarşı bir yerdə qeyd edəsiniz, modem sıfırlananda əlinizin altında olsun deyə.
Firmware yeniləmələrinə laqeyd yanaşmayın
Modeminizin istehsalçısı zamanla yeniləmələr edir və inkişaf edən texnologiyanın köhnə modemlərlə də uyğun olmasını təmin edir. Əgər bu yeniləmələri yükləyib tətbiq etməsəniz, bir müddət sonra əlaqənizdə sürət azalması və ya tez-tez qopmalar yaşaya bilərsiniz.
Gündəlik həyatımızda kompüterlər, demək olar ki, hər sahədə istifadə edilir. Amma gecə-gündüz, ilin hər fəsili və durmadan çalışan kompüterlərin də bir yaşam ömrü var. Bununla belə müəyyən şərtlərə və qaydalara əməl etsək, bu sadiq dostlarımızın ömrünü uzada bilərik.
Bugünkü məqaləmizdə kompüterləri uzunömürlü etməyin yollarını göstərəcəyik.
Tozdan qoruyun Kompüterin ən böyük düşmənlərindən biri, bəlkə də birincisi tozdur. Olduğunuz mühitin tozsuz olmasına və ya kompüterinizin toza məruz qalmamasına diqqət yetirin. Əgər kompüterinizi çox tozlu mühitlərdə istifadə edirsinizsə, həftədə bir dəfə, az tozlu mühitlərdə istifadə edirsinizsə 2-3 həftədə bir dəfə mütləq təmizləyin.
Nəmdən qoruyun Kompüterlərin digər bir düşməni də nəmdir. Nəmli mühitdə olmamağa diqqət yetirin və kompüteri istifadə etdiyiniz otağı tez-tez havalandırın. Kompüterdən istifadə etmədiyiniz zaman onun üzərini bir örtü ilə örtün.
İstidən qoruyun Kompüterlər üçün zərərli amillərdən biri də onların həddən artıq qızmasıdır. Kompüterinizi bağlı dolab və bənzəri mühitlərdə işlək vəziyyətdə qoymayın. Ümumiyyətlə, masaüstü kompüter istifadəçiləri PC korpuslarını qapalı məkanlarda yerləşdirirlər. Halbuki kompüter olan otaqlarda hava normal sirkulyasiya etməlidir. Və bir də kompüterlərin korpusları elə yerləşdirilməlidir ki, onların hava çıxan dəlikləri örtülməmiş olsun. Dizüstü kompüterlərin isə yataq, divan və s. yumşaq yerlərdə istifadəsi zamanı ventilyasiya kanalları bağlı olduğundan soyutma sistemləri normal işləməyəcəkdir. Notebooklar üçün əlavə olaraq soyuducu altlıqların istifadə olunması da məsləhət görülür.
Yemək-içməkdən qoruyun Kompüter qarşısında yemək və içməkdən uzaq durun. Yemək qırıntıları və mayelərin kompüterin işlək hissələrinə tökülməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu həm də gigiyenik baxımdan da doğru deyildir. Belə ki, yemək qalıqları zamanla mikrobların yuva salmasına gətirib çıxara bilər.
İnsanlardan qoruyun Kompüterinizi istifadə etmədiyiniz zamanlarda onu etibarlı şəkildə (Shut Down) söndürün. Belə etsəniz həm kompüterinizin ömrü uzun olar, həm də elektrik enerjisinə qənaət etmiş olarsınız. Əgər istifadə etdiyiniz kompüter şəxsidirsə, onu başqalarının bəd əməllərindən qoruyun. Yaxşı olar ki, kompüteriniz şifrəli olsun, Siz olmadığınız müddətlərdə başqaları ondan istifadə edə bilməsin. Digər tərəfdən isə kompüter korpusunun arxa lövhəsini kilidləyin, əks halda bəd əməllilər kompüterin daxili qurğularını oğurlaya bilər.
Quru qoşunları artilleriyası və raket qoşunları üçünrobototexniki komplekslər
S.Şükürlü, F.Şirinova, E.Arazlı
Mövzunun aktuallığı döyüşün yeni vasitələrlə, eyni zamanda raket və artilleriya hissələrində hərbi robototexnikanın tətbiqini nəzərdə tutur. Hərbi işlərin yeni qaydada aparılması hərbi şəxsi heyət arasında itkilərin minimuma endirilməsinə və qarşıya qoyulan döyüş tapşırıqlarının maksimal effektivliyə çatdırılmasına gətirib çıxarır.
Robototexnikanın tətbiqi həm də hərbi işdə hərtərəfli təminat tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar ola bilər. Robototexnikanın hərbi işdə tətbiqinə aid kiçik təcrübəni nəzərdən keçirsək, Rusiya Federasiyasında son 4-5 ildə robototexniki komplekslərin inkişaf dinamikasını xüsusilə qeyd etmək olar (Şəkil 1).
Belə ki, yerüstü robototexniki komplekslərdən danışarkən qeyd etmək lazımdır ki, quru qoşunlarında kəşfiyyat və döyüş məqsədilə nəzərdə tutulmuş çoxfunksiyalı “Nerexto” adlı robototexniki kompleks hazırlanmış və sınağa verilmişdir.
Hal-hazırda, Rusiya Federasiyasının hərbi hissələri radiasiyanı ölçən və radioaktiv maddələrin daşınmasını həyata keçirən, uzaqdan radioaktiv və kimyəvi kəşfiyyatı yerinə yetirən qaldırıcı kran və bir sıra xüsusi platformalarla təchiz olunub. Uran-6 (sahənin minadan təmizlənməsi üçün), Uran-16 (yanğınsöndürmə işləri üçün) kompleksləri KШУ-mərkəz-2015 təlimlərində sınaqdan keçirilmişdir. Döyüş sınaqları qurtardıqdan sonra bütün hərbi birləşmələr və mühəndis tədris mərkəzlərinin bu komplekslərlə təchiz olunması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, pilotsuz uçan aparat komplekslərinin işlənilməsi və hərbi hissələrdə tətbiqi sahəsində işlər daha qənaətbəxşdir.
Hal-hazırda, Rusiya Federasiyasının hərbi hissələri yaxın və kiçik məsafədə istifadə edilə bilən pilotsuz aparatlarla təmin olunmuşdur. İstismarda isə həmin komplekslər yaxın və orta təsir gücünə malik olan aparatlardır.
Bundan əlavə Dövlət Müdafiə sifarişləri çərçivəsində uzaq məsafələrdə zərbə endirmək gücünə malik olan həmçinin orta və yaxın məsafələrdə təsir edə bilən pilotsuz uçan aparatların hazırlanması üçün elmi tədqiqat və təcrübi konstruktor işlərini həyata keçirən, həmin bazadan başlayaraq vəziyyətin təhlil edilməsini yerinə yetirən pilotsuz uçan aparatların yaradılması nəzərdə tutulur.
Ümumqoşun birləşmələrin struktur quruluşunda əvvəlcədən nəzərdə tutulan ayrı-ayrı ştat bölmələri robototexniki komplekslərlə təmin olunmuşdur.
Bunlar batalyonlar və robotlar, həm də pilotsuz uçuş aparatlarıdır. 2015-ci ildə qoşunlara 10 PUA (БЛА) orta məsafəli “Torpost” tipli və 200 “Orlean-10” aparatları daxil olunub (Şəkil 2, 3).
Mixaylov artelleriya akademiyasında robototexniki kompleksin işlənməsində ən əsası PUA-nın artelleriya asayişinin təminatında böyük təcrübə əldə edilmişdir.
Belə ki, akademiyanın Lujkof poliqonunda sənaye nümayəndələri ilə birgə kompleks hava kəşfiyyatının köməyi ilə atəş məsələlərinin artilleriya batareyalarının bir neçə variantı – “Orlean-10” PUA ilə təmin olunmuş, riyazi və proqram təminatı vasitəsi ilə atəşin təmin edilməsi üçün adaptasiya olunması işlənilib.
Atəş və kontrol variantı hava kəşfiyyatının kompleksində göstərilir.
”Zastava” tipli aparatın hava kəşfiyyatı artilleriyasının maraqları daxilində istifadə nümunələri var.
Pilotsuz uçuş aparatının vertolyot tipi ilə “yerini dəyişən” minomyotlarla mübarizə aparmasının,analoji aparatların reaktiv atəşlərin təminatında çoxlu sayda təcrübəsi var. Kompleks tətbiq analizi göstərir ki, raket qoşunlarında Robototexniki komplekslərlə işləmək zəruridir:
Ümumqoşun bölmələrində odlu silahla kömək;
Mövqe rayonların qorunması ;
Robotlaşdırılmış blok-post yaratmaq;
Artilleriyanın odlu köməyi, aviasiya atəşi;
Mövqe rayonlarında mühəndis kəşfiyyatı;
Artilleriyanın atəşinin korreksiyası və atəşlərin nəticələrinə nəzarət;
Yerüstü raket və reaktiv silahların hədəf və göstəriciləri haqqında məlumat;
Düşmən tanklarına qarşı mübarizə və lazer sistemi ilə təchiz olunmuş yüksək dəqiqliklə hərbi təyinatlı məlumatdan istifadə təminatı;
Hər tərəfli kəşfiyyat;
Hərbi silahların, yanacaq, sürtkü materiallarının döyüş zonasına çatdırılması.
Belə görünür ki, pilotsuz uçuş aparatları və robototexniki komplekslər olmadan ümumiqoşun hərbi hissələrində qeyd edilən məsələləri həll etmək olmur.
Ona görə də, robototexniki bölmələrin tərkibinə daxil olan pilotsuz uçan aparatların raket hərbi hissələrində, aviasiyada və quru qoşunlarında cüzi tətbiqi ilə yanaşı bir sıra ordu birləşmələrində də xüsusi robototexniki komplekslərin olması zəruridir. Hansılar ki, raket və artilleriya birləşməsinin, hərbi hissələrin və bölmələrin qərargah tərkibinə daxil olmalıdır.
Bununla əlaqədar, avadanlıqların xüsusi təyinatlı robototexniki komplekslərdə, raket hərbi hissələrdə hazırlanması, sınaqdan keçirilməsi ilə bağlı;
Robototexniki kompleks artilleriyasının kəşfiyyatı (RTK AR);
Hərbi obyektləri, hərbi nöqtələri RTK ilə məhv etmək. RTK ilə odlu nöqtəni zərərsizləşdirmək təklif edilir.
Bu komplekslər üçün nəqliyyat bazası kimi hərbi hissələrdə hal-hazırda sınaqdan keçən “Nerexta” və ya “platforma-M” tipli robototexniki komplekslərdən istifadə olunur.
Bundan başqa RTK hava artileriyası kəşfiyyatının iki tipi göstərilir: məsafədən idarəetmə və stabil həmçinin hərəkət vaxtı optiki radiolokasiya kəşfiyyatı aparan.
Həll edilən məsələlər:
Düşmən mövqeyinə və yerləşməsinə nəzarət. Müxtəlif xarakterli obyektlərin təyini (artileriyya ilə məhv edilmiş əsas obyektlərin koordinatlarının muəyyən edilməsi);
Artileriya atəşi təminatı (kərtik açma-partlama);
Kimyəvi və radioloji kəşfiyyat;
Duman təbəqəsini yaratmaq;
Silahlarla atəş açmaq (qumbaratan).
Ən təhlükəli gediş istiqamətlərində, düşmənin yerləşdiyi ön cərgədə, pis hava şəraitinə baxmayaraq dözülməz şəraitdə, günün istənilən vaxtında bu avtomatik və yarımavtomatik kəşfiyyat vasitələrindən istifadə edilir.
Robototexniki kompleks tırtıllı şassi üstündə yerləşir. RTK gülləyə qarşı 14,5 mm zirehli müdafiə, 3-cü dərəcəli minaya qarşı dözümlülük, kəşfiyyat məsələlərinin həlli zamanı maşından 5 km aralı manevr etmək, məsafədən idarəetmə imkanlarına malikdir.
Böyük məsafələrə daşınma, yükdaşıyan platformalarla təchiz olunmuş idarəetmə avtomobilləri ilə həyata keçirilir. Bu zaman RTK:
Dairəvi müşahidə sistemi ilə televiziya rejimi;
Televiziya ilə optik-elektron kəşfiyyat;
Lazerlə uzaq məsafəni göstərən sistem;
Məqsədləri təyin edən sistem;
Məqsədə uyğun hərəkət edən radiolokasiya sistemi və atılan silahlar;
Naviqasiya sistemləri;
Distan idarəetmə sistemi;
Məlumat ötürücü sistem;
İnsanı tanıyan sistem;
Duman yaradan sistem;
RX kəşfiyyat vasitəsi;
Idarəetməni itirən zaman RTK-nın ilkin vəziyyətinə dönməsi;
-Sanksiyalanmış giriş sistemi ilə təchiz edilir.
RTK AR-ın distan idarəetməsini 2 operator həyata keçirir. Birinci, (1 km-ə qədər) hədəfin məhvini etmək üçün yerləşdirilən hərəkətin idarəetməsini yerinə yetirir. İkinci, RTK AR idarəetmə maşınında məsafədən kəşfiyyat və nəzarət vasitələrinin işini idarə edir.
İdarəetmə və ümumqoşun birləşmələrinin artilleriya kəşfiyyatında, həmçinin kəşfiyyat artilleriyasının, diviziya artilleriyasının diviziya artilleriya briqadasında vzvoda qədər 3 vahid olması nəzərdə tutulur. Bu cür qoşun komplekslərində -150 komplekt olmasına ehtiyac var.
Məsafədən idarə olunan PTRK – hərəkətli və hərəkətsiz, zirehli və zirehsiz, ayrı-ayrı hədəflərin içəridən məhv edilməsi üçün nəzərdə tutulmuşdur.
Həll edilən məsələlər:
-Döyüş meydanın müşahidə edilməsi;
-Düşmən obyektlərinin optiki-elektron, televizion və radiolakasiya rejimində təyin edilməsi və tanıdılması;
Ümumqoşun birləşmələrinin tank əleyhinə artelleriya diviziyalarında və vzvoda qədər artelleriya briqadalarında, yəni 4 vahidə qədər PTRK-lər təklif olunur. Bu tip qoşunlar üçün kompleksdə ümumi tələbat-200 komplektə qədərdir.
Odlu atəşlə məhv edən robototexniki kompleks (hərəkət edə bilən atəş nöqtəsi) atəş açan və yönləndirə bilən avtomat idarəetmə sisteminə malik heyətsiz artilleriya silahıdır. İntensiv odlu qarşıdurma şəraitində, qapalı silahlı mövqelərdə düşməni məhv etmək üçün nəzərdə tutulur.
Həll edilən məsələlər:
Canlı qüvvənin, silahlı vasitələrin, düşmənin digər obyektlərinin, müxtəlif təyinatlı hərbi sursatların, xüsusi məsələlərin dəqiqliklə məhv edilməsi;
Məşğələlər və döyüş mövqeylərinin tərk etilməsi;
Oda qarşı manevrlərin olunması.
RTK bölmələrinin tərkibində və ya təklikdə istifadə edilir. Silahlı mövqelərin rayona köçürülməsi sürücü-mexanik (operator) vasitəsi ilə edilir. Silahlı mövqenin tutulması, döyüş vəziyyətinə gətirilməsi, atəş açma, hərəkət vəziyyətinə gətirilmə və silahlı mövqeyin dayandırılması məsafədən idarəetmənin köməyi ilə həyat keçirilir.
Silahlanma 60 dəst atışa qədər daşınan modulla formalaşdırılmış avtomatik artilleriya silahı ilə həyata keçirilir.
Heyətsiz döyüş bölməsi, АС УНО, naviqasiya sistemi, avtomatlaşdırılmış ballistik stansiya, məsafədən idarəetmə sistemi, verilənlərin ötürmə sistemi, aktiv müdafiə sistemi ilə təchiz edilmişdir.
Hərəkət edən tırtıl şassidə yerləşdirilir, 14,5mm-ə qədər gülləyə qarşı zirehli müdafiəni və minaya qarşı 3-cü dərəcəli dayanaqlılığı, döyüş zamanı manevr etmə və silahlı döyüşün məsafədən idaretmə imkanlarını təmin edir.
Ümumqoşun birləşmələrinin özü hərəkət edən artilleriya diviziyalarında və artilleriya briqadalarında olması təklif edilir.
Yaxın məsafədə (25 km qədər) pilotsuz uçuş aparatları ilə hava artilleriya kəşfiyyatınin robotexniki kompleksində ümumi təlabat 100 komplektə qədərdir.
Düşmənin hava artilleriya kəşfiyyatının və yerinin təyin edilməsi (yerüstü obyektləri real miqyasda təyini və tapılması), artilleriya atəşi ilə təmin olunması, həm də radio siqnalların retransliyasiyası üçün nəzərdə tutulub.
Həlledici məsələlər:
Düşmən hərəkətinə və mövqeyinə nəzarət;
Müxtəlif xarakterli obyektlərin təyin edilməsi; artilleriya ilə məhv edilmiş əsas obyektlərin koordinatlarının müəyyən edilməsi və tanıdılması)
Hava artilleriya kəşfiyyatının radiotexniki kompleksi – təyyarə tipli hərəkət edən pilotsuz uçuş aparatı və bir-iki operatorla təmin esdilmişdir. Həmçinin yaxın hərəkət edən pilotsuz uçuş aparatı hərəkətsiz rəqəmli fotoaparatla təchiz olunmalıdır.
Kəşfiyyat vasitəsi kimi ən gərgin istiqamətlərdə, ən dərinlikdə yerləşən (25 km-ə qədər) düşmənə 15m/s-qədər külək sürətində, günün istənilən vaxtında, insan hərəkətinin əlverişsiz şəraitində, yarımavtomat və avtomat rejimində tətbiq olunur. Və idarəetmə siqnalı itən zaman (start nöqtəsi) təyin olunmuş nöqtəyə avtomatik qayıdır.
Xüsusi proqram təminatlı robototexniki kompleksin yerüstü idarəetmə stansiyası, xüsusən yerüstü ADM operatorunun (НСУ), həmçinin artilleriya bölmələrinin vəzifəli şəxslərinin ştatında yerləşir.
Robototexniki kompleksin hava artilleriya kəşfiyyatının ştat qablaşdırılmasının daşınması üçün bir-iki insan nəzərdə tutulur, həmçinin orta daşınma şərtləri daxilində hər cür nəqliyyat növündən istifadə olunur. Həm “ПРП”- nin, həm də komanda-nəzarət artilleriya (tank əleyhinə) diviziyasının tərkibində robototexniki komplekslərin olması təklif olunur.
Düşmənin aşkar edilməsi və hava artilleriya kəşfiyyatının aparılması (yerüstü obyektlərin real zaman miqyasında koordinatlarının təyini), artilleriya atəşi təminatı, həmçinin radiosiqnalların retransliyasiyası.
Həlledici məsələlər:
Düşmən mövqeyinin yerləşməsinin nəzarətə götürülməsi;
Müxtəlif xarakterli obyektlərin aşkar edilməsi;
Əsas obyektlərin koordinatlarının təyini və artilleriya ilə məhvedilməsi;
Hava kəşfiyyatı artilleriyasının robototexniki kompleksinin təyyarə və ya vertolyot tipli kiçik məsafəyə uçan pilotsuz uçuş aparatları üç nəfərdən çox olmamaq şərti ilə təhlükəli istiqamətlərdə düşmən (50 km-ə qədər dərinlikdə) mövqeyində kəşfiyyat işləri aparilması üçün istifadə olunur. Günün istənilən zamanında 15m/s sürəti ilə insan üçün əlverişsiz şəraitdə yarımavtomat və avtomat rejimdə tətbiq edilir. Həmçinin idarəetmədə yerüstü siqnallar olmayan КРНС “HABSTAP” və ГЛОНАСС istifadə edilir.
Robototexniki kompleks idarəetmə siqnalını itirərkən avtomatik təyin olunmuş nöqtəyə qayıtmalıdır. Pilotsuz uçuş aparatının kiçik uzaqlığa təminatında özünə yararlı yüklənmənin növbəli modulları daxil etməlidir:
Hərəkətsiz rəqəmsal fotoaparat;
Hidrostabilləşdirilmiş fırlana bilən platformanın üstündə teplovizion kamera;
Hidrostabilləşmiş fırlana bilən platformada rəngli vidiokamera;
Radioqovşağın modul retransliyasiyası;
Kəşfiyyat modulu;
Robototexniki kompleksin hava artilleriya kəşfiyyatı və hesabatı.
Kiçik uzaqlığa malik pilotsuz uçuş aparatının yerüstü idarəetmə stnasiyası APM operatoru yerləşdirilmiş çarxlı yük avtomobili ilə daşınır.
Robototexniki kompleksin yerüstü stansiyasının idarəetməsinin xüsusi proqram təminatı xüsusi “APM” yerüstü idarəetmə operatorunda quraşdırılmalıdır.
Bundan başqa, artilleriya kəşfiyyatının vəzifəli şəxslərinin xüsusi proqram təminatı robototexniki kompleksdən operativ video məlumatlar almağa imkan verməlidir. Robototexniki kompleksin vertolyot tipli pilotsuz uçuş aparatı ilə birgə üstünlüyü artilleriya kəşfiyyatının aparılmasında əlavə üstünlüklərin meydana gəlməsidir.
Pilotsuz uçuş aparatının gözləmə rejimində olması;
mühərrikin məsafədən operatorun əmri ilə uçuş hazırlığı;
Böyük yüksəkliyə malik binanın üstünə enişi və qabaqcıl yerüstü nəzarət məntəqəsində olduğu kimi artilleriya kəşfiyyatının aparılması;
Havada olduğu kimi hədəflərin lazerlə işıqlanması, yerüstü kəşfiyyatın da bu qayda ilə işıqlandırması;
Nəqliyyat vasitəsindən avtomatik uçuşda istifadə.
Vertolyot tipli pilotsuz uçan robototexniki komplekslərin artilleriya kəşfiyyat bölmələrinin tərkibində olması nəzərədə tutulur. Belə komplekslərdə tələbat 50 dəstə qədərdir. Belə ki, müxtəlif təyinatlı robototexniki komplekslərdə “PB və A”-ya tələbat 1000 dəst təşkil edir, xarici sifarişçiləri nəzərə alsaq, bundan daha çoxdur.
Ümumiyyətlə, bu məsələləri reallaşdırmaq üçün hələ də çoxlu sayda həll edilməmiş problemlər mövcuddur:
“PTK BH” – in cəlb edilməsinin məcburi olması;
özünü doğrultmasının təyini, yerinin və rolunun (məsələ sayı və istifadə effekti) əsaslandırılması arqumentinin (miqdarca əsaslandırılması) olmaması;
Tələbata aid nisbətən üstünlük təşkil etməsi;
verilmiş hərbi robototexniki nümunələrin ekspert rəyinə əsaslanan, təşkilatların maraqları üzündən məhrum edilməmiş elementlərinin olması;
Perspektivli PTK BH görnüşünü təyin edən, hərbi robototexniki baza texnologiyasının olmaması;
“PTK BH”-nın quraşdırılması mexanizminə olan tələbatın qeyri müəyyənliyi (say və siyahı), onların dəyəri, ştat strukturu və təchiz olunan bölmələrin sayı;
Təlim sisteminin qeyri müəyyənliyi və mütəxəssislərin hərbi robototexnika sahəsində hazırlığının metodiki təminatı;
Ümumqəbul olunmuş, anlaşılan aparatın lazım olan şəkilə salınmaması və hərbi robototexniki terminologiyanın tam həcmdə razılaşdırılmaması;
Bu problemlərin həlli yollarının əsas ölçüləri aşağıdakılardır:
Baza texnologiyalarını, robototexniki inkişaf mərkəzinin yaradılmasını daxil etməklə robototexnikanın inkişafı üzrə milli proqramın hazırlanması;
Tabeçiliyində texnoloji proqram və konstruktorun məsləhəti olan robototexniki sistem və komplekslərin baş konstruktor institutunun yaradılması;
Robototexniki vasitələrin standartlaşması, vahid şəkilə salınması;
Elmi tədqiqat və sınaq konstruktor işlərinin sistemli qoyuluşu;
Rusiya Federasiyasının robototexnika üzrə 4 elmi tədqiqat işlərinin icraçısı bu gün Elmlər Akademiyası sayılır (onlardan biri Ümumqoşun Akademiyası, üçü – Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Robototexnika üzrə Baş elmi tədqiqat sınaq mərkəzidir). Lakin, nə Mixaylov adına hərbi artilleriya akademiyası, nə də raket ordusunun müəssisələri və quru qoşun artilleriyası robototexniki konstruktor pilotsuz naviqatorların yaradılmasında konstruktor sınaq işlərinin hərbi elmi əsaslandırılmasında dövlət müdafiə sifarişlərində iştirak etmirlər.
Göründüyü kimi, işin bu cür olması robototexniki komplekslərin (PBUA) yaradılmasında işlərin effektivliyini artırmır. Ona görə də qoşun növlərinin robotlaşması inkişafı üzrə akademiya qarşısında bu kimi məsələlər durur:
2015-2030 illər üçün yeni nəsil robototexniki komplekslərin yaradılmasında layihələrin siyahısının formalaşdırılması, prioritet işlərin inkişafı üzrə əsas tələblər;
Robotlaşma – 2025-ci il məqsədyönlü kompleks proqramına “PB və A”-nın daxil olması məsələsi. Çox məqsədli sistem görnüşünün modelləşməsi və bir çox qoşun növləri üçün robototexniki komplekslərin struktur ştatının hazırlanması;
Gələcəkdə “PB və A”-ya elmi potensialın cəlb edilməsi Mixaylov adına hərbi artilleriya akademiyası nümunəsində, akademiyanın təcrübələrindən geniş istifadə etməklə, Rusiya Federasiyası Silahlı qüvvələrində robotlaşmanın müvəffəqiyyətlə aparılmasını həyata keçirilməsi;
Məsələlərin əsaslandırılması üzrə aparatın elmi metodiki işlərinin robotlardan istifadə etməklə “PB və A”, həmçinin kompleks elmi tədqiqat işlərində robotototexniki komplekslərdən istifadənin effektivliyinin qiymətləndiriliməsi;
Təlim sisteminin yaradılması üzrə işlərin və qoşun növləri üçün robototexnika üzrə mütəxəssislərin hazırlanmasında metodiki təminatın yenilənməsi işlərinin davam etdirilməsi.
Nəticədə, “PB və A”-nı, kəşfiyyat və artilleriya birləşmələrinin tərkibində robototexniki komplekslərin varlığının döyüşdə effektivliyinin nəzərə çarpacaq dərəcədə yüksəlməsinə, ilk növbədə isə kəşfiyyatın atəş nöqtələrində uzaqlıq dəqiqliyinin artmasına səbəb olacaq.
Актуальность темы обусловлена повышением роли перспективных средств ведения вооруженной борьбы, в том числе военной робототехники в ракетных войсках и артиллерии. Военные роботы в современных условиях позволяют минимизировать боевые потери личного состава и максимизировать эффективность выполнения задач.
Yaxın bir neçə onillikdə istehsalatda, bioloji və tibbi sahədə inqilab baş verməlidir. Alimlər bu inqilabı məhz nanorobotlarla əlaqələndirirlər. Burada belə bir sual ortaya çıxır ki, nanorobotlar nədir və nanorobotlar necə işləyir? [1] Nanomaşınlar geniş miqyasda araşdırma və inkişaf mərhələsindədir. Gələcək zamanda bir çox sahədə nanorobotlarla qarşılaşacağıq. [2] Bunlardan biri də tibb sahəsidir. Tibbi baxımdan çox hallarda dağıdıcı nanorobotlar (məhv edənlər) haqqında danışılır. Əgər bunları insan bədəninə buraxsanız və müəyyən bir şəkildə proqramlaşdırsanız virusları və digər lazımsız elementləri ayıra və məhv edə bilərsiz. Beləliklə belə bir fikir yaranır ki, insan ölümsüz ola bilər. [1]
İngiltərədə alimlər xərçəngli hüceyrələrdə nanorobot yaradaraq uğur əldə etmişlər. Atom ölçülərində istehsal edilən və gözlə görünməyən bu atomik maşınlar önümüzdəki illərdə xərçəng müalicəsi üçün istifadə edilən şüa yəni kimyaterapiya kimi üsullara son veriləcək kimi görünür.
Atom böyüklüyündə və pərvanəsi olan nanorobotlar son illərdə nanotexnologiyanın nano tibbə bir hədiyyəsi olaraq görünür. Xərçəngli hüceyrələri taparaq onların inkişafını əngəlləyərək çoxalmasına maneə olan nanorobotlar artıq xərçəng xəstələrinin ümidi olub. [2]
Bununla yanaşı məşhur Silvina Martel (sylvian martel) laborotoriyasının alimləri beyin üçün implant bir çip və pops layihələri üzərində də əsaslı işlər aparırlar. [1]
Orqanizmində şiş öz inkişafını davam etdirərkən nanorobotlar vəzifələrini yerinə yetirmək üzərə insan vücuduna yerləşdirilir. Hər nanorobot 90×60 nanometr ölçülü düzbucaqlı DNT origami təbəqələrindən ibarətdir və işin açarı olan, qan laxtalanmasını təmin edən trombin fermentini daşıyır. Trombin, şişi qidalandıran qan damarlarında laxtalar meydana gətirir. Bu nanobotlar müalicə məqsədi ilə siçanın damarlarına ötürülür və qan dövranı zamanı şişin olduğu yeri əlləri ilə qoymuş kimi tapırlar. Fərqli məqsədlərlə yaradılan nanorobotlar qatı şişlərin və vaskulyar metastazların aradan qaldırılmasında rol oynaya bilər. Üstəlik bu texnologiya ilə digər xəstəliklər üçün istehsal olunan dərmanlar da hədəfə çatdırıla bilər. [2]
Dünyadakı komandalar ilk praktik tibbi nanorobotun yaradılması üzərində işləyirlər. Diametri bir millimetrdən nisbətən uzunluğu iki santimetrə qədər olan robotlar, insanlar üzərində sınaqdan keçirilməməsinə baxmayaraq, artıq mövcuddur. Tibbi bazara daxil olan nanorobotlardan cəmi bir neçə ilə istifadə edəcəyik. Həkimlər ürək-damar xəstəliklərindən tutmuş xərçəngə qədər hər şeyi hazırkı nanorobotlardan bakteriya ölçüsündə kiçik robotlarla müalicə edə biləcəklər. Bəziləri yarı avtonom nanorobotların tezliklə istifadəyə veriləcəyinə inanırlar – həkimlər insan orqanizmini patrul edə biləcək və hər hansı bir problemə cavab verə biləcək robotlar yerləşdirə biləcəklər. Təcili müalicədən fərqli olaraq, bu robotlar xəstənin bədənində əbədi qalacaq. Gələcəkdə nanorobotlar üçün digər məqsəd potensial olaraq bədənimizi gücləndirmək, toxunulmazlığını, gücünü artırmaq, hətta zəkanı yaxşılaşdırmaqdır. Bir gün damarlarımızda üzən və parçalanmış, bədənimizdə düzəlişlər və dəyişikliklər edə bilən minlərlə mikroskopik robotu görə biləcəyikmi? Bəli, nanotexnologiya ilə hər şeyin mümkün olacağı görünür. [3]
İnformasiya Texnologiyasının yaranması haqqında müxtəlif versiyalar irəli sürülsədə, araşdırıcılar kompüter və informasiya texnologiyalarının yaranmasının ilk işartılarını XVII əsrin əvvəllərində 1623-cü ildə Vilhelm Şikard tərəfindən 7 tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını aparmağa imkan verən “Hesablayıcı maşın”ın yaradılmasında görürlər.
Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni alqoritmi təqdim edib. Yaradılmış bu yeni alqoritm tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dilləri arasındakı uyğunsuzluq problemini aradan qaldırmaq üçün nəzərdə tutulub.
CodeNet adlı qəliz generativ sistemin əsas özəlliyi ondadır ki, o, bir proqramlaşdırma dilindəki məlumatları digər proqramlaşdırma dilinə tərcümə edərək kodun ayrı-ayrı hissələrini və hətta bütöv layihələri yarada bilir. Məsələn proqramçı çox spesifik sahələrdə işlədilən bir neçə köhnə proqramlaşdırma dilini bilir.
Həmin proqramlaşdırma dillərindəki lazımi məlumatların yeni proqramlaşdırma dillərinə tərcümə üçün istifdəçi heç bir tədris prosesindən keçməyəcək. Belə ki, onun yerinə tərcüməni məhz sözügedən alqoritm reallaşdıracaq. IBM təmsilçiləri bildiriblər ki, onlar bu alqoritmi 14 milyon kod fraqmenti və 500 milyon sətr kod vasitəsilə təlimatlandırıblar. Alqoritm 55 köhnə və yeni proqramlaşdırma dilində tərcüməni reallaşdıra bilir. Bura COBOL və FORTRAN kimi köhnə proqramlaşdırma dillərindən tutmuş Java, C++ və Python kimi yeniləri daxildirlər. Alqoritmin nə dərəcədə effektiv çalışdığı barədə IBM bir məlumat verməyib.
Google şirkətinin verdiyi məlumata görə bu yay New Yorkda ilk fiziki pərakəndə Google Store açılacaq. Şirkətin bütün məhsullarını bu maqazindən almaq mümkün olacaq.
Texnologiyanın nəhəngi olan Google şirkəti dünyanın ilk fiziki pərakəndə mağazasını dünyanın ən böyük şəhərlərindən biri New Yorkda açacağını açıqladı. New Yorkun Chelsea bölgəsində açılacaq Google Store, bu yay ilk müştərilərinə ev sahibliyi edəcək. Mağaza şirkətin eyni şəhərdəki mövcud kampusunun bir hissəsi olacaq.
Google Mağazasında Covid-19 üçün tədbirlər görüləcəkdir
Googlenin verdiyi məlumata görə müştərilərə motivasiya vermək məqsədi ilə müştərilərə istənilən məhsulu satın almadan öncə onu sınaqdan keçirmələrinə icazə veriləcək. Google Store-da müştərilər Google tərəfindən hazırlanan Pixel telefonları, Nest məhsulları, Fitbit cihazları, Pixelbooks və daha çox məhsuları sınaqdan keçirə və onları satın ala biləcəklər. Bundan əlavə olara alınan bütün cihazların quraşdırılması və təmiri maqazində həyata keçirilə bilər.
Pandemiya tədbirlərinə diqqətlə yanaşan Google şirkəti istifadəçilərin və alıcıların özülərini maqazində tam təhlükəsiz hiss etmələri üçün bütün lazımlı tədbirləri həyata keçirəcəyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, maqazin daxilində maska taxmaq və sosial məsafə sağlamaq məcburidir. Şirkət maqazini gündə bir neçə dəfə təmizləyəcəyini və içəridə olan müştəri sayını məhdudlaşdıracağını da qeyd edib. Hər bir müşətəri maqazinin girişində qarşılanacaq və onun ehtiyyaclarına uyğun şəkildə ona xidmət göstəriləcək.
Vaxta qənaətin vacibliyinə toxunan şirkət, istifadəçilərə mağazaya gəlmədən öncə online müraciət etmələrinin, məhsulu daha rahat əldə edə biləcəklərinə imkan verəcəyini vurğulayıb.
İnsan beyni ilk dəfə “BreynQeyt” texnologiyası ilə kompüterə fikirləri kabelsiz ötürüb.
Tədqiqat Brovn Universitetində aparılıb.
Tədqiqat qrupundan Con Simeral bildirib ki, kabelsiz sistemlərin ən yaxşı kabelli sistemlər kimi işləyə biləcəyini sübut etdik:
“Tətqiqat 2 şəxs üzərində aparılıb. Hər iki şəxs iflic olub və fikirlərini çatdırmaları üçün kompüter köməyinə ehtiyac duyublar. Tətqiqatlar zamanı siqnallar demək olar ki, hər iki sistemdə olduğu kimi (kabelli və kabelsiz) eyni dəqiqlikdə kompüterə köçürülüb. İnsanlar artıq kabelli sistemlərə məcbur deyillər”.
“Kensington” şirkəti biometrik autentifikasiya üçün masaüstü fərdi kompüterlərin təhlükəsizliyini təmin edən “VeriMark Desktop Fingerprint Key” adlı həll təqdim edib.
Yeni barmaq izi skaneri masaüstü fərdi kompüterin blokdan çıxarılması üçün kompakt qurğu şəklindədir və sensoru masanın istənilən yerində yerləşdirməyə imkan verən 120 santimetr uzunluğunda kabellə təchiz edilib. Onadək barmaq izini dəstəkləyən “VeriMark Desktop Fingerprint Key” kompüterin sistem blokuna “USB” portu vasitəsilə qoşulur.
Barmaq izi skaneri “Windows Hello” (biznes üçün versiya daxil olmaqla) və “Office365”, “Azure”, “Outlook” və s. kimi əlavə “Microsoft” xidmətləri ilə asanlıqla inteqrasiya olunur. “Kensington VeriMark Desktop Fingerprint Key” qurğusu üçün sifarişlər 75 dollardan qəbul edilir.
Rus alimləri aviasiya sənayesi üçün alovadavamlı misilsiz polimer hazlırlayıb. Bu maddə təyyarə salonunun yanmaz elementlərinin istehsalında istifadə olunan kompozit materialların əsasını təşkil edir. Tədqiqatçılar yeniliyin bu sahədə idxal əvəzetməsini təmin edəcəyini qeyd edir. Sintez olunmuş maddə analoqlardan daha sürətli və daha ucuz istehsal olunur və alova davamlılıq qabiliyyəti ilə onlardan daha üstündür.
Kompozit materialların istehsalının 2021-ci il ərzində inkişaf etdirilməsi və tətbiq edilməsi nəzərdə tutulub. Bu material bərkidikdə aviasiya kompozit materialları üçün yanğına davamlı polimer əsasına çevrilir. Kompozitlər istehsal edildikdən sonra hazır məhsullarda sınaqdan keçiriləcək. Yanğına davamlı polimerlər ilk növbədə Rusiyanin “MS-21” təyyarəsinin xüsusi döşəməsi panelləri daxil olmaqla, təyyarə salonunun müxtəlif elementlərinin hazlrlanmasında istifadə ediləcək. Alimlər yeni maddələrin nəqliyyat tikintisində və elektron avadanlıq istehsalında da tətbiqini tapacağndan əmindirlər.