Quru qoşunları artilleriyası və raket qoşunları üçün robototexniki komplekslər

Quru qoşunları artilleriyası və raket qoşunları üçün robototexniki komplekslər

S.Şükürlü, F.Şirinova, E.Arazlı

Mövzunun aktuallığı döyüşün yeni vasitələrlə, eyni zamanda raket və artilleriya hissələrində hərbi robototexnikanın tətbiqini nəzərdə tutur. Hərbi işlərin yeni qaydada aparılması hərbi şəxsi heyət arasında itkilərin minimuma endirilməsinə və qarşıya qoyulan döyüş tapşırıqlarının maksimal effektivliyə çatdırılmasına gətirib çıxarır.

 Robototexnikanın tətbiqi həm də hərbi işdə hərtərəfli təminat tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar ola bilər. Robototexnikanın hərbi işdə tətbiqinə aid kiçik təcrübəni nəzərdən keçirsək, Rusiya Federasiyasında son 4-5 ildə robototexniki komplekslərin inkişaf dinamikasını xüsusilə qeyd etmək olar (Şəkil 1).

 Belə ki, yerüstü robototexniki komplekslərdən danışarkən qeyd etmək lazımdır ki, quru qoşunlarında kəşfiyyat və döyüş məqsədilə nəzərdə tutulmuş çoxfunksiyalı “Nerexto” adlı robototexniki kompleks hazırlanmış və sınağa verilmişdir.

 Hal-hazırda, Rusiya Federasiyasının hərbi hissələri radiasiyanı ölçən və radioaktiv maddələrin daşınmasını həyata keçirən, uzaqdan radioaktiv və kimyəvi kəşfiyyatı yerinə yetirən qaldırıcı kran və bir sıra xüsusi platformalarla təchiz olunub. Uran-6 (sahənin minadan təmizlənməsi üçün), Uran-16 (yanğınsöndürmə işləri üçün) kompleksləri KШУ-mərkəz-2015 təlimlərində sınaqdan keçirilmişdir. Döyüş sınaqları qurtardıqdan sonra bütün hərbi birləşmələr və mühəndis tədris mərkəzlərinin bu komplekslərlə təchiz olunması nəzərdə tutulur.

 Qeyd etmək lazımdır ki, pilotsuz uçan aparat komplekslərinin işlənilməsi və hərbi hissələrdə tətbiqi sahəsində işlər daha qənaətbəxşdir.

Hal-hazırda, Rusiya Federasiyasının hərbi hissələri yaxın və kiçik məsafədə istifadə edilə bilən pilotsuz aparatlarla təmin olunmuşdur. İstismarda isə həmin komplekslər yaxın və orta təsir gücünə malik olan aparatlardır.

 Bundan əlavə Dövlət Müdafiə sifarişləri çərçivəsində uzaq məsafələrdə zərbə endirmək gücünə malik olan  həmçinin orta və yaxın məsafələrdə təsir edə bilən pilotsuz uçan aparatların hazırlanması üçün elmi tədqiqat və təcrübi konstruktor işlərini həyata keçirən, həmin bazadan başlayaraq vəziyyətin təhlil edilməsini yerinə yetirən pilotsuz uçan aparatların yaradılması nəzərdə tutulur.

 Ümumqoşun birləşmələrin struktur quruluşunda əvvəlcədən nəzərdə tutulan ayrı-ayrı ştat bölmələri robototexniki komplekslərlə təmin olunmuşdur.

 Bunlar batalyonlar və robotlar, həm də pilotsuz uçuş aparatlarıdır. 2015-ci ildə qoşunlara 10 PUA (БЛА) orta məsafəli “Torpost” tipli və 200 “Orlean-10” aparatları daxil olunub (Şəkil 2, 3).

 Mixaylov artelleriya akademiyasında robototexniki kompleksin işlənməsində ən əsası PUA-nın artelleriya asayişinin təminatında böyük təcrübə əldə edilmişdir.

Belə ki, akademiyanın Lujkof poliqonunda sənaye nümayəndələri ilə birgə kompleks hava kəşfiyyatının köməyi ilə atəş məsələlərinin artilleriya batareyalarının bir neçə variantı – “Orlean-10” PUA ilə təmin olunmuş, riyazi və proqram təminatı vasitəsi ilə atəşin təmin edilməsi üçün adaptasiya olunması işlənilib.

 Atəş və kontrol variantı hava kəşfiyyatının kompleksində göstərilir.

 ”Zastava” tipli aparatın hava kəşfiyyatı artilleriyasının maraqları daxilində istifadə nümunələri var.

 Pilotsuz uçuş aparatının vertolyot tipi ilə “yerini dəyişən” minomyotlarla mübarizə aparmasının,analoji aparatların reaktiv atəşlərin təminatında çoxlu sayda təcrübəsi var. Kompleks tətbiq analizi göstərir ki, raket qoşunlarında Robototexniki komplekslərlə işləmək zəruridir:

  • Ümumqoşun bölmələrində odlu silahla kömək;
  • Mövqe rayonların qorunması ;
  • Robotlaşdırılmış blok-post yaratmaq;
  • Artilleriyanın odlu köməyi, aviasiya atəşi;
  • Mövqe rayonlarında mühəndis kəşfiyyatı;
  • Artilleriyanın atəşinin korreksiyası və atəşlərin nəticələrinə nəzarət;
  • Yerüstü raket və reaktiv silahların hədəf və göstəriciləri haqqında məlumat;
  • Düşmən tanklarına qarşı mübarizə və lazer sistemi ilə təchiz olunmuş yüksək dəqiqliklə hərbi təyinatlı məlumatdan istifadə təminatı;
  • Hər tərəfli kəşfiyyat;
  • Hərbi silahların, yanacaq, sürtkü materiallarının döyüş zonasına çatdırılması.

Belə görünür ki, pilotsuz uçuş aparatları və robototexniki komplekslər olmadan ümumiqoşun hərbi hissələrində qeyd edilən məsələləri həll etmək olmur.

Ona görə də, robototexniki bölmələrin tərkibinə daxil olan pilotsuz uçan aparatların raket hərbi hissələrində, aviasiyada və quru qoşunlarında cüzi tətbiqi ilə yanaşı bir sıra ordu birləşmələrində də xüsusi robototexniki komplekslərin olması zəruridir. Hansılar ki, raket və artilleriya birləşməsinin, hərbi hissələrin və bölmələrin qərargah tərkibinə daxil olmalıdır.

Bununla əlaqədar, avadanlıqların xüsusi təyinatlı robototexniki komplekslərdə, raket hərbi hissələrdə hazırlanması, sınaqdan keçirilməsi ilə bağlı;

  • Robototexniki kompleks artilleriyasının kəşfiyyatı (RTK AR);
  • Hərbi obyektləri, hərbi nöqtələri RTK ilə məhv etmək. RTK ilə odlu nöqtəni zərərsizləşdirmək təklif edilir.

Bu komplekslər üçün nəqliyyat bazası kimi hərbi hissələrdə hal-hazırda sınaqdan keçən “Nerexta” və ya “platforma-M” tipli robototexniki komplekslərdən istifadə olunur.

Bundan başqa RTK hava artileriyası kəşfiyyatının iki tipi göstərilir: məsafədən idarəetmə və stabil həmçinin hərəkət vaxtı optiki radiolokasiya kəşfiyyatı aparan.

 Həll edilən məsələlər:

  • Düşmən mövqeyinə və yerləşməsinə nəzarət. Müxtəlif xarakterli obyektlərin təyini (artileriyya ilə məhv edilmiş əsas obyektlərin koordinatlarının muəyyən edilməsi);
  • Artileriya atəşi təminatı (kərtik açma-partlama);
  • Kimyəvi və radioloji kəşfiyyat;
  • Duman təbəqəsini yaratmaq;
  • Silahlarla atəş açmaq (qumbaratan).

Ən təhlükəli gediş istiqamətlərində, düşmənin yerləşdiyi ön cərgədə, pis hava şəraitinə baxmayaraq dözülməz şəraitdə, günün istənilən vaxtında bu avtomatik və yarımavtomatik kəşfiyyat vasitələrindən istifadə edilir.

Robototexniki kompleks tırtıllı şassi üstündə yerləşir. RTK gülləyə qarşı 14,5 mm zirehli müdafiə, 3-cü dərəcəli minaya qarşı dözümlülük, kəşfiyyat məsələlərinin həlli zamanı maşından 5 km aralı manevr etmək, məsafədən idarəetmə imkanlarına malikdir.

 Böyük məsafələrə daşınma, yükdaşıyan platformalarla təchiz olunmuş idarəetmə avtomobilləri ilə həyata keçirilir. Bu zaman  RTK:

  • Dairəvi müşahidə sistemi ilə televiziya rejimi;
  • Televiziya ilə optik-elektron kəşfiyyat;
  • Lazerlə uzaq məsafəni göstərən sistem;
  • Məqsədləri təyin edən sistem;
  • Məqsədə uyğun hərəkət edən radiolokasiya sistemi və atılan silahlar;
  • Naviqasiya sistemləri;
  • Distan idarəetmə sistemi;
  • Məlumat ötürücü sistem;
  • İnsanı tanıyan sistem;
  • Duman yaradan sistem;
  • RX kəşfiyyat vasitəsi;
  • Idarəetməni itirən zaman RTK-nın ilkin vəziyyətinə dönməsi;
  • -Sanksiyalanmış giriş sistemi ilə təchiz edilir.

 RTK AR-ın distan idarəetməsini 2 operator həyata keçirir. Birinci, (1 km-ə qədər) hədəfin məhvini etmək üçün yerləşdirilən hərəkətin idarəetməsini yerinə yetirir. İkinci, RTK AR idarəetmə maşınında məsafədən kəşfiyyat və nəzarət vasitələrinin işini idarə edir.

 İdarəetmə və ümumqoşun birləşmələrinin artilleriya kəşfiyyatında, həmçinin kəşfiyyat artilleriyasının, diviziya artilleriyasının diviziya artilleriya briqadasında vzvoda qədər 3 vahid olması nəzərdə tutulur. Bu cür qoşun komplekslərində -150 komplekt olmasına ehtiyac var.

 Məsafədən idarə olunan PTRK – hərəkətli və hərəkətsiz, zirehli və zirehsiz, ayrı-ayrı hədəflərin içəridən məhv edilməsi üçün nəzərdə tutulmuşdur.

Həll edilən məsələlər:

-Döyüş meydanın müşahidə edilməsi;

-Düşmən obyektlərinin optiki-elektron, televizion və radiolakasiya rejimində təyin edilməsi və tanıdılması;

Ümumqoşun birləşmələrinin tank əleyhinə artelleriya diviziyalarında və vzvoda qədər artelleriya briqadalarında, yəni 4 vahidə qədər PTRK-lər təklif olunur. Bu tip qoşunlar üçün kompleksdə ümumi tələbat-200 komplektə qədərdir.

Odlu atəşlə məhv edən robototexniki kompleks (hərəkət edə bilən atəş nöqtəsi) atəş açan və yönləndirə bilən avtomat idarəetmə sisteminə malik heyətsiz artilleriya silahıdır. İntensiv odlu qarşıdurma şəraitində, qapalı silahlı mövqelərdə düşməni məhv etmək üçün nəzərdə tutulur.

Həll edilən məsələlər:

  • Canlı qüvvənin, silahlı vasitələrin, düşmənin digər obyektlərinin, müxtəlif təyinatlı hərbi sursatların, xüsusi məsələlərin  dəqiqliklə məhv edilməsi;
  • Məşğələlər və döyüş mövqeylərinin tərk etilməsi;
  • Oda qarşı manevrlərin olunması.

RTK bölmələrinin tərkibində və ya təklikdə istifadə edilir. Silahlı mövqelərin rayona köçürülməsi sürücü-mexanik (operator) vasitəsi ilə edilir. Silahlı mövqenin tutulması, döyüş vəziyyətinə gətirilməsi, atəş açma, hərəkət vəziyyətinə gətirilmə və silahlı mövqeyin dayandırılması məsafədən idarəetmənin köməyi ilə həyat keçirilir.

Silahlanma 60 dəst atışa qədər daşınan modulla formalaşdırılmış avtomatik artilleriya silahı ilə həyata keçirilir.

Heyətsiz döyüş bölməsi, АС УНО, naviqasiya sistemi, avtomatlaşdırılmış ballistik stansiya, məsafədən idarəetmə sistemi, verilənlərin ötürmə sistemi, aktiv müdafiə sistemi ilə təchiz edilmişdir.

 Hərəkət edən tırtıl şassidə yerləşdirilir, 14,5mm-ə qədər gülləyə qarşı zirehli müdafiəni və minaya qarşı 3-cü dərəcəli dayanaqlılığı, döyüş zamanı manevr etmə və silahlı döyüşün məsafədən idaretmə imkanlarını təmin edir.

Ümumqoşun birləşmələrinin özü hərəkət edən artilleriya diviziyalarında və artilleriya briqadalarında olması təklif edilir.

Yaxın məsafədə (25 km qədər) pilotsuz uçuş aparatları ilə hava artilleriya kəşfiyyatınin robotexniki kompleksində ümumi təlabat 100 komplektə qədərdir.

Düşmənin hava artilleriya kəşfiyyatının və yerinin təyin edilməsi (yerüstü obyektləri real miqyasda təyini və tapılması), artilleriya atəşi ilə təmin olunması, həm də radio siqnalların retransliyasiyası üçün nəzərdə tutulub.

 Həlledici məsələlər:

  • Düşmən hərəkətinə və mövqeyinə nəzarət;
  • Müxtəlif xarakterli obyektlərin təyin edilməsi; artilleriya ilə məhv edilmiş əsas obyektlərin koordinatlarının müəyyən edilməsi və tanıdılması)
  • Artilleriya atəşi təminatı: (kərtik açma-partlama), radiokəşfiyyatın aparılması;
  •  radiosiqnalların retransliyasiyası;

Hava artilleriya kəşfiyyatının radiotexniki kompleksi – təyyarə tipli hərəkət edən pilotsuz uçuş aparatı və bir-iki operatorla təmin esdilmişdir. Həmçinin yaxın hərəkət edən pilotsuz uçuş aparatı hərəkətsiz rəqəmli fotoaparatla təchiz olunmalıdır.

 Kəşfiyyat vasitəsi kimi ən gərgin istiqamətlərdə, ən dərinlikdə yerləşən (25 km-ə qədər) düşmənə 15m/s-qədər külək sürətində, günün istənilən vaxtında, insan hərəkətinin əlverişsiz şəraitində, yarımavtomat və avtomat rejimində tətbiq olunur. Və idarəetmə siqnalı itən zaman (start nöqtəsi) təyin olunmuş nöqtəyə avtomatik qayıdır.

Xüsusi proqram təminatlı robototexniki kompleksin yerüstü idarəetmə stansiyası, xüsusən yerüstü ADM operatorunun (НСУ), həmçinin artilleriya bölmələrinin vəzifəli şəxslərinin ştatında yerləşir.

Robototexniki kompleksin hava artilleriya kəşfiyyatının ştat qablaşdırılmasının daşınması üçün bir-iki insan nəzərdə tutulur, həmçinin orta daşınma şərtləri daxilində hər cür nəqliyyat növündən istifadə olunur. Həm “ПРП”- nin, həm də komanda-nəzarət artilleriya (tank əleyhinə) diviziyasının tərkibində robototexniki komplekslərin olması təklif olunur.

Düşmənin aşkar edilməsi və hava artilleriya kəşfiyyatının aparılması (yerüstü obyektlərin real zaman miqyasında koordinatlarının təyini), artilleriya atəşi təminatı, həmçinin radiosiqnalların retransliyasiyası.

 Həlledici məsələlər:

  • Düşmən mövqeyinin yerləşməsinin nəzarətə götürülməsi;
  • Müxtəlif xarakterli obyektlərin aşkar edilməsi;
  • Əsas obyektlərin koordinatlarının təyini və artilleriya ilə məhvedilməsi;
  • Artilleriya atəşinin təminatı (kərtik açma), radiokəşfiyyatın aparılması;
  • Radiosiqnalların retransliyasiyası;

Hava kəşfiyyatı artilleriyasının robototexniki kompleksinin təyyarə və ya vertolyot tipli kiçik məsafəyə uçan pilotsuz uçuş aparatları üç nəfərdən çox olmamaq şərti ilə təhlükəli istiqamətlərdə düşmən (50 km-ə qədər dərinlikdə) mövqeyində kəşfiyyat işləri aparilması üçün istifadə olunur. Günün istənilən zamanında 15m/s sürəti ilə insan üçün əlverişsiz şəraitdə yarımavtomat və avtomat rejimdə tətbiq edilir. Həmçinin idarəetmədə yerüstü siqnallar olmayan КРНС “HABSTAP” və ГЛОНАСС  istifadə edilir.

Robototexniki kompleks idarəetmə siqnalını itirərkən avtomatik təyin olunmuş nöqtəyə qayıtmalıdır. Pilotsuz uçuş aparatının kiçik uzaqlığa təminatında özünə yararlı yüklənmənin növbəli modulları daxil etməlidir:

  • Hərəkətsiz rəqəmsal fotoaparat;
  • Hidrostabilləşdirilmiş fırlana bilən platformanın üstündə teplovizion kamera;
  • Hidrostabilləşmiş fırlana bilən platformada rəngli vidiokamera;
  • Radioqovşağın modul retransliyasiyası;
  • Kəşfiyyat modulu;
  • Robototexniki kompleksin hava artilleriya kəşfiyyatı və hesabatı.

Kiçik uzaqlığa malik pilotsuz uçuş aparatının yerüstü idarəetmə stnasiyası APM operatoru yerləşdirilmiş çarxlı yük avtomobili ilə daşınır.

 Robototexniki kompleksin yerüstü stansiyasının idarəetməsinin xüsusi proqram təminatı xüsusi “APM” yerüstü idarəetmə operatorunda quraşdırılmalıdır.

Bundan başqa, artilleriya kəşfiyyatının vəzifəli şəxslərinin xüsusi proqram təminatı robototexniki kompleksdən operativ video məlumatlar almağa imkan verməlidir. Robototexniki kompleksin vertolyot tipli pilotsuz uçuş aparatı ilə birgə üstünlüyü artilleriya kəşfiyyatının aparılmasında əlavə üstünlüklərin meydana gəlməsidir.

  • Pilotsuz uçuş aparatının gözləmə rejimində olması;
  • mühərrikin məsafədən  operatorun əmri ilə uçuş hazırlığı;
  • Böyük yüksəkliyə malik binanın üstünə enişi və qabaqcıl yerüstü nəzarət məntəqəsində olduğu kimi artilleriya kəşfiyyatının aparılması;
  • Havada olduğu kimi hədəflərin lazerlə işıqlanması, yerüstü kəşfiyyatın da bu qayda ilə işıqlandırması;
  • Nəqliyyat vasitəsindən avtomatik uçuşda  istifadə.

 Vertolyot tipli pilotsuz uçan robototexniki komplekslərin artilleriya kəşfiyyat bölmələrinin tərkibində olması nəzərədə tutulur. Belə komplekslərdə tələbat 50 dəstə qədərdir. Belə ki, müxtəlif təyinatlı robototexniki komplekslərdə “PB və A”-ya tələbat 1000 dəst təşkil edir, xarici sifarişçiləri nəzərə alsaq, bundan daha çoxdur.

Ümumiyyətlə, bu məsələləri reallaşdırmaq üçün hələ də çoxlu sayda həll edilməmiş problemlər mövcuddur:

  • “PTK BH” – in cəlb edilməsinin məcburi olması;
  • özünü doğrultmasının təyini, yerinin və rolunun (məsələ sayı və istifadə effekti) əsaslandırılması arqumentinin (miqdarca əsaslandırılması) olmaması;
  • Tələbata aid nisbətən üstünlük təşkil etməsi;
  • verilmiş hərbi robototexniki nümunələrin ekspert rəyinə əsaslanan, təşkilatların maraqları üzündən məhrum edilməmiş elementlərinin olması;
  • Perspektivli PTK BH görnüşünü təyin edən, hərbi robototexniki baza texnologiyasının olmaması;
  • “PTK BH”-nın quraşdırılması mexanizminə olan tələbatın qeyri müəyyənliyi (say və siyahı), onların dəyəri, ştat strukturu və təchiz olunan bölmələrin sayı;
  • Təlim sisteminin qeyri müəyyənliyi və mütəxəssislərin hərbi robototexnika sahəsində hazırlığının metodiki təminatı;
  • Ümumqəbul olunmuş, anlaşılan aparatın lazım olan şəkilə salınmaması və hərbi robototexniki terminologiyanın tam həcmdə razılaşdırılmaması;

Bu problemlərin həlli yollarının əsas ölçüləri aşağıdakılardır:

  • Baza texnologiyalarını, robototexniki inkişaf mərkəzinin yaradılmasını daxil etməklə robototexnikanın inkişafı üzrə milli proqramın hazırlanması;
  • Tabeçiliyində texnoloji proqram və konstruktorun məsləhəti olan robototexniki sistem və komplekslərin baş konstruktor institutunun yaradılması;
  • Robototexniki vasitələrin standartlaşması, vahid şəkilə salınması;
  • Elmi tədqiqat və sınaq konstruktor işlərinin sistemli qoyuluşu;
  • Rusiya Federasiyasının robototexnika üzrə 4 elmi tədqiqat işlərinin icraçısı bu gün Elmlər Akademiyası sayılır (onlardan biri Ümumqoşun Akademiyası, üçü – Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Robototexnika üzrə Baş elmi tədqiqat sınaq mərkəzidir). Lakin, nə Mixaylov adına hərbi artilleriya akademiyası, nə də raket ordusunun müəssisələri və quru qoşun artilleriyası robototexniki konstruktor pilotsuz naviqatorların yaradılmasında konstruktor sınaq işlərinin hərbi elmi əsaslandırılmasında dövlət müdafiə sifarişlərində iştirak etmirlər.

Göründüyü kimi, işin bu cür olması robototexniki komplekslərin (PBUA) yaradılmasında işlərin effektivliyini artırmır. Ona görə də qoşun növlərinin robotlaşması inkişafı üzrə akademiya qarşısında bu kimi məsələlər durur:  

  • 2015-2030 illər üçün yeni nəsil robototexniki komplekslərin yaradılmasında layihələrin siyahısının formalaşdırılması, prioritet işlərin inkişafı üzrə əsas tələblər;
  • Robotlaşma – 2025-ci il məqsədyönlü kompleks proqramına “PB və A”-nın daxil olması məsələsi. Çox məqsədli sistem görnüşünün modelləşməsi və bir çox qoşun növləri üçün robototexniki komplekslərin struktur ştatının hazırlanması;
  • Gələcəkdə “PB və A”-ya elmi potensialın cəlb edilməsi Mixaylov adına hərbi artilleriya akademiyası nümunəsində, akademiyanın təcrübələrindən geniş istifadə etməklə, Rusiya Federasiyası Silahlı qüvvələrində robotlaşmanın müvəffəqiyyətlə aparılmasını həyata keçirilməsi;
  • Məsələlərin əsaslandırılması üzrə aparatın elmi metodiki işlərinin robotlardan istifadə etməklə “PB və A”, həmçinin kompleks elmi tədqiqat işlərində robotototexniki komplekslərdən istifadənin effektivliyinin qiymətləndiriliməsi;
  • Təlim sisteminin yaradılması üzrə işlərin və qoşun növləri üçün robototexnika üzrə mütəxəssislərin hazırlanmasında metodiki təminatın yenilənməsi işlərinin davam etdirilməsi.

 Nəticədə, “PB və A”-nı, kəşfiyyat və artilleriya birləşmələrinin tərkibində robototexniki komplekslərin varlığının döyüşdə effektivliyinin nəzərə çarpacaq dərəcədə yüksəlməsinə, ilk növbədə isə kəşfiyyatın atəş nöqtələrində uzaqlıq dəqiqliyinin artmasına səbəb olacaq.

Актуальность темы обусловлена повышением роли перспективных средств ведения вооруженной борьбы, в том числе военной робототехники в ракетных войсках и артиллерии. Военные роботы в современных условиях позволяют минимизировать боевые потери личного состава и максимизировать эффективность выполнения задач.

İstifadə edilmiş ədəbiyyat

  1. httpS://dfnc. ru/robot/robototehnicheskie-kompleksy-voennogo-naznacheniya-dlya-raketnyh-vojsk-i-artilleriisuhoputnyh-vojsn/
  2. Artilleriya quru qoşun və raket qoşunları təyinatlı robototexniki komplekslər, 2017, №2.