İnformasiya Texnologiyasının yaranması haqqında müxtəlif versiyalar irəli sürülsədə, araşdırıcılar kompüter və informasiya texnologiyalarının yaranmasının ilk işartılarını XVII əsrin əvvəllərində 1623-cü ildə Vilhelm Şikard tərəfindən 7 tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını aparmağa imkan verən “Hesablayıcı maşın”ın yaradılmasında görürlər.
Qısa xronoloji ardıcıllığa nəzər salaq
Vilhelm Şikkard1623-cü ildə 7 tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını aparmağa imkan verən Şikard aparatını icad edib.Daha ətraflıBlez Paskal1644-cü ildə Blez Paskal daha da təkmilləşdirilmiş “Hesablayıcı” yaratdı və bu maşın 5 tərtibli ədədlər üzərində riyazi əməliyyatlar aparmağa imkan verdi.Daha ətraflı Semuel Morland1668-ci ildə maliyyə əməliyyatları aparmaq üçün istifadə olunan hesablayıcı yaratdıDaha ətraflıQotfrid LeybnitsVilhelm Qodfrid fon Leybnits tərəfindən layihələndirilən mexaniki hesablayıcı maşın toplama, çıxma və vurma əməliyyatlarının aparılmasına imkan verirdi.Daha ətraflıŞarl De Kolmar1820-ci ildə Şarl De Kolmarın yaratdığı mexaniki hesablayıcı qurğu – ilk kalkulyator satışa buraxıldı və 90 ildən çox müddət ərzində istehsal olundu.Daha ətraflıÇarlz Bebbic“Analitik maşın” ideyası 1834-cü ildə Çarlz Bebbic tərəfindən irəli sürüldü və o, 1871-ci ildə kompüterin analitik qurğusunun və çap qurğusunun prototipini yaratdı.Daha ətraflı
Previous
Next
1935-ci ildə İnternational Business Machines (İBM) firması İBM-601 hesablayıcılarının geniş istehsalına başladı.
Gəlin köhnə və müasir texnologiyaya şəkillər ilə nəzər salaq.
[bafg id=”1233″]
[bafg id=”1240″]