Yerli Robotlar

Hazırki dönəmdə texnologiyanın sürətlə inkişafı, xüsusilə sənayedə mikroprosessorlara olan tələbatı da nəzərə alsaq, robotexnika ixtisasının daha da irəli inkişaf edəcəyini asanlıqla təxmin etmək olar. Robotların iki növü vardır – sənaye və insanların qulluğunda duran xidməti robotlar. [1] İnsanların robotlara olan ehtiyacının, məişətdə və sənayedə artması robotexnika ixtisasının ölkəmizdə daha çox inkişaf etməsinə şərait yaradacaq. [2] Lakin hələlik Azərbaycanda yerli robotların istehsalı hələ ilkin inkişaf mərhələsindədir.

 Bibot robotu. Bu robot BNB Dynamics tərəfindən yaradılan “ağıllı robot”-dur. [3] Bu robot bir neçə dildə proqramlaşdırılıb və müxtəlif suallara cavab vermə imkanına malikdir. Sözügedən robotun əsas funksiyaları turistlərə və yerli əhaliyə xidmətdən ibarətdir. Bibot həmçinin də təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. Bu robot istənilən AVM-də istifadə edilə bilər. Gələcəkdə belə tipli robotların sürətli prototiplərini inkişafı da mümkündür. Sözügedən robotlar müxtəlif sənaye aspektlərində insanları da əvəz edə biləcək. 

BNB Dynamics şirkəti 2018-ci ildə Bakı şəhərində yaradılıb. Bu şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır. Hal-hazırda BNB Dynamics şirkəti tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.

İti qovan. Bu robot Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı isə “Zərbə” olubdur. [4]

Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanmaqdadır. Daha sonra isə xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılmağa başlanılır. Qurğuda xüsusi izləmə üçün mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı da dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş yerli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin istifadəsinə verilir. 

Bu PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər.

İstinadlar

  1. https://ict.az/az/news/693/
  2. https://www.ixtisas.az/az/mexatronikaverobototexnikamuhendisliyiixtisasi32
  3. https://az.trend.az/azerbaijan/interestingly/2962450.html
  4. https://az.wikipedia.org/wiki/%C4%B0ti_qovan_(PUA)

Oruc Şərifli