“Robot” dedikdə nə başa düşürük? Bu anlayışın tərifi çoxdur. Çexiya yazıçısı Karel Çapek 1920-ci ildə insanın yerinə işləyən mexaniki adamlar haqqında pyes yazıb. O, bu mexaniki adamları robot adlandırıb. “Robot” çex dilindən tərcümədə “işçi” deməkdir. Beləcə, həmin söz dünyanın bütün dillərinə daxil olub. Bəs “robot” sözü daha geniş mənada nə deməkdir? Adətən robot müəyyən hərəkətləri müəyyən qaydalara uyğun yerinə yetirən mexaniki və ya elektromexaniki qurğudur. [3]
Robotların tibdə faydalı ola biləcəyi bir çox sahələr vardır: reabilitasiya, xilasetmə əməlliyyatları və sənaye. Bu illər ərzində sənayedə robotun müxtəlif növləri tətbiq olunmuşdur. Həmin robotlar çox funksiyalı hesab olunurlar.
Yanğın hadisəsi can itkisi, maddi ziyan və daimi əlilliyə səbəb ola biləcək fəlakətdir. Yanğından zərər görmüş insanlar psixoloji olaraq əziyyət çəkir, həmçinin zehni vı fiziki travmalara məruz qalırlar. Yanğın zamanı yanğın söndürənlər ilk növbədə yanğının idarə olunması ilə məşğul olur və bu zaman onlar yüksək risk altında olurlar. Xüsusilədə nüvə stansiyaları, neft emalı zavodları və s. kimi təhlükəli ərazilərdə risk foktoru daha da yüksəkdir. Bundan əlavə, onlar bəzən dar və məhdud yerlərdə və ya fərqli maneəli ərazilərdə zərər çəkəni xilas etməlidirlər.
Yüksək təhlükə və maneələr zamanı yanğını söndürmək üçün texnoloji yeniliklərdən, robotlardan istifadə olunur. Qrob adını daşıyan yanğınsöndürən robotunu buna aid etmək olar (şəkil.1). Bu robot maneələrdən qaça, axtarış edə və atəşı söndürə bilir. Qrob kompakt formada hazırlanmış robotdur. Ölçüsünün kiçik olması daha ensiz, dar yerlərdə istifadəni rahatlaşdırır. Qrob-un elektron hissəsi, daxilindəki vacib hissələrdən biridir. Buraya bir neçə növ sensor daxildir: mikrokontroller, təkərli DC motor, verici, uzaqdan idarəetmə və su nasosu. Bu robot ultrasəs sensoru ilə təchiz edilmişdir. Ona görə də bu vasitə ilə də hər hansı əşya və maneələrə toxunmadan irəlləyə bilir və avtomatik yanğınsöndürmə qabiliyyətinə malikdir. Bu robotlar yanğından maksimum 40sm məsafədə dayanır. Operator smartfon və ya uzaq cihaz vasitəsilə bu robotu izləyə bilər. Qrob, Termit və Firerob robotları ilə müqayisədə daha kompakt və daha cevikdir. [1]
Robotlar bir neçə qrupa bölünür: telerobotlar, telepresence robotlar, mobil robotlar və android robotlar.
Telepresence robotlarının əsas fərqi ondadır ki, video, səs və digər məlumatları özündə saxlamaq qabiliyyətinə malikdirklər. (şəkil 2) Beləliklə, telepresence robotlar bir çox sahədə geniş işlədilirlər. Misal üçün körpələr evi və yaşlıların sosial gündəlik fəaliyyətlərini yaxşılaşdırmaq üçün istifadə olunurlar. Bu robotların funksiyası insan köməyi olmadan yanğını axtarmaq və söndürməkdən ibarətdir. Robotlar tək başına işləmək və ya uzaqdan idarə olunmaq, o cümlədən yanğın şəraitində insanları təhlükəli vəziyyətdən xilas etmək qabiliyyətinə malikdir. Başqa sözlə, robotlar yanğınsöndürənlərin təhlükəli vəziyyətə düşməsini minimuma endirirlər. Əlavə olaraq, kompakt ölçülü və avtomatik robotlar təhlükəli mühitlərdə kiçik və dar boşluqlarda, tunel və ya nüvə elektrik stansiyalarında istifadə edilirlər. [1]
Thermite və Firerob yanğınsöndürən robotları sənayedə geniş istifadə olunur. Termit (Howe and Howe Technologies Inc şirkəti tərəfindən istehsal olunub) uzaqdan idarə edilə bilən yanğınsöndürmə robotu 400 m qədər 1200 gpm və ya 150 psi su vura bilir. Bu robotun ölçüsü 187,96 sm x88,9 smx139,7 sm-dir (şəkil 3).
Firerob (Xorvat istehsalçısı Doking tərəfindən istehsal olunub), tək bir operator tərəfindən idarə olunan yanğınsöndürmə vasitəsidir. Müdaxilə etmədən hidravlik qoluna yüksək təzyiq göstərərək suları 55 m məsafəyə qədər vurur. Həmdə 1800 litr su və 600 litr köpük daşıya bilir. Firerob üzərindəki örtük 250 dərəcə istilik radiasiyasına 30 dəqiqə müddətində davam gətirməyə imkan verir (şəkil 4).
Xilasetmə robotlarının idarəetməsi müxtəlif videokameralar (o cümlədən, istilik və infraqırmızı videokameralar), eləcə də qaz və kimyəvi ötürücülər vasitəsilə məsafədən həyata keçirilir. Bu elementlər kameradan ayrı olduğundan robotu yanğın üzərində nəzarəti itirmədən idarə etmək mümkündür. Estoniyanın “Milrem Robotics” və Niderlandın “InnoVfoam” şirkətləri yeni nəsil yanğınsöndürən robotların yaradılması üçün bütün səylərini birləşdiriblər. Sistemin əsasını yerüstü yanğınsöndürmə monitorları və köpük dozatorlarının daxil olduğu “InnoVfoam” yanğınsöndürmə sistemlərinin elementləri ilə birlikdə işləyən “Milrem Multiscope Rescue Robot” pilotsuz uçan aparatı təşkil edir. [2]
Ümumilikdə, uzaqdan idarə edilə bilən yanğınsöndürmə robotları uğurla inkişaf etdirilir. Bu inkişaf mərhələsi ərzində, robotlarda yanğının yerini müəyyən etmə bacarığı da quraşdırılmışdır.
Müəlliflər: N.Qafarova, F. Hüseynzadə
İstinadlar: