Yamaha markalı motosikletin üzərində olan insana bənzər robot professional yarışçı Valentino Rossi ilə yarışıb.
Baxmayaraq ki, Yamaha şirkətinin robotu bu yarışda uduzub, motosikletin üzərində insanın deyil, məhz robotun olması bir xeyli təəccübləndirir. Motobot virtual köməkçi və ya avtopilot sistemi deyil. O, tanış olmayan yollarda sürməyi, insanları və yol işarələrini təyin etməyi bacarmır. O yalnız yarışlar üçün hazırlanıb və yalnız yarışacağı yolu tanıyır. Özünün harda olduğunu isə o, ötürücülər və GPS-RTK-GPS sistemi vasitəsilə təyin edir. Düz yolda o, saatda 200 km sürət yığa bilir.
Yarış zamanı Motobot bütün yarış yolunu 117.5 saniyə ərzində başa vurdu. Valentino Rossi isə həmin yolu 85.74 saniyəyə qətt etdi. Yəni Motobot ondan 32 saniyə geridə qaldı. Maraqlısı isə ondadır ki, robotun idarə etdiyi motosikl tamamilə adi motosikldir. Yəni o təkmilləşdirilməyib. Fərqli olan tək şey yalnız sürücüdür. Robot sensorlar vasitəsilə qəbul olunan məlumatları analiz edir. Paralel olaraq o, yol faktorlarını, küləyin müqavimətini və mühərrikin tormoz sistemini təyin edir.