Zirvəyə gedən yol-1

SOCAR-ın Daxili Təqaüd Proqramını 7 dəfə qazanan, Xarici Təqaüd Proqramının qalibi kimi Bristol Universitetində təhsil alan Təbriz Əmmayev bu gün Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktorudur. Onun kimi istedadlı insanlar, müasir bacarıq və vərdişlərə malik kadr ehtiyatı cəmiyyətin ən böyük sərvətidir. Və belə kadrların yetişdirilməsində SOCAR-ın əvəzsiz xidmətləri var. Həyata keçirdiyimiz təhsil layihələri, təcrübə proqramlarımızın iştirakçısı olan gənclər bu gün Azərbaycan naminə çalışırlar.