Layihələr. Bu gün texnologiya sahəsində inkşaf edən “Robotexnika” onun ən aktual qollarından biridir. Robotların hər sahədə insanların əlindən tutmağa potensialları olduğu üçün onlara olan maraq günü gündən artır. Buna görə də, müxtəlif cür və müxtəlif inkşaf səviyyəsindəki robotlar mütəmadi olaraq işıq üzü görür. Robotlar layihələr üzərində qurulur. Bu layihələri “Başlanğıc”, ”Orta” və ”Qabaqcıl” olaraq üç kateqoriyaya bölə bilərik. Başlanğıc və orta səviyyəli layihələr əsasən universitet tələbələri tərəfindən qurulur. Bunlara “Xətti İzləyən Robot (Line Following Robot)” (şəkil 1) və ya Pilləkən Qalxan Robot (Stair Climber Robot) (şəkil 2) kimi layihələri misal göstərmək olar.
Şəkil 1. Xətti İzləyən Robot (Line Following Robot)
Şəkil 2. Pilləkən Qalxan Robot (Stair Climber Robot)
Qabaqcıl robotlara gəldikdə isə, bu anlayış hər an “Orta” səviyyə ilə əvəz oluna bilər. Bunun səbəbi isə durmadan inkşaf edən robotexnika sektorudur. Robotların strukturu mürəkkəbləşdikcə, bizim qabaqcıl robot alqımız da dəyişir.
Hal-hazırda, mövcud olan “Qabaqcıl Robot” konsepsiyasinda insanabənzər robotların xüsusi yeri var. Buna daha yenicə ictimaiyyətə təqdim olunmuş “Ameca”-nı və mərhum alimimiz Lütfi Zadənin nəzəriyyələri əsasında, yaponlar tərəfindən hazırlanmış “Alter” adlı robotu misal göstərmək olar. Bu robotlardan “Ameca” mimikaları ilə, “Alter” isə əl və qol hərəkətləri ilə insanı xatırladır.
Jurnallar. Robotexnika jurnalları və orijinal tədqiqat məqalələri avtomatlaşdırılmış mexaniki cihazların dizaynı və istehsalından tutmuş, sınaq və praktiki tətbiqə qədər bütün aspektlər üzrə icmal məqalələri dərc etməyi nəzərdə tutur. Bu sahəyə çox böyük töhvələr vermiş “Journal of Mechanisms and Robotics” (Mexanizmlər və Robotexnika Jurnalı) də adı çəkilməyə layiq jurnallardandır. Bu jurnal, Mexanika Mühəndisliyi (Q2) ilə əlaqəli texnologiya kateqoriyalarını əhatə edən bir jurnaldır. Amerika Mexanika Mühəndisləri Cəmiyyəti (ASME) tərəfindən nəşr edilmişdir və reytinqi 8558-dir. Bu jurnal, yeni dizayn konsepsiyalarını, nəzəriyyələri və metodologiyaları, o cümlədən, dəzgahlar, avtomobil simulyatorları, tibbi robotlar, mikrorobotlar, “seç və yerləşdir” (pick and place) robotları, kabel robotları, yenidən konfiqurasiya edilə bilən (modul robotları), çevik, mobil və insanabənzər robotları əhatə edir. Digər elmi jurnallardan biri də “IEEE Journal” dır (Institute of Electrical and Electronics Engineers (Elektrik və Elektronika Mühəndisləri İnstitutu Jurnalı)). Jurnalın əsas hədəfi bu sahədə ideya və irəliləyişləri bölüşmək üçün dünyanın ən yaxşı tədqiqatçılarını və ən mühüm şirkətlərini bir araya gətirməkdir. Robot texnikası və avtomatlaşdırma sahəsində bir çox mühüm irəliləyiş tarixən ilk dəfə İEEE-də təqdim edilmişdir.
Kitablar. Robotexnika sahəsi əsasən praktika əsaslı bir sahə kimi qəbul olunduğu üçün, bəzən kitablar gözlənildiyi dəyəri almaya bilər. Halbuki, robotexnika elminə töhvə vermiş kitablar var ki, hansı ki, onlarsız bu sahədə bu dərəcədə sürətli inkşafı bərqərar etmək mümkünsüz olardı. Bu dəyərli kitablardan biri də Bruno Siciliano və Oussama Khatib tərəfindən yazılmış “Springer Handbook of Robotics”-dir. Bu kitab təkcə ekspertlər üçün deyil, həm də bu inkişaf edən sahəyə yeni başlayan insanlar üçün, məsələn, kompüter alimləri, həkimlər, mühəndislər və s. üçün ideal bir resursdur.
Şəkil 3. Springer Handbook of Robotics
Bundan əlavə, Robotexnika haqqındakı təməl məlumatları evdə öyrənmək istəyənlərə “Modern Robotics Mechanics, Planning, and Control” (Müasir Robotexnika Mexanikası, Planlaşdırması və İdarəedilməsi) kitabı kömək edə bilər. Robot texnikasına bu giriş mexanika, robotların planlaşdırılması və idarə edilməsinin fərqli və vahid perspektivini təklif edir. Öz-özünə öyrənmə üçün idealdır, çünki bu, yalnız birinci səviyyəli fizikanı, adi diferensial tənlikləri, xətti cəbri və bir az hesablama fonunu nəzərdə tutur.
Dərs vəsaitləri. Bu gün robotexnika fənni məktəblərdə çox geniş tədris olunmasa da, universitetlərdə kifayət qədər aktualdır. Lakin, hər bir ölkədə alimlər və mütəxəssislər bu elmə fərqli cür yanaşdıqları üçün bütün təhsil müəssisələrinin qəbul etdiyi şablon bir və ya bir neçə dərs vəsaiti yoxdur. Lakin məhşurları var və bunlardan biri Harward universitetində də tədris olunan “New Laws of Robotics” (Robotexnikanın Yeni Qanunları) kitabıdır. Kitab Frank Pasquale tərəfindən yazılmışdır. Kitabın ümumi məzmunu isə Asimov’un 3 robot qanununa yeni qanunlar əlavə etmək və onların doğruluq dərəcəsini təhlil etməkdir. Dərs vəsaitləri siyahısına Timothy D.Barfoot tərəfindən yazılmış “State Estimation for Robotics” kitabını da əlavə etmək olar. Bu kitab robototexnika üçün dövlət qiymətləndirməsinə vaxtında, qısa və yaxşı əhatəli giriş təqdim edir. O, qiymətləndirməyə nəzəri və həndəsi vasitələrin balanslaşdırılmış təqdimatını verməklə mövcud dərslikləri tamamlayır və bu vasitələrin robototexnikada yaranan ümumi qiymətləndirmə problemlərini həll etmək üçün necə istifadə oluna biləcəyini müzakirə edir. Kitab, həm də, nəzəriyyə ilə motivasiya edici nümunələr arasında əla tarazlıq yaradır.
İstinadlar
- https://www.geeksforgeeks.org/top–7–projects–in–robotics–for–beginners–a nd–intermediates/
- https://asmedigitalcollection.asme.org/mechanismsrobotics
- https://robocademy.com/2020/04/21/top–10–robotics–books/
İbadet Ismayilov