Robototexnika hal-hazırda çox sürətlə inkişaf edir. Robototexnika sahəsində kiber
hücumlara qarşı qorunmaq üçün kibertəhlükəsizlik çox vacibdir. Kompüterlərin sındırılması adətən informasiya oğurlanması ilə nəticələnir. Lakin, əgər robotlar ələ keçirilərsə, bu daha çox zərərə səbəb ola bilər. Bunun qarşısını almaq üçün kibertəhlükəsizlik gücləndirilməli və inkişaf etdirilməlidir.
Kibertəhlükəsizlik və Robototexnika.
Kibertəhlükəsizlik elektron məlumatlardan cinayət xarakterli və ya icazəsiz istifadədən qorunmaq üçündür. Bu sahə kompüterləri, proqramları və məlumatları kiber hücumlardan qorumaq üçün istifadə olunur. Bir çox firmalar, böyük şirkətlər, hökümətlər çoxlu miqdarda şəxsi məlumatlar toplayır, emal edir, qəbul edir və ötürür. Bu cür informasiyaların qorunması üçün isə kibertəhlükəsizliyə ehtiyac duyulur.
Əgər hansısa firma bu sahədən istifadə etməzsə onların kompüterləri və serverləri kiber
hücumlara məruz qalar və serverlərdəki məlumatlar çox asanlıqla oğurlanar. Oğurlanan
məlumatlar həm firmalara, həm də məlumatları oğurlanmış insanlara zərər vermək üçün istifadə edilə bilər. Kompüterlərin, Texnologiyanın günbəgün inkişaf etməsi bu sahəyə olan ehtiyacı daha da artırır. Texnologiya nə qədər güclənir və mürəkkəbləşirsə o daha güclü
kibertəhlükəsizliyə ehtiyac duyur.
Kibertəhlükəsizlik demək olar ki, texnologiyanın bütün sahələrində istifadə olunur. Bunlara kompüterlərdən əlavə olaraq, son zamanlarda geniş yayılmış dronları və robotları da misal göstərmək olar. Bu məqalədə biz kibertəhlükəsizliyin çox mühüm olduğu robotlar üçün kibertəhlükəsizlikdən danışacağıq. İlk robotların yaranması 20-ci əsrə təsadüf edir. Robotları inkişafına görə nəsillərə bölmək olar. Belə ki, ilk nəsil robotlar sensorları olmayan və ya proqramlaşdırılmayan elektromexaniki cihazlar idi. Yalnız insanlar tərəfindən idarə olunurdu. 2-cinəsilə aid robotlarda sensorlardan və proqramlaşdırmadan istifadə olundu. Bu robotlar artıq ətrafı müşahidə edə və nəticələr çıxara bilirdi. 3-cü nəsil robotlar 2-ciyə bənzəyirdi, lakin yeni xüsusiyyətlər əlavə olunmuşdu. 4-cü nəsil robotlar indiki zamanımızda olan robotlardır, hansı ki, bu robotların üzərində yenilikler aparılır və onlar hələ də inkişaf etməkdədir.
Robotların öyrənilməsi və inkişaf etdirilməsi robototexnika sahəsinde öz əksini tapır. Müasir robotlar quruda, okeanlarda, kosmosda və s. kimi bir çox yerlərdə istifadə edilir. Robototexnikanın ən mühüm vəzifəsi isə robotların kosmosda hərəkəti, tədqiqatlar və təhlillər apara bilməsi və bizə məlumat ötürə bilməsidir.Robotlar idarə olunmasına görə avtonom və insanlar tərəfindən idarəolunan olaraq iki yerə bölünür.
Avtonom robotlar özləri ətrafdakı hadisələri təhlil edir və problemləri özləri həll edir. Avtonom robotlar bir neçə xüsusiyyətə malik olmalıdır. Bunlardan birincisi robotun ətrafını hiss edə bilməsidir. Bunun üçün müxtəlif cür sensorlardan istifadə olunur. Bunlara işıq, toxunma, təzyiq və s. kimi sensorları misal göstərmək olar. Digər xüsusiyyəti isə hərəkət edə bilməsidir. Bunun üçün isə ya hərəkət edə bilən ayaqlardan ya da təkərlərdən istifadə olunur. Əlavə olaraq robotların hərəkət edə bilməsi, işləməsi üçün enerjiyə ehtiyacı vardır. Enerjiyə olan tələbatı ödəmək üçün günəş batareyalarından, batareyalardan və ya elektrikdən ala bilər. Son zamanlar robotlara insanlara çox bənzəmələrinə görə Android adı verilir. Robototexnikada həmçinin süni intelekt də mühüm rol oynayır. Isaak Asimov süni intelekt üçün Robototexnikanın üç qanununu təklif etmişdir:
• Robotlar heç vaxt insanlara zərər verməməlidir;
• Robotlar birinci qaydanı pozmadan insanların göstərişlərinə əməl etməlidir;
• Robotlar heç bir qaydanı pozmadan özlərini qorumalıdırlar.
Robototexnikada kibertəhlükəsizliyin vacibliyi.
Yaşadığımız dünyada hər şey çox sürətlə inkişaf edir, həmçinin robotlar da. Robotlar əvvəllər yalnız istehsalatda mövcud idilərsə, indi artıq çətin işləri də görməyə qadirdirlər. Robotlar inkişaf etdikcə onlarla bağlı kiber təhlükələr də artır. Kiber hücum nəticəsində ələ keçirilmiş robot başqa insanlara zərər vermək və ya nasazlıqlar törətmək üçün istifadə oluna bilər. Robototexnikada xüsusi məxfilik tələb edən bir çox sahələr vardır:
Müdafiə.
Ordu üçün yaradılan pilotsuz uçus aparatları, idarə etmə pultu vasitəsilə idarə olunan silahlar və buna bənzər bir çox robotların rabitə sistemləri xüsusilə şifrələnməlidir, lakin bəzi hallarda bu edilmir. Belə olan halda hakerlər və ya bəzi qurumlar robotu ələ keçirə, onu çoxlu insan olan ərazilərə və ya hökümət binalarına vura bilərlər.
Məişət robotları.
İndiki zamanda demək olar, bir çox insanın evində robotlar var. Hansı ki, bəziləri insanlara kömək məqsədilə informasiyalar toplaya və onları özündə saxlaya bilir. Bu cür robotların məlumat bazası xüsusilə qorunmalıdır.
Tibb robotları.
Tibb robotları bəzən identifikasiya (tanıma, eyniləşdirmə) sistemi ilə təchiz olunmur və kiber hücumlar vasitəsilə onları ələ keçirmək asan olur. Tibb robotlarının ələ keçirilməsinin nəticələri dəhşətli ola bilər.
Fəlakət robotları.
Bu robotlar fəlakət baş vermiş ərazilərdə insanlara kömək vasitəsilə
yaradılmışdır. Onlar keçilməsi çətin olan yerlərdən rahatlıqla istifadə edə, bəzi şeyləri parçalaya, bərpa edə və s. kimi işlər görə bilirlər. Bu cür işlər yerinə yetirə bilməsi onu hakerlər tərəfindən ələ keçirildiyi təqdirdə çox təhlükəli silaha çevirə bilər, əsasən də nüvə stansiyalarında istifadə edilən robotları.
Robototexnikada qarşılaşılan bəzi kibertəhlükəsizlik halları.
Robototexnika sahəsi gündəlik olaraq kibertəhlükəsizlik problemləri ilə üzləşir. Sorğuya əsasən son zamanlar 70000- nə yaxın simsiz cihaz sındırılıb.
Robototexnikanın ən sürətli inkişaf etdiyi sahələrdən biri də avtomobillərdir. Son
zamanlarda Google, Audi, Hyundai, Mercedes, Toyota və s. kimi firmalar öz-özünə hərəkət edə bilən, toqquşmanı əvvəlcədən xəbərdar edə və qarşısını ala bilən avtomobillər istehsal edir. Tərs mühəndislik alətlərindən istifadə edilərək bu cür avtomobillərdə bir neçə kiber hücumlar üçün açıqlar müəyyən edilmişdir. Hakerlər şəbəkəyə girişi təmin edərsə, maşının sürətini istədiyi kimi dəyişə, tormozları deaktiv edə və ya maşının sisteminə zərərli proqram yükləyə bilərlər.
2011-ci il 4 dekabrda Lockheed Martin RQ 170 adlı ABŞ-a məxsus məxfi dron İran tərəfindən ələ keçirildi. Ehtimal olunur ki, dronun GPS-i pozuldu və manipulyasiya olundu. Başqa bir ehtimal isə odur ki, İranın elektron müharibə mütəxəssisləri onun əlaqə vasitələrini kəsiblər. Dronun sisteminin sındırılmasının səbəbi şifrələnmiş siqnalların sızması olmuşdur.
Tibbi robot.
Raven 2 inkişaf etmiş teleportlu robotdur. O bir çox cərrahi əməliyyatlar
aparmağa qadirdir. Bu cür robotlar əsasən simsiz və peyk şəbəkələrinə qoşulurlar. Washington Settle universitetindən bir qrup tədqiqatçı bir qədər araşdırmadan sonra bu robotun boşluqlarını aşkar etməyə müvəffəq oldu. Robot Linux kimi açıq proqram təminatına əsaslanırdı. Komanda üç növ hücumu uğurla həyata keçirə bilmişdi. Qrup ilk hücumda operator tərəfindən robota göndərilən əmrləri dəyişdirə bildi. Bu zaman əmrlər silinə, gecikdirilə və sırası dəyişdirilə bilərdi. İkinci hücumda siqnalların intensivliyi dəyişdirildi. Son hücum isə hakerin robotun nəzarətini tamamilə ələ keçirməsini təmin etdi.
Robotların üzləşə biləcəyi hücum növləri:
Modifikasiya niyyətli hücumlar:
Bu hücumlar nəzarətçinin idarə etdiyi robota qəsdən təsir etmək üçün edilir. Paketlər hələ keçid rejimində olarkən onun məzmununun və ya təyinat nöqtəsinin dəyişdirilməsi bunlara daxildir.
Manipulyasiya niyyətli hücumlar:
Təcavüzkar robotlardan nəzarətçiyə ötürülən mesajı
yenidən qurur. Robotların əksəriyyəti rabitə şəbəkələri tərəfindən idarə olunduğundan
manipulyasiya hücumlarına qarşı çox həssasdırlar.
Qaçırma niyyətli hücumlar: Hakerin iki son nöqte arasındakı əlaqəni ələ keçirdiyi
hücumdur. Yuxarıda qeyd etdiyimiz Raven 2-nin sındırılması buna misaldır. Bu hücumlar iki növ təcavüzkar tərəfindən yerinə yetirilə bilər:
Şəbəkə müşahidəçisi – məlumatı dinləmək, gözətləmək niyyətində olan;
Şəbəkə vasitəçisi – nəzarətçi ilə robot arasında mövqe tutub əlaqəyə mane olan.
Robotlarda kibertəhlükəsizlik hallarının azaldılması üçün bəzi strategiyalar.
Robotlarda hücumların təyin edilməsi və təhlükəsizlik üçün müəyyən üsullar tətbiq olunur:
Rabitə sağlamlığı.
Rabitə kanalları əmrlərin nəzarətçidən robota və robotdan nəzarətçiyə ötürülməsini təmin edir. Məlumatın ötürülməsi üçün kanalların təhlükəsizliyi təmin edilməlidir.
Robot əməliyyat sistemlərində məlumatların paylanması xidməti.
Robot əməliyyat sistemlərində bəzən mesajlar şifrələnmədən göndərilə bilir. İdentifikasiya, girişə nəzarət sistemləri quraşdırılmalıdır.
Bulud yaddaşın qorunması.
Bulud yaddaşına və bulud infraktrusturunun internet
texnologiyalarına əsaslanır. Məlumat sensorlar vasitəsilə toplanır, emal olunur və digər robotlarla paylaşılır.
Əlaqə avtobusları (vasitələri).
Əlaqə avtobusları təhlükəsiz rabitəni təmin edə bilər. OnlarEthernete əsaslanır və TCP/IP/UDP-nin xüsusiyyətlərindən istifadə oluna bilir.
İstinadlar:
https://link.springer.com/article/10.1007/s10207-021-00545-8
https://www.researchgate.net/publication/319354229_Cyber_Security_Risks_in_Robotics
https://www.theglobaltreasurer.com/2017/05/23/robotics-and-ai-the-future-of-cyber-
security/
Tərlan MƏMMƏDOV