Robotexnika sahəsi və süni intellekt

Süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur.
Süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur.

Robotlar (çex dilində “robota” yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek “Rosum universal robotları” adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra “Robot” sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır.

Robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-ın Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar.

Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır. Avtomatk işləyən köməkçi maşınların yaradılması arzuları insanlarda hələ antik dövrdən baş qaldırmışdır. Antik dövrdə Heronun düzəltdiyi avtomatik teatr, orta əsrdə Vaukansonun ördəyi bu sahədə edilmiş ilk cəhdlərdəndir. 1700-cü ildə İsveçrədə ata və oğul Droz bir-biri ilə oxşar olan iki, insanabənzər avtomat (Android) düzəldirlər. Hündürlüyü təxminən 70 cm olan bu avtomatlardan biri üzunluğu 40 işarədən ibarət olan istənilən mətni yazmağa qadirdir. Digər avtomat isə it, kəpənək və ya şah XVI Louisin portretini çəkə bilir. Bu avtomatlar hal-hazırda İsveçrədə muzeyində yerləşirlər.

Keçən əsrin ikinci yarısında bir çox robot növləri yaradılmışdır. Buraya misal olaraq human, sənaye, portal, xidmətgöstərici, oyuncaq, axtarış və s. robotlarını göstərmək olar. Maşınqayırmada ən geniş tətbiq olunanı sənaye robotlarıdır. Onların tətbiq sahələri yığımda, emalda, nəqletmədə və qaynaqetmədə aparılan işləri əhatə edir.

Humanoid robotlar. Xarici görünüşünə görə insan formasına və buna uyğun konstruksiyaya malik olan robotlardır. Çox vaxt bu robotlarda hərəkət insanda olan oynaqların vəziyyəti və hərəkət formasına uyğun reallaşdırılır. Human robotları digər robotlardan fəqrli olaraq iki ayaqla hərəkət edir. İnsanla eyni bənzərə malik robotlar androidlərdir. Müasir robotların təkcə hərəkət yox, həm də situasiyalarda qərar qəbuletmə qabilliyətinə malik olması üçün onların hərəkəti süni intellektlə idarə olunur. İldən-ilə bu sahənin inkişafı humanoidlərin daha intellektli olması üçün baza yaradır. Bu sistemlər “yaşama” dövründə nəzarət, interaksiya və kommunikasiya sayəsində öyrənir və bilik bazasını zənginləşdirir. Əlbəttə belə mürəkkəb hərəkət həssas, dəqiq sensorların köməyi ilə həyata keçirilir.

Humanoid robotlar hələ ki, yalnız elmi tədqiqat obyekti olaraq qalır. Gələcəkdə bu robotlardan sənayedə və məişətdə istifadə etmək planlaşdırılır. Bunun üçün robotların hərəkətetmə imkanlarını daha da zənginləşdirmək və maya dəyərini əlçatan səviyyəyə çatdırmaq qarşıda duran məsələlərdəndir.

Süni intellect. Süni intellekt (ing. artificial intelligence (AI)) — insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimizasiya, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanır.

Süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında o mühüm yer tutur.

Modern kompüterlərin atası sayılan Alan Turinq süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə “Mind” jurnalında çap edilmiş “Hesablama maşınları və şüur” məqaləsində bildirib. O, həmin məqalədə insan ilə kompüterin arasında gedən testdən danışıb. Belə ki, bu testdə bir insan hakim  olur, adamı kompüterlə sual-cavab edir. Hakim nə həmin adamı, nə də kompüteri görə bilir. Turinq deyir ki, kompüter o zaman süni intellektə sahib ola bilər ki, o hakimi çaşdırsın və hakim onunla adamın yoxsa kompüterin danışdığını başa düşə bilməsin. Bu testə Turinq testi deyilir.

Robotexnika sahəsi və süni intellekt elmi bir-biri ilə sıx əlaqədardır. Robotexnikada süni intellektdən istifadə edib intellektual robotların yaradılması süni intellekt elminin yeni bir sahəsidir. İntellektuallıq üzərində cisimləri manipulyasıya etmək, olduğu yeri tapmaq, ətraf aləmi təhlil etmək və hərəkəti planlaşdırmaq üçün işləmək lazımdır. Süni intellekti olan robotlara misal olaraq oyuncaq-robot Pleo, Aibo, Qrio və s. göstərmək olar.

Süni intellekt elminin inkişafını iki istiqamətə ayırmaq olar:

  • İnsan qabiliyyətlərinə ixtisaslaşdırılmış süni intellekt sistemlərinin yaxınlaşmasına əlaqədar olan problemlərin həlli və insan təbiətini reallaşdıran inteqrasiyalar; İnsanlıq problemlərini həll edə bilən artıq yaradılmış süni intellekt sistemlərinə əsaslanan süni intellektin yaradılması. Hal-hazırda süni intellekt sahəsində daha çox fundamental deyil, praktik sahədə bir çox mövzuya maraq var. Süni intellektin yaradılmasına bir çox yanaşmalar istifadə edildi, lakin hələ də mükəmməl süni intellekti heç bir qrup yarada bilməyib.

Hazırda bütün dünyanın gələcəyini formalaşdıran iki ən nüfuzlu texnoloji liderlər kimi tanınan ABŞ-ın “SpaceX”,  “Tesla”  kompaniyalarının banisi İlon Mask və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma Şanxayda keçirilən süni intellekt konfransında (World Artificial Intelligence) bir araya gəliblər. Dünyanın Intel, IBM, Microsoft, Qualcomm kimi 300-dən artıq iri şirkət rəhbərlərinin, 2 Nobel mükafatı laureatının, alimlərin, çox sayda tədqiqatçının iştirak etdiyi tədbirdə müasir dövrün iki ağıllı biznesmeni, beyin insanı süni intellektin riskləri və potensial faydaları ilə bağlı bir-birinə zidd fikirlərini səsləndiriblər.

İki parlaq şəxsiyyət dünyada süni intellektdən istifadəni əhatə edən çoxsaylı mövzulara və bu texnologiyanın insanların həyatında roluna toxunublar. İ.Mask süni intellektin bütün bəşəriyyətə fayda verəcəyini etiraf etsə də, onu birbaşa təhdid hesab edir. İ.Maska görə, kompüterlərin inkişafı gec-tez insanların onları anlamaq qabiliyyətini üstələyəcək. O, problemin özünəməxsus həllini təklif edib: tezliklə digər planetlərlə əlaqə yaratmaq və onları həyat üçün yararlı etmək. Onun hesablamalarına görə, bunun üçün dünya ÜDM-nin cəmi 1%-i tələb olunur.

Müzakirədən kənarda qalmayan başqa bir risk, süni intellektin insanların əksəriyyətini iş yerlərindən necə məhrum edəcəyi barədə məşhur bir nəzəriyyədir. Amerikalı biznesmen süni intellekt dövründə kütləvi işsizliyin real bir problem olduğunu irəli sürüb. İ.Mask məhz belə bir fikirdədir: kompüterlər özləri sərbəst şəkildə proqramlar yazacaqlar ki, bu da bir çox proqramçıları lazımsız edəcək. Bu səbəbdən insanlar insani fəaliyyətlərə və münasibətlərə yaxın olan peşələri seçməlidirlər, onda süni intellektin gəlişi onlara qorxulu olmayacaq.

İ.Mask belə bir təhlükənin qarşısını almaq məqsədilə beynimizi kompüterlərə bağlamaq məqsədilə bir yol tapmaq lazım olduğunu söyləyib və özünün son startaplarından birinin köməyi ilə bunu etməyə çalışdığını bildirib. Əks halda, o, xəbərdarlıq edib ki, süni intellekt insanlarla ünsiyyət qurmağa az çalışacaq, çünki biz onlarla müqayisədə daha ləng olacağıq. “Kompüter üçün insan nitqi balinaların səsləri kimi çox yavaş tonda  səslənəcək”, – deyə İ.Mask bildirib. O, texnologiyanın insanların onu anlama qabiliyyətindən daha sürətli inkişaf etdiyini vurğulayıb.

“Alibaba”nın rəhbəri Cek Ma bir sıra məsələlərdə İlon Maskla çox da razı deyil. O hesab edir ki, insanlar hələ də süni intellektin inkişafı ilə yeni şəraitə uyğunlaşa biləcəklər. C.Ma süni intellektlə bağlı irəli sürülən proqnozların əksəriyyətinin səhv olduğunu deyib. O, süni intellektlə bağlı olduqca optimist olduğunu və ağıllı insanlara (özünü və İ.Maskı göstərib) süni intellektdən qorxmağa heç bir əsas olmadığını düşünür.

Süni intellektlə əlaqədar iş yerlərinin itkisi təhlükəsi ilə əlaqədar olaraq C.Ma bunda yalnız üstünlüklər görür.

C.Ma öz şərhlərinin böyük qismini maşın təliminin necə bir xeyirxah qüvvə kimi çıxış edə biləcəyinə yönəldib. “İnsanlar özlərini nə vaxt daha yaxşı başa düşdükdə, biz dünyanı daha yaxşı inkişaf etdirə bilərik”,- deyə o bildirib.

Bundan əlavə, C.Ma ehtimal edir ki, süni intellekt yeni iş yerlərini yaratmağa kömək edəcək və onlar yaradıcı vəzifələrin icrasına yönələcək. Onun fikrincə, işçilərə ehtiyacın itirilməsi ona gətirib çıxaracaq ki, insanlar gündə 4 saat olmaqla üç günlük iş həftəsinə keçəcəklər: “Hesab edirəm ki, insanlar həftədə üç gün, gündə dörd saat işləməlidirlər. Süni intellekt dövründə insanlar 120 il yaşaya bilərlər. Bu zaman bizim heç kimin etmək istəmədiyi çoxlu işimiz olacaq. Beləliklə, yaşlı insanlara qayğı göstərmək üçün bizim süni intellektə ehtiyacımız var. Bu, mənim məsələyə baxışımdır, bu barədə narahat olmayın, iş yerlərimiz olacaq”.  C.Manın  sözlərinə görə, əsas yük süni intellektin çiyinlərinə düşəcək. Süni intellekt işçilərin üzərinə düşən öhdəliklərin bir hissəsini götürəcək və beləliklə insanların əlavə işdən azad olunmasına kömək edəcək. Süni intellektin tətbiqi ilə insanlar daha çox vaxt qazanacaq və insanlıqdan zövq alacaqlar. Bu,  bəşəriyyətə daha xoşbəxt olmağa və insanın varlığından həzz almağa icazə verərdi. C. Ma qeyd edib ki, süni intellektin fəlakətə yol açacağına inanmır və insanlar heç vaxt maşınlar tərəfindən idarə olunmayacaq.

İstinadlar;

https://realpress.az/?smode=content&item=Suni-intellekt-haqqinda-ne-bilirik-

https://data.edu.az/az/data-bloq/suni/

https://realpress.az/?smode=content&item=Suni-intellekt-haqqinda-ne-bilirik-

Niftaliyev Eşqin