Robot

Çində yaradılmış robot, riyaziyyat fənnindən imtahan verib

“Zhunxingyunxue Technology” şirkəti tərəfindən yaradılmış AI-MATHS adlı robot, riyaziyyat fənnindən imtahanı uğurla verib.

Pekinin humanitar məktəblərindən olan məzunlarla birlikdə imtahan vermiş robot, 150 xaldan 105 xal yığıb. “Nəticə qənaətbəxşdir” – deyə şirkətin prezidenti Lin Hui bildirib. İmtahana hazırlıq prosesi kimi robot öz məntiq və alqoritmlərini təkmilləşdirmək üçün 12000 riyazi sualı öyrənib. Lakin bu kifayət etməyib. İmtahan zamanı o, təmiz riyazi suallara çətinlik çəkmədən cavab verib. Lakin bununla yanaşı robot, investisiya və maliyyə menecmenti kimi sözlərin mənasını başa düşməyib. Nəticə etibarilə o, bəzi sualların mənasını sezərək həmin suallara səhv cavab verib. AI-MATHS adlı süni zəka, 2014-cü ildə Tsinqhuya Universitetində yaradılmışdı. Bu ilin Fevral ayında o, məktəblərdən birində riyaziyyat fənni üzrə testdən keçərək 93 xal yığmışdı. Bu cür robotların hazırlanması əslində Çinin Elm və Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Onların planlarına əsasən 2020-ci ilə kimi süni zəkaya sahib robot o dərəcədə ağıllı olmalıdır ki, o, ölkənin ən nüfuzlu təhsil ocaqlarına keçid imtahananından keçə bilsin.