Kənd təsərrüfatı robotu
Kənd təsərrüfatı robotu

Kənd təsərrüfatı robotları

Bu gün təsərrüfatlarda məhsulu qoruyan yüksək ekoloji cəhətdən təmiz, müxtəlif növ robotlardan ibarət donanma mövcuddur.
Bu gün təsərrüfatlarda məhsulu qoruyan yüksək ekoloji cəhətdən təmiz, müxtəlif növ robotlardan ibarət donanma mövcuddur.

Kənd təsərrüfatı robotları kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən robotlardır. Bu gün kənd təsərrüfatında robotların əsas tətbiq sahəsi məhsul yığımı mərhələsindədir.

Kənd təsərrüfatında robotların və ya dronların ortaya çıxan tətbiqlərinə alaq otlarına qarşı mübarizə, bulud səpilməsi, toxum əkilməsi, məhsul yığımı, ətraf mühitin monitorinqi və torpaq analizi daxildir. Verified Market Research-ə görə, kənd təsərrüfatı robotları bazarının 2025-ci ilə qədər 11,58 milyard dollara çatacağı gözlənilir. Meyvə yığan robotlar, sürücüsüz traktorlar çiləyicilər və qoyun qırxan robotlar insan əməyini əvəz etmək üçün nəzərdə tutulub. Əksər hallarda bir işə başlamazdan əvvəl bir çox amilləri (məsələn, seçiləcək meyvənin ölçüsü və rəngi) nəzərə almaq lazımdır. Robotlar budama, alaq otlarının təmizlənməsi, çiləmə və izləmə kimi digər bağçılıq işləri üçün də istifadə edilə bilər. Robotlar həmçinin avtomatik sağım, yuyulma və tökmə kimi heyvandarlıq tətbiqlərində (heyvandarlıq robotları) istifadə edilə bilər. Bu kimi robotların kənd təsərrüfatı sənayesi üçün daha keyfiyyətli təzə məhsul, aşağı istehsal xərcləri və daha az əl əməyi kimi bir çox faydası var. Onlar həmçinin traktorların və digər idarə olunan nəqliyyat vasitələrinin istifadəsinin operatorlar üçün çox təhlükəli olduğu yerlərdə alaq otlarının püskürtülməsi kimi əl işlərini avtomatlaşdırmaq üçün istifadə edilə bilər.

Ordu-2020 fuarında insansız traktör “Uralets-224”

Kənd təsərrüfatında robot texnikasının ilk inkişafı 1920-ci illərə, kənd təsərrüfatına avtomatlaşdırılmış nəqliyyat vasitələrinin idarə edilməsini daxil etmək üçün tədqiqatların formalaşmağa başladığı vaxta aid edilə bilər. Bu tədqiqat 1950-60-cı illər arasında avtonom kənd təsərrüfatı maşınlarının inkişafına səbəb oldu. [1]

Ecorobotix hazırda istifadə edilən robotlar siyahısında birinci yerdədir. Günəş enerjisi ilə işləyən bu robot olduqca yüngüldür və GPS naviqasiya sisteminə malikdir. Kamera sistemləri bitkilər arasında böyüyən alaq otlarını tapmaq və aradan qaldırmaq üçün istifadə olunur. Robot bu xüsusiyyətləri ilə bitkiyə zərər verən alaq otunu dəqiq tapa bilir. Beləliklə, kənd təsərrüfatında kimyəvi pestisid kimi istifadə olunan herbisidlərin istifadəsinin 90% azaldılması gözlənilir.

Ecorobotix weeding robot - alaq otlayan robot
Ecorobotix weeding robot – alaq otlayan robot

Bu gün təsərrüfatlarda məhsulu qoruyan yüksək ekoloji cəhətdən təmiz, müxtəlif növ robotlardan ibarət donanma mövcuddur. Bu robotlar təkcə məhsul yığımında deyil, həm də çapa və alaq otlarının təmizlənməsində kömək edir. Bu donanmanı yaradan şirkət olan Naio şirkətinin nümayəndəsi daha sağlam, daha bol və ekoloji cəhətdən təmiz məhsullar yetişdirmək üçün bütün iştirakçılara ən son texnologiyadan istifadə imkanı verməklə kənd təsərrüfatı prosesinə töhfə vermək istədiklərini bildirdi.

Naio robot

Agribotix adlı robot dron kimi işləyir. O, əkin sahəsinin üzərindən uçaraq fermer üçün tarla haqqında məlumat hazırlayır. Quraşdırılmış kameralar və robota inteqrasiya olunmuş infraqırmızı sensorlar cihaz havada olarkən bitkilərin sağlamlığını təhlil edə bilir. Beləliklə, xərcləri minimuma endirir.

Agribotix robot

Yeddi ildir kənd təsərrüfatı robotları üzərində işləyən Vision Robotics bazarda ən yaxşı robot məhsullarına sahib şirkət kimi tanınır. Bu şirkət süni intellekt sistemi ilə işləyən robotlar istehsal edir.[2]

Vision Robotics

Mütəxəssislər, tədqiqatlarında robot texnologiyalarının yeni hədəfinin “məlumatların toplanması” ilə yanaşı, “informasiyanın işlənməsi” proseslərində də iştirak edə bildiyini söyləyirlər. Bu o deməkdir ki, robotlar yetişdirmə proseslərinin qərar qəbul etmə mərhələlərinə uyğunlaşdırılır. Bitkiçilikdə toplanan məlumatların nə qədər həssaslıqla qiymətləndirilməsi lazım olduğunu nəzərə alsaq, bu asan məsələ deyil. Bununla belə, yaxın gələcəkdə seleksiyaçılar və robotların tam əməkdaşlığa çevriləcəyini söyləmək mümkündür. [3]

Kənd təsərrüfatında robotların istifadəsi torpaqların deqredasiyasının qarşısını alaraq yüksək məhsul verimliliyinin əldə edilməsinə və ekoloji sabitliyin həmçinin ətraf mühitin mühafizəsinin təminatına şərait yaradır.

İstinadlar
https://tr.wikipedia.org/wiki/Tar%C4%B1m_robotu
https://www.endustri40.com/tarimi-butunuyle-degistirecek-olan-9-robot/
https://www.tarlasera.com/haber-11582-islahcinin-dostu-tarim-robotlari

Müəlliflər: ∣ Gülzar MƏMMƏDOVAFidan ASLANOVA