TU Darmstadt

 Cobots (Kobotlar)

İş riskinin təhlili nəticəsindən asılı olaraq insanlarla işləmək üçün nəzərdə tutulmuş birgə robotların ətrafında qoruyucu qəfəs və ya təhlükəsizlik zolağı olmaya bilər
İş riskinin təhlili nəticəsindən asılı olaraq insanlarla işləmək üçün nəzərdə tutulmuş birgə robotların ətrafında qoruyucu qəfəs və ya təhlükəsizlik zolağı olmaya bilər

İlk sənaye robotu Unimate-in icad edilməsindən 60 il keçir. O vaxtdan bəri robototexnika sənayesi böyüdü, məhsullar hər il təkmilləşir və insanlar bundan hər keçən gün daha da faydalanır.


Sənaye robotlarına təhlükəsizlik səbəblərinə görə həmişə şübhə ilə baxılmışdır. Onların insanlarla birgə yaşaya bilməmələri onların qoruyucu barmaqlıqlarla əhatə olunmasına və işçi qüvvəsindən uzaq tutulmasına səbəb oldu. Bu yazıda bilavasitə həmkarları ilə birlikdə işləyə bilən və onlarla sərbəst əlaqə saxlaya bilən, beləliklə, tapşırıqların

avtomatlaşdırılması üçün çoxlu sayda yeni imkanlar açan xüsusi bir sənaye robotu növündən bəhs olunur. Eyni zamanda robototexnikanın digər tətbiq sahələri və birgə robotlardan istifadə hallarına baxılmışdır.

BİRGƏ ROBOTLAR NƏDİR?

Birgə robotlar, həmçinin kobotlar və ya korobotlar (collaborative robot) olaraq da adlandırılır, tam avtomatlaşdırıla bilməyən bir işi yerinə yetirmək üçün birbaşa insan işçiləri ilə birlikdə təhlükəsiz işləmək üçün nəzərdə tutulmuş robotlar və ya robota bənzər avadanlıqlardır.

Kobotların istifadə sahələri, robotların təhlükəsizlik baryeri və ya təhlükəsizlik hasarından istifadə etməklə insan təmasından təcrid olunduğu ənənəvi sənaye robotlarından fərqlidir.[1] İntuitiv kobotlar yüngül materiallardan xüsusi dizaynla, yuvarlaqlaşdırılmış kənarları, inteqrasiya olunmuş sürəti və ya güc məhdudiyyəti ilə istehsal olunur. Təhlükəsizlik və yaxşı əməkdaşlığı təmin etmək üçün kobotlarda sensorlar və proqram təminatından istifadə olunur.[2]

İş riskinin təhlili nəticəsindən asılı olaraq insanlarla işləmək üçün nəzərdə tutulmuş birgə robotların ətrafında qoruyucu qəfəs və ya təhlükəsizlik zolağı olmaya bilər. Buna görə də, kobotun hərəkət edən hissələri (tutucu, uc avadanlığları və s.) insanlarla təmasda ola bilər. İnteqrasiya edilmiş güc/fırlanma anı sensoru sayəsində kobotlar müəyyən edilmiş güc diapazonunda təhlükəsizliyi təmin etmək üçün avtomatik olaraq dayanır. Ənənəvi sənaye robotları ilə müqayisədə təhlükəsizlik standartları yüksəkdir. Kobotların təhlükəsiz istifadəsini təmin etmək üçün müəyyən edilmiş standartlar və profilaktik tədbirlər kobot sənayesində səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.

Beynəlxalq Robototexnika Federasiyası dörd növ birgə istehsal praktikası müəyyən edib:
Birgə yaşamaq: İnsan və robot ortaq iş sahəsi olmadan birlikdə işləyir.

Ardıcıl əməkdaşlıq: İnsan və robot iş sahəsinin hamısını və ya bir hissəsini paylaşır, lakin eyni vaxtda eyni bir iş üstündə işləmirlər.

Əməkdaşlıq: Robot və insan eyni vaxtda eyni yerdə işləyir.

Cavab verən əməkdaşlıq: Robot real vaxtda işçilərin hərəkətinə cavab verir.

Bu gün kobotların əksəriyyəti sənaye tətbiqlərində insanlarla eyni yeri paylaşır, lakin tapşırıqları müstəqil və ya ardıcıl şəkildə yerinə yetirirlər (birlikdə yaşamaq və ya ardıcıl əməkdaşlıq). Hazırda əməkdaşlıq və ya həssas əməkdaşlıq daha az yayılmışdır.

Getdikcə daha çox istifadə edilən kobotların ictimai yerlərdə informasiya robotlarından tutmuş, bina içərisində material daşıyan logistik robotlara qədər bir çox istifadəsi var. Montaj, paletləməqablaşdırma, maşınla qidalanma, götürmə və boşaltma kimi proseslərə əlavə olaraq, kobotlar cərrahi əməliyyatlar, reabilitasiya və restoranlar kimi bir çox fərqli sahədə istifadə olunur.

Cobotların tarixi Kobotlar 1996-cı ildə Şimal-Qərb Universitetinin professorları C. Edvard Kolqeyt və Maykl Peşkin tərəfindən icad edilmişdir. “Cobots” [3] adlı patent onları “insan ilə kompüter tərəfindən idarə olunan ümumi təyinatlı manipulyator arasında birbaşa fiziki qarşılıqlı əlaqə üçün aparat və üsul” kimi təsvir edir. İxtira, 1994-cü ildə GM Robotics Mərkəzindən Prasad Akellanın rəhbərlik etdiyi General Motors təşəbbüsünün və 1995-ci ildə General Motors Fondunun tədqiqat qrantının, robotları və ya robota bənzər avadanlıqları insanlarla işləmək üçün kifayət qədər təhlükəsiz etmək üçün bir yol tapmaq məqsədi daşıyan tədqiqatın nəticəsi idi.

Bəzi kobotlar 1997-ci ildə Colgate və Peshkin tərəfindən qurulan Cobotics şirkəti avtomobilin son yığılmasında istifadə olunan bir neçə model kobot istehsal edib. Şirkət 2003-cü ildə Stanley Assembly Technologies tərəfindən alınıb.

KUKA ilk kobotu olan LBR 3-ü 2004-cü ildə təqdim etdi. Kompüterlə idarə olunan bu yüngül robot Alman Aerokosmik Mərkəzi institutu ilə uzunmüddətli əməkdaşlığın nəticəsi idi. KUKA 2008-ci ildə KUKA LBR 4 və 2013-cü ildə KUKA LBR iiwa-nı buraxaraq texnologiyanı daha da inkişaf etdirmişdir.

Universal Robots 2008-ci ildə ilk kobotu olan UR5-i işə saldı. UR10 kobot 2012-ci ildə istifadəyə verildi və daha sonra daha kiçik, daha az faydalı yükə malik UR3 2015-ci ildə təqdim edildi.

Rethink Robotics şirkəti 2012-ci ildə Baxter adlı sənaye kobotunu və 2015-ci ildə yüksək dəqiqlik üçün nəzərdə tutulmuş daha kiçik, daha sürətli əməkdaşlıq robotu Sawyer-i işə saldı.

FANUC 2015-ci ildə ilk əməkdaşlıq robotunu (FANUC CR-35iA, çəkisi 35 kq) istifadəyə verdi. O vaxtdan bəri FANUC, FANUC CR-4iA, CR-7iA və CR-7/L uzun qol versiyası da daxil olmaqla, daha kiçik bir əməkdaşlıq robotları seriyasını işə saldı. ABB 2015-ci ildə ilk birgə iki qollu robot YuMi-ni işə saldı. 2019-cu ildə bazarda ilk iki yerdə müvafiq olaraq Universal Robots və Techman Robot Inc. mövcuddur.

Birgə robotlar niyə vacibdir?
Kobotlara maraq artsa da, onlar hələ də bütün robot sənayesinin kiçik bir faizini təşkil edir. Loup Ventures-a[4] görə, qlobal robototexnika xərcləri 2025-ci ildə 13 milyard dollara çatacaq. Kollaborativ robotlar bütün robot satışlarının yalnız 3%-ni təşkil etsə də, 2025-ci ildə bu rəqəmin 34%-ə yüksələcəyi gözlənilir.

Bunun səbəbləri:
24/7 funksionallıq. Əksər mürəkkəb proseslər kobotlar üçün uyğun olan təkrarlanan, obyekt yönümlü tapşırıqları əhatə edir. İnsanlardan fərqli olaraq, robotlar yorulmur və diqqətsiz səhvlər etmədən 24/7 işləyə bilər. Bu, biznes məhsuldarlığını artırır.

İqtisadi səmərəlilik. Kobotlar sənaye robotlarından daha ucuzdur. Kobotlar daha az sayda ucuz aparat komponentlərinə və quraşdırılmış sensorlara əsaslanır. Onların həmçinin qəfəsə ehtiyacı olmur bu da daha az yer turmalarına səbəb olur.

Universallıq. Kobotların çevikliyi və yenidən proqramlaşdırıla bilməsi onları daha investisiyaya layiq edir, çünki onlar istehsaldan səhiyyəyə qədər müxtəlif sektorlarda müxtəlif tətbiqlərə malik olmaq üçün proqramlaşdırıla bilər.

İstinadlar:

  1. https://research.aimultiple.com/cobot/.
  2. https://www.ericsson.com/en/blog/2020/5/what-are-cobots-and-the-future-of-manufacturing https://patents.google.com/patent/US5952796
  3. https://www.automate.org/blogs/collaborative-robots-market-update-2018
  4. https://web.archive.org/web/20150719060014/http://www.universal-robots.com/products/ur10-robot/

Çələbi İsmayılov