Hazırlanmış yeni robot canı orqanizmləri emal edərək onlardan enerji alır.
Bristol Universitetinin mütəxəssisləri Bristol Robotexnika Laboratoriyası və Kembric Universitetindən olan əməkdaşları ilə birlikdə canlı orqanizmlərlə qidalanan robotu təqdim ediblər. Yumşaq robot bir növ həzm sisteminə sahibdir. Yəni, robot polimer membran materialdan hazırlanmış ağız, qidanı həzm edən mədə və qalıqları ifraz edən bağırsaq ilə təchiz olunub. Bir çox su heyvanları kimi sözügedən robot da daxilində mikroorqanizmlər olan mayeni qəbul edərək onu filtrdən keçirdir. Daha sonra mikroorqanizmlər mədədə həzm olunurlar. Həmin mədə öz növbəsində mikroorqanizmləri həzm edən mikroblardan ibarətdir. Son mərhələdə isə emal olunmuş material robotun arxa hissəsində yerləşmiş çıxışdan ifraz olunur. Alimlər bildiriblər ki, robot hələki mikroorqanizmlərdən az miqdarda enerji alır. Lakin buna baxmayaraq onlar robotun faydalı iş əmsalının artmasına köməklik edirlər. Bərk materialların yerinə polimerdən istifadə etmək robotun enerji tələbatını aşağı salıb. Bundan əlavə olaraq onun mədəsindəki mikrobların sayını artırmaqla alimlər rotobun effektivliyini artırıblar. Sözügedən robotu radiasiya ilə çirklənmiş su hövzələrində istifadə etmək planlaşdırılır. O, uzun müddət insanın iştirakı olmadan enerji yığmaqla çalışa bilər. Bu isə böyük ərazilərin təmizlənməsi deməkdir.