Google China şöbəsinin keçmiş rəhbəri Kai-Fu Lee-nin müəllifi olduğu “AI Super-Powers” kitabının əsas ideyaları ilə sizləri tanış edirəm. Müəllif öz kitabında süni zəka imkanlarından, onun gələcəyə təsirindən, Çin ilə Silikon Vadisi arasındakı rəqabətdən və Çinin süni zəka sahəsindəki inkişafını qiymətləndirməməyin heç də düzgün olmadığından danışır.
Günümüzdə süni zəka sürətlə inkişaf edir. Bir çoxları bu inkişafın nəyə gətirəcəyini, gələcək peşələrə necə təsir edəcəyini, bu inkişafdan kimin qalib ayrılacağını, robotların idarəsi altında olan bir dünyada insanın yaşaya bilib-bilməyəcəyini və insanın həmin dünya ilə necə qarşılıqlı əlaqədə olacağını öyrənmək istəyirlər. Kitabın müəllifi və süni zəka sahəsindəki mütəxəssislər arasında ilklərdən olan Kai-Fu Lee qeyd edir ki, o, mütəmadi olaraq müxtəlif auditoriyalar qarşısında çıxışlar edir. Bura uşaq baxçaları, siyasi və elmi elitalar daxildirlər. Bununla belə ona verilən suallar 5 yaşlı auditoriya ilə hakimiyyət yanğısı ilə alışıb yanan insanların sualları ilə üst-üstə düşürlər. Uşaqlar soruşurlar ki, onların məktəblərində robot müəllimə nə zaman olacaq, robot ilə ailə qurmaq olarmı və bütün işi süni zəkaya həvalə edəndən sonra insan nəyə lazımdır. Hələ müəyyən müddət bundan öncə süni zəka barəsində söhbətlər elmi-tədqiqat laboratoriyalarından və elmi-fantastik romanlar çərçivəsindən kənar çıxmırdı. Süni zəka haqqında söhbətə başlamış hər hansı bir şəxsin yadına robotlar düşürdü və bununla onun bu sahədəki təsəvvürləri bitirdi. O, robotlar ilə günlük həyat arasında heç bir əlaqəni görmürdü. Günümüzdə isə süni zəka mövzusu çox məşhur və aktualdır. Süni zəkanın mənimsənilməsi və istifadəsi üzərində bir çox ölkələr çalışır, gəlirin yüksəlməsi üçün ondan istifadə mümkünlüyü bir çox biznes-konfranslarda müzakirə olunur, onun haqqındakı məqalələr isə nəinki elmi həmdə adi jurnallarda dərc olunur.
Bizim istifadə etdiyimiz bir çox tətbiqlərdə artıq süni zəka texnologiyasından istifadə olunur. Süni zəkanın avtomobilləri idarə edəcəyi, istehsalat prosesini öz üzərinə götürəcəyi və nəticədə bir çox iş yerlərini lazımsız vəziyyətə gətirəcəyi gün isə çox yaxındır. Onun inkişafı özündə bir çox imkanlarla yanaşı həmdə riskləri daşıyır. Buna görə də həm yeni imkanlara həmdə risklərə hazırlıqlı olmaq lazımdır. Kai-Fu Lee öz kitabında bildirib ki, hələ bir müddət bundan öncə Çin süni zəkanın tədqiqatında və istifadəsində ABŞ-dan geridə qalırdı. Lakin son bir neçə il ərzində Çin hökumətinin siyasəti bu sahəni prioritetli etdi. Bu səbəbdən süni zəkanın məşhurluğu vətəndaşlar arasında o qədər yüksəldi ki, hətta 5 yaşlı uşaqlar da onun barəsində bəzi təsəvvürlərə sahibdirlər. Çində artıq süni zəkanın olduğu alqoritmlərlə və biznes-modellərlə təcrübələr aparılır və yaxın zamanda çinli alimlər bu sahədə öz amerikalı həmkarları ilə uğurlu rəqabət apara və hətta onlarla əməkdaşlıq edə biləcəklər. Bu inkişaf öz növbəsində dünya iqtisadiyyatına ciddi təsir edə və heç kim əldə olunacaq nəticələri öncədən görməyə bilər. Bu inkişaf çiçəklənməyə gətirəcək yoxsa insanları lazımsız və robotlardan daha aşağı səviyyədə bir statusa endirəcək? Biz qalib gələcəyik yoxsa uduzacağıq? Bu suallara heç kim dəqiq bir cavab verə bilmir. Lakin sualları mütəmadi olaraq vermək lazımdır.
Kai-Fu Lee 2017-ci ilin May ayında insan ilə kompüter arasında olmuş tarixi go oyunu haqqında danışır. Həmin vaxtda 19 yaşı olmuş dünya çempionu Ke Jie ilə Google şirkətinin hazırladığı AlphaGo tətbiqi arasındakı oyun hər il Vujen şəhərində keçirilən Go festialında baş tutmuşdu. Əvvəllər güman olunurdu ki, ümumiyyətlə kompüterin go oyununun öhdəsindən gəlməyi qeyri mümkündür. Belə ki, oyunçuya əsl insani keyfiyyətlər (intuisiya, duyum, abstraksiyanın yüksək səviyyəsi və s.) lazımdır. Qədim Çində hər bir alim go oynamağı bacarmalı idi. Go-nun taktiki prinsipləri şahmatın taktiki prinsiplərindən daha qəlizdir və səbr kimi insani keyfiyyət əsasında qurulub. Buna görə də go oyundan daha çox incəsənət və ya ağılın xüsusi vəziyyəti kimi qəbul edilir. Bu oyunda çoxlu sayda vəziyyətlər var və illər ərzində yığılmış təcrübə lazımdır ki, nəticədə oyunçu düzgün gedişi yerinə yetirə bilsin. Beləliklə süni zəka ilə insan arasında keçirilmiş 3 oyun partiyasından hər biri 3 saat davam edib. Ke Jie bütün imkanlardan istifadə edirdi: O müdafiə olunur, hücum edir və məntiqi olmayan gedişlər edirdi. Lakin hər ehtimalda AlphaGo qalib gəlirdi. Bu oyunu bütün dünya izləyirdi. Lakin Kai-Fu Lee-nin sözlərinə görə hər bir ölkə bu oyunu müxtəlif şəkildə görürdü.
Qərb üçün bu, kompüterin daha bir insan üzərində qalibiyyəti, qərb texnologiyalarının dünya üzərində üstünlüyü və ən əsası rəqəmsal dünyanın daha bir perspektivli sahəsində qərb texnologiyalarının dominantlığı idi. Kai-Fu Lee isə bunu Çin üçün olan növbəti ilhamlandırıcı meydan oxuma hesab edirdi. Vaxtı ikən SSRİ-nin öz ilk kosmik peykini istifadəyə verməsi nəticəsində ABŞ da özünün kosmik proqramlarını inkişaf etdirməyə başladı. AlphaGo sisteminin qalibiyyəti hələ 2016-cı ildə baş vermişdi. Həmin ildə sistem koreyalı çempion Lee Sedol-a 4:1 hesabı ilə qalib gəlmişdi. Həmin vaxtda avropalılar və amerikalılar buna o qədər də əhəmiyyət vermədilər. Lakin çinlilər həmin oyunu çox diqqətlə izləyirdilər. Məhz bundan sonra Çində süni zəka tədqiqatları sahəsində əsl boom effekti başladı. Beləliklə dövlətin, özəl investorların və sahibkarların gücləri süni zəka tədqiqatı sahəsinə yönəldi. Süni zəka tədqiqatına vençur investorları, dövlətlər və böyük texnoloji şirkətlər külli miqdarda vəsaitlər xərcləyirlər. Süni zəka texnologiyası ilə tələbələr maraqlanır, startap təsisçiləri isə əvvəlki texnologiyalara süni zəkanı inteqrasiya etməklə yeni texnoloji dalğanı yaxalamaq istəyirlər. Çin hökuməti 2020-2025-ci illərdə süni zəkanın qlobal tədqiqat mərkəzinə çevrilməyə iddialıdır.
2017-ci ildə süni zəka sahəsindəki dünyəvi investisiyaların 48%-i çinli investorların payına düşüb. Bu göstərici isə ABŞ-ın göstəricisindən çoxdur. Bir neçə müddət bundan öncə süni zəkanın tədqiqatı nəzəri səth üzrə gedirdi. Lakin texniki tərəqqinin inkişafı onun praktiki tətbiqini mümkün etdi. Vaxtı ikən kompüter şahmat üzrə dünya çempionu Harri Kasparova qalib gəlmişdi. Lakin həmin vaxtda öz iş yerlərinin itirilməsi barəsində yalnız şahmatçılar düşünə bilərdilər. Süni zəkanın go oyununda qalib olması onun məhz oyun prosesində necə sürətlə öyrənmə qabiliyyətini və onun koqnitiv funksiyaların nə dərəcədə inkişaf etməsini göstərdi. Günümüzdə özü-özünü təkmilləşdirən tətbiqlər insanların üzlərini, səslərini və kreditin verilməsi zamanı onların maliyyə imkanlarını real insanlardan daha yaxı təyin edə bilirlər.
Özü-özünü təkmilləşdirən süni zəka istehsalat gücünü ani olaraq qaldıra bilər. Lakin bu öz növbəsində əmək bazarındakı böyük dəyişikliklərə sabəb olacaq. Robotların istehsalatda nə qədər işçi yerlərini əldə edəcəklərini nəzərə alsaq, bu, insan dünyasında sosial-psixoloji nəticələrə səbəb ola bilər. Bu, işsizliyə və sosial sarsıntıya gətirib çıxara bilər. Bununla yanaşı burda söhbət təkcə aşağı təcrübəli işçilərdən yox həmdə yüksək təcrübəli işçilərdən də gedir. Müəllifin fikrincə yüksək texnologiyaların inkişafı dövründə insanlar yalnız insan qalaraq iş və həyat mənası tapa bilərlər. Robotların nə dərəcədə ideal olmalarına baxmayaraq onların arxasında hələ də azad iradəyə sahib insanlar dururlar və texnologiyalardan hansı istiqamətdə istifadə məsələsi də məhz insanlardan asılıdır. Süni zəka dövrünün hansı imkanları və riskləri verdiyi barəsində müəllifin bir neçə ideyası var.
Birinci ideya: Süni zəka qərbdə inkişaf edib, lakin Çin qərbin təcrübəsini götürür və onu təkmilləşdirir:
Özü-özünü təkmilləşdirən texnologiya hələ keçən əsrin 50-ci illərində yaranmışdı. Həmin vaxtda tədqiqatçılar insan zəkasına sahib kompüter üzərində çalışırdılar. Bu istiqamətdə getmiş tədqiqatların uğurlu anları da var idi uğursuz anları da. Bəzi zamanlarda bu sahəyə edilmiş maliyyələşdirmə kiçilirdi, tədqiqatlar isə ləngiyirdi. Lakin tədqiqatlar heç zaman dayanmırdı. Tədricən süni zəka sahəsində iki istiqamət yarandı: Simvollar sistemi (və ya qaydalar sistemi) və neyron şəbəkələr sistemi. Simvollar sistemində kompüter zəkası məntiqi qaydalara əsaslanır. İlk öncə bu, süni zəka sahəsinin yüksək pilləsi hesab edilirdi və əsasən sadə tətbiqlərdə və oyunlarda çalışırdı. Lakin variantlar genişlənəndə bu sistem çalışmırdı. Neyron şəbəkələr sisteminin tərəfdarları kompüterdə insan beyninə bənzər sistemin inşa edilməsinə qərar verdilər. İnsan beyninin bioloji baza arxitekturası neyronlardan ibarətdir və həmin neyronlar şifrələnmiş məlumatları əldə edir və ötürürlər. Bunun sayəsində isə insanlar qərarlar qəbul edirlər. Kompüterləşdirilmiş neyron şəbəkəsini qərarların qəbul olunması üçün ayarlamırdılar. O sadəcə olaraq çoxlu sayda variantları emal edir və lazım olanı təyin edir.
Keçən əsrin 60-cı illərində robotlar üçün olmuş neyron şəbəkələr ixtirası ilk öncə hamıda heyranlıq yaratdı. Lakin çox keçmədi ki, simvollar sisteminin tərəfdarları öz nəzəriyyələrinin yeganə doğru olduğunu iddia edərək qalib gəldilər. Beləliklə uzun illər ərzində robotlaşdırılmış zəka simvollar sistemi vasitəsilə çalışdı. Müəllifin bildirdiyinə görə yüksək texnologiyalar sahəsindəki mənfi fikirlər səbəbilə süni neyron şəbəkələri 90-cı illərin sonuna kimi sanki özlərinin buz dövrünü yaşayırdılar. Lakin 2000-ci illərin əvvəllərində deep learning (özü-özünü təkmilləşdirən süni zəka) sistemi insanların üzlərini və nitqlərini təyin etməyə başlayanda bütün dünya onların potensillarını görə bildi. Alqoritmlər ən yaxşı nəticəni əldə etmək üçün böyük həcmdə məlumatlardan istifadə edirlər. Onlar insanların anlamadıqları şablonları təyin etməyi, əlaqələri tapmağı öyrənirlər və onların əsasında optimal qərarları qəbul edirlər. Bunun üçün sadəcə olaraq böyük həcmdə məlumatlar, konkret məqsəd və tətbiqin nisbətən dar sahəsi lazımdır. Əgər məlumatlar yetəri qədər deyilsə alqoritm əlaqələri görə bilməyəcək və nəticədə korrelyasiyaları təyin edə bilməyəcək. Əgər məqsəd həddindən artıq abstraktdırsa alqoritm tapşırıqların yerinə yetirilməsinin necə optimizasiya edilməsini bilməyəcək.
Bununla belə alqoritmlər siğortalamanı və kreditləşdirməni çox gözəl öyrənirlər. Onlar kredit götürənin məlumatlarına (yəni gəlirlər barədə məlumatlar, kredit reytinqi, kredit kart məlumatları) və sadə məqsədə (sığorta və maliyyə təşkilatlarının risklərini azaltmaq) sahibdirlər. “Süni zəkanın avtomobilləri idarə edərək, xarici dünyanın şablonlarını təyin edərək, optimal və təhlükəsiz marşrut qərarını verərək sürücüləri əvəz edəcəyi gün çox yaxındır. Bu istiqamətdə ilk addımlar artıq atılıb” – deyə müəllif öz kitabında qeyd edib. Süni zəkanın əsas gücü (şablonu təyin etmək, onu optimallaşdırmaq və qərar qəbul etmək) müəyyən vaxtdan sonra müxtəlif sahələrdə tətbiq oluna bilər. Əbəs yerə Google və Facebook kimi böyük şirkətlər özü-özünü təkmilləşdirən zəkalara külli miqdarda vəsaitlər yatırmırlar. Belə ki, biz yeni imkanların yaranması astanasındayıq. Çinin özünə məxsus texnologiyalar yaratmayaraq sadəcə olaraq qərb texnologiyalarına bənzər texnologiyalar yaratması fikrinin yayılmasına baxmayaraq Çinin özündə bundan əvvəl sadalanmış fikri çox gözəl başa düşürlər. Süni zəka sahəsinin inkişafında həm Çinin həmdə ABŞ-ın öz güclü tərəfləri var. Buna görə də yaxın gələcək üçün güclərin balansını indidən söyləmək bir qədər asandır.
Hər bir texnologiyanın inkişafı nəzəri bilikdən praktiki tətbiqə keçidi tələb edir. Ola bilər Çin yüksək texnologiyaların tədqiqatlarında yetəri qədər qeyri-standart qərarlara sahib deyil. Lakin Çin süni zəkanın çalışması üçün böyük həcmdə məlumatlara sahibdir. Kai-Fu Lee Silikon Vadisinin startaplarını tədqiq etmək üçün orda çoxlu zaman keçirib. Silikon Vadisinin sakinləri ən əməksevər və cavan ixtiraçılar şöhrətinə sahibdirlər. Onlar ilk öncə yeni məhsulun ixtirasına öz diqqətlərini cəmləyirlər, daha sonra isə onu yeni texnologiyalara inteqrasiya edərək inkişaf etdirirlər. Lakin bunun heç biri Çindəki internet sahibkarlığı ilə müqayisə oluna bilməz. Belə ki, Çin bazarındakı rəqabət səviyyəsi Silikon Vadisindəki rəqabət səviyyəsindən yuxarıdır. Texnologiyalar oğurlanır, rəqiblər isə yeni bazarların ələ keçirilməsinə görə hər şeyə hazırdırlar. Məhsula və biznes modelə innovasiyaların inteqrasiya olunması danılmaz şərtdir. Əks halda sağ qalmaq qeyri mümkündür.
Silikon Vadisində intellektual mülkiyyət daha yaxşı qorunur, rəqabət səviyyəsi isə Çindəki kimi deyil. Bazar hansı texnologiyanın yaxşı olduğunu özü müəyyənləşdirir. Bu cür sakit mühitdə sahibkarlar yeni kəşflərin edilməsi baxımından o qədər də motivasiya əldə edə bilmirlər. Bu baxımdan Çin bazarı süni zəka sahəsinin inkişafında bir xeyli qabağa gedə bilər. Bununla yanaşı Çin yalnız özünə məxsus unikal resurslara da sahibdir. Hələ bir neçə il bundan öncə ABŞ-ın və Çinin internet şirkətləri eyni sürətlə inkişaf edirdilər. Çində Facebook ilə Twitter-in analoqları yarandı. İlk mərhələlərdə həmin servislər Facebook və Twitter-ə bənzəsələr də müəyyən müddətdən sonra onlar sırf Çin məhsulu oldular və ABŞ təmsilçilərindən bir xeyli fərqlənməyə başladılar. Texnologiyaların inteqrasiyası dövründən məlumatlar dövrünə keçidi, sahibkarlarda güclü rəqabət səviyyəsinin yaranmasını və uzaqgörən siyasəti nəzərə alsaq, Çin artıq yaxın zamanda süni zəkanın yaradılması və istifadəsi üzrə ABŞ-ı geridə qoya bilər. Yaxın gələcəkdə bu, yeni dünyəvi qaydaların yaranmasına və texnoloji arenada Çinin dominantlığına gətirib çıxara bilər.
İkinci ideya: Çinli startaplar amerikalı startapların modellərini kopyalayır və çinli istifadəçiləri ələ keçirtmək üçün digər çinli startaplar ilə rəqabət aparırlar:
Çinli sahibkar Wang Xing Çin internetində Silikon Vadisinin ixtiralarını birə-bir kopyalayan şəxs kimi tanınır. İlk öncə o, Facebook-dan əvvəl yaranmış və çox az tanınmış Friendster sosial şəbəkəsini kopyaladı. O sadəcə olaraq öz məhsulunun dizaynını dəyişdi və özünün istifadəçi interfeysini yaratdı. Lakin bu heç də uğurlu olmadı. Sonra ABŞ-da Facebook istifadəyə verildi. Wang Xing, Mark Zuckerberg-in ixtirasından heyran qalmışdı. Beləliklə o, Facebook-un istifadəçi interfeysini oğurlayaraq çinli tələbələr üçün Xiaonei adlı sosial şəbəkə yaratdı. Nəticədə Wang onu satmalı oldu. İndi həmin servisin adı Renren-dir. Öz cəhdlərindən əl çəkməyən Wang-ın növbəti hədəfi Twitter oldu. O, Twitter-i tamamilə kopyalayıb Fanfou adlı servisi yaratdı. Əgər servisdə çin hərfləri olmasaydı istifadəçi elə biləcəkdi ki, o, əsl Twitter servisindən istifadə edir. Lakin bu servis də müəyyən siyasi məsələlər səbəbilə bağlandı. Daha sonra Wang, ABŞ-da olan Groupon servisini gördü və onu da kopyalayaraq Meituan servisini yaratdı.
Bir çox mütəxəssislərin fikrincə bu cür kopyalama Çinin öz innovasiyalı məhsulu yaratmasına imkan verməyəcək. Belə ki, Çin digər məhsulları koyalamağı çox sevir. Məhz bu özəlliyə görə çətin ki, Çinin texnoloji şirkətləri dünyada texnoloji inqilab yarada bilsinlər. Lakin Kai-Fu Lee tamamailə başqa fikrə sahibdir. “Wang Xing digər servisləri kopyaladığı üçün heç üzr də istəməyib. O bildirib ki, prosesdə müəyyən mənada yaradıcı yanaşma olub. Belə ki, hansı saytın kopyalanmasını, onun necə çalışmasını və onun daxilini hansı kontentlə təmin edilməsini o özü seçib” – deyə Kai-Fu Lee öz kitabında qeyd edib. Bununla belə 2017-ci ildə əsl Groupon servisi iflasın astanasında idi. Belə ki, servis qrup alış-verişlərinə marağın azalmasına çox ləng reaksiya verirdi. Meituan isə yüksək rəqabətin olduğu mühitdə sağ qalmağı bacardı, yeni biznes istiqamətlərini inkişaf etdirdi və indi o, dünyanın ən bahalı startapları siyahısına daxildir (təqribi olaraq bazar dəyəri 30 milyard dollar).
Qərb mütəxəssislərinin fikrincə Meituan-ın əsas sirri onun məhz Wang Xing tərəfindən kopyalanaraq Çinin sakit mühitinə inteqrasiyasındadr. Lakin Kai-Fu Lee tamamilə fərqli düşünür. Belə ki, onun fikrincə uğurlu saytların kopyalanması öz növbəsində əvvəllər Çində olmayan sahibkarlıq bacarıqlarının yaranmasında yardımçı oldu. Bu kopyalanmış layihələr ABŞ-ın biznes modelindən ilhamlanmışdılar. Lakin yüksək rəqabət şərtləri altında Çin bazarına inteqrasiya edilmiş bu layihələr çinli istifadəçilərə çox ideal uyğunlaşdılar. Kai-Fu Lee-nin sözlərinə görə bu əsl internet Kolizeyini xatırladırdı və burda mütəmadi olaraq qladiator döyüşləri gedirdi. Bunun fonunda digər məhsulların hamı tərəfindən kopyalanması, yeni yolların axtarılmasına vadar edir və kopyalanmış məhsula qeyri-adi bir özəllik əlavə etməyə məcbur edirdi. Belə ki, bu qeyri-adi özəlliklər kopyalanmış məhsulu yaxşı tərəfə yönəltməli idi. Tamamilə kopyalanmış məhsullar isə nəticə etibarilə sağ qala bilmirdilər. Çinli qladiator sahibkarların süni zəkaya maraqları süni zəka sahasini yüksək səviyyəyə qaldırmalıdır. Bu cür sahibkarlar öz biznes modellərini tez bir zamanda uyğunlaşdıra bilir və ilk baxışdan qeyri mümkün görünən yerdən gəlir əldə etməyi bacarırlar.
Süni zəka ilə inteqrasiya olunmuş çoxlu sayda tətbiqlər istifadəyə veriləcək və onlar tez bir zamanda Çin sərhədindən kənara da çıxacaqlar. Wang Xing adi kopyalayıcı olanda o heç də uğur qazana bilmədi. Lakin yüksək rəqabətin hökm sürdüyü meydanda qladiator tərzli sahibkar olandan sonra o nəhayət əsl uğuru qazana bildi. Bundan əlavə olaraq qərb startapları pulların əsas olmadığı idealistik məqsədlərə, missiyalara istiqamətlənirlər. Hər halda sözdə onlar bunu deyirlər. Çin startapları isə bazara istiqamətlənirlər. Onlar bunu heç zaman gizlətməyiblər. Buna görə də onlar daha uğurlu biznes model qura bilirlər. Çinli sahibkarlar üçün ideyanın müəllifinin kim olduğu önəmli deyil. Onlar üçün ən önəmli olan həmin ideyanın necə düzgün istifadə edilməsidir. Silikon Vadisinin elitası çinli İT sahibkarlara gülürlər. Lakin nahaq yerə. Çinli sahibkarların əsas məhsulları texnologiyalar deyil. Onların əsas məhsulları cavan sahibkarlardır. Çinin mədəni inqilabından sonra onun ağır irsini, sosial sərsıntılarını və internetin bu ölkədə gec yayılmasını nəzərə alsaq innovasiyaların tədricən inkişafı üçün Çinin yetəri qədər zamanı yox idi.
Buna görə də çinlilər digər ölkələrin texnologiyalarını kopyalayaraq onlardan istifadə etməyə məcbur idilər. Məhz bu üsulla onlar interfeys dizaynını, veb saytların arxitekturasını və proqram təminatının hazırlanmasını öyrəniblər. Çin texnologiyaları nə qədər sürətlə inkişaf etsə, Silikon Vadisi məhsulları ilə çinli istifadəçilər arasındakı məsafə bir o qədər böyüyəcək. Bu məsafənin böyüməyi artıq Alibaba ilə eBay müqayisəsində görünür. Belə ki, çinli satıcılar və alıcılar Jack Ma-nın yaratdığı platformaya üstünlük veriblər. Belə ki, Alibaba daha rahatdır, onda daha çox endirimlər və aksiyalar olur və onda ödənişləri etmək daha asandır. Satıcılar yaxşı şərtlər və müqavilələrdəki aşağı faiz dərəcəsi vasitəsilə cəlb olunmuşdular. Alibaba-ya inamın bərkiməsindən sonra isə onlar reklama və yüksək axtarış reytinqinə görə ödəniş etməyə razı oldular. Hər bir əməliyyata görə isə əlavə ödəniş alan eBay bu döyüşdə məğlub oldu. Buna baxmayaraq Alibaba onun modeli üzrə yaradılırdı. Həmçinin Çin bazarını Silikon Vadisinin digər məşhur şirkətləri də ələ keçirə bilmədilər. Onların arasında Google, Uber, Airbnb, LinkedIn və Amazon şirkətləri var.
Üçüncü ideya: Çin startapları xarici investorlardan asılı deyil, onlar çinlilərin problemlərini həll etmək üçün çin məhsullarına istiqamətləniblər:
Çinin internet sahəsi inkişaf etdiyi müddətdə o, kopyalama, rəqabət və oxşatma mərhələlərindən keçib. 2013-cü ildə o, qərb internet sahəsinin səviyyəsinə çatdı. Lakin buna baxmayaraq Çinin internet sahəsi qərbin internet sahəsindən bir çox şeylərə görə fərqlənirdi və öz qaydaları üzrə yaşayırdı. Bir çox istifadəçilər yalnız ucuz smartfonlar vasitəsilə internetə qoşula bilirdilər. Onlar həmçinin həmin smartfonlar vasitəsilə bank kartlarından pullar çıxararaq smartfonları ödəniş sistemi kimi də istifadə edirdilər. Qərb servislərinin kopyalanmasından sonra Çində özəl servislər yaradılmağa başlandı. Buna misal olaraq WeChat-ı gətirmək olar. Bu sosial tətbiq vasitəsilə insanlar mağazalarda məhsullar ala, yeməkləri evlərinə sifariş edə, həkimin zəhmət haqqısını ödəyə, kinoteatra bilet ala, ailə üzvlərinə və ya dostlarına pul vəsaitləri göndərə bilərlər.
WeChat-ın funksiyaları bunlarla yekunlaşmır. WeChat daima istifadəçilərin arzularını nəzərə alan müxtəlif tətbiqlərlə genişlənir. WeChat-ın daxilində olan elektron portmanat vasitəsilə istifadəçi istənilən əldə olunmuş məhsulun vəsaitini ödəyə bilər. Beləliklə WeChat vasitəsilə smartfonlar elektron portmanatlara çevrildilər və onların vasitəsilə istənilən məhsulu əldə etmək və ya istənilən xidmətin haqqını ödəmək olar. Mütəmadi olaraq ortaya çıxan yeni tətbiqlər və digər kompüter innovasiyaları dövlət dəstəyinə sahib olurlar. Rəsmi siyasət texnoloji sahibkarlığı dəstəkləyir və onu inkişaf etdirir. Çində olan hər bir şəhərin meri yüksək texnologiyaların inkişafı üçün innovasiya zonalarının, biznes inkubatorların və vençur fondlarının yaradılmasına böyük diqqət ayırır. Bu texnologiyalar isə mobil ödəmələrdən istifadə edən əhalinin müxtəlif laylarını əhatə edir.
Əgər amerikalı startaplar informasiya mübadiləsi üçün rəqəmsal platforma hazırladıqları, lakin müştərilərin həmin platformadan necə istifadə edəcəkləri barəsində yetəri dərəcədə düşünmədikləri bir vaxtda Çindəki startaplar az ödənişli işçilərin, əmək etikasının və böyük həcmdə məlumatların olduqları praktiki biznes modellərin yaradılmasına üstünlük verirlər. Kai-Fu Lee-nin fikrincə məhz həmin böyük həcmdə olan məlumatlar süni zəkanın inkişafında əsas rolu oynayırlar. Həminki WeChat tətbiqi bütün detalları nəzərə almağa çalışır: Yemək məhsullarının çatıdırılması, avtomobillərin təmiri, velosipedlərin icarəsi və s. Bütün bu rəqəmsal məlumatlar yığılır və süni zəkanın çalışması üçün nəzərdə tutulmuş faydalı məlumat bazasına çevrilir. Özü-özünü təkmilləşdirən alqoritmlər hesablayıcı gücü, mühəndis bacarıqlarını və böyük həcmdə məlumatları tələb edir. Bu sadalananlardan ən vacibi isə böyük həcmdə olan məlumatlardır. Belə ki, alqoritmlər məhz həmin məlumatlar əsasında təkmilləşirlər və məlumat nə qədər çox olsa təkmilləşmə prosesi bir o qədər sürətlə gedəcək. Bu məlumatların sayı isə çox böyükdür. Belə ki, çinli internet istifadəçilərin sayı amerikalı ilə avropalı internet istifadəçilərinin ümumi sayından daha çoxdur. Həmin istifadəçilərin internetdəki fəaliyyətləri isə say çoxluğundan əlavə olaraq həmdə keyfiyyət də təqdim edir.
Əgər Facebook-un məlumatları axtarış sorğularını, Youtube servisində baxılmış videoları, yüklənmiş foroları və qoyulmuş bəyənmələri əhatə edirsə, çinlilər WeChat vasitəsilə real dünyadan olan məlumatları yığırlar: Alış-verişlər, səyahətlər, yeməklərin, biletlərin, nəqliyyat növlərinin ödənişləri və s. Çindən olan məlumatlar əsasında təkmilləşəcək alqoritmlər daha detallı və real məlumatı əldə edə biləcəklər. “WeChat platformasını yaratmış Tencent şirkəti onu sanki həyatın idarəsi üçün nəzərdə tutulmuş uzaqdan idarəetmə sisteminə çevirdi. Tətbiq ayrı-ayrı hallarda qədimi ənənələri və müasir texnologiyaları birləşdirərək offline və online dünyalar arasında olan sərhədi demək olarki pozdu” – deyə Kai-Fu Lee öz kitabında qeyd edib. Çin Yeni ilində insanlar adətən bir-birilərinə qırmızı zərflərdə pullar bağışlayırlar. Onları valideynlər öz övladlarına və ya rəhbərlər daha aşağı əməkdaşlara hədiyyə edirlər. WeChat-ın yaratdığı xüsusi tətbiq vasitəsilə isə istənilən yerdə olan dosta daxilində real pulların olduğu qırmızı zərflər göndərmək olar. Bank hesabları WeChat-a bağlı idi. Buna görə də zərfləri konkret bir şəxsə və ya qrup çatına göndərmək olardı. Beləliklə 2014-cü ildə bu üsulla istifadəçilər arasında 16 milyon zərf göndərildi və 5 milyon bank portmanatları WeChat-la inteqrasiya olundu. Nəticədə qədimi ənənə müasir texnologiya ilə birləşdi.
Mobil ödəmələr isə real kağız pulları bazardan sıxışdırıb çıxartmaqda davam edirlər. Mobil ödənişlərdən hətta küçədə yemək məhsulları satan satıcılar da istifadə edirlər. Onlar yemək bişirdikləri vaxtda müştərilər onlara mobil ödənişlər vasitəsilə ödənişlər edirlər. Hətta Çində dilənçilik edən şəxslər əllərində Alipay və WeChat hesablarının yazıldığı kiçik lövhəciklər vasitəsilə dilənçilik edirlər. Nəticədə real kağız pullardan istifadənin azalması öz növbəsində cinayət hallarının da azalmasına gətirib çıxardı. Kai-Fu Lee bu məsələdə maraqlı bir hekayəni də qeyd edib. Deməli 2 cinayətkar varlı şəhərlərin birində 3 mağaza soyğunu ilə məşğul olub. Baxmayaraq ki, mağazalarda məhsullar çox idi, lakin mağazalarda pullar çox az idi. Belə ki, mağaza sahibləri mobil ödənişlərdən istifadə edirdilər. Nəticədə cinayətkarlardan hər biri 125$ vəsait oğurlaya bilmişdilər. Sonra isə onlar polis tərəfindən yaxalanmışdılar.
Offline və online həyatın birləşməsi texnologiyası O2O adlanır və o, gündən-günə Çinin gündəlik həyatına daxil olur. Məsələn gözəllik salonları kimi kiçik bizneslər artıq ofislər icarəyə götürmürlər. Onlar sadəcə olaraq sifarişçinin evinə gedirlər. Sifarişçi bu halda gözəllik salonu işçisini mobil tətbiq vasitəsilə sifariş edir. Bundan əlavə olaraq tətbiq vasitəsilə istifadəçi dayandığı sırada özünü kiminləsə əvəzləmək üçün digər birini, itinin gəzdirilməsi üçün kənar şəxsi və ya övladını baxçadan və ya məktəbdən götürmək üçün hansısa şəxsi sifariş edə bilər. Bu cür üstünlüklər hətta Messenger-in ayrı bir hissə kimi hesab edildiyi Facebook sosial şəbəkəsində yoxdur. Google Wallet və Apple Pay kimi mobil ödəmə tətbiqləri genişmiqyaslı yayılmaya nail ola bilmədilər. WeChat üzərindən edilən Çindəki ödənişlərin sayı isə Google Wallet ilə Apple Pay göstəricilərindən 50 dəfə çoxdur.
Dördüncü ideya: Çin kadrların yetişdirilməsi və süni zəkanın inkişafı üçün dövlət dəstəyi baxımından ABŞ-ı geridə qoyacaq:
Kai-Fu Lee 20 il bundan öncə Xefey şəhərində yerləşən ən yaxşı mühəndislik universitetlərindən birindəki mühazirəsindən danışıb. Mühazirənin keçirildiyi auditoriya tələbələr ilə dolu idi. Auditoriyada otura bilməyənlər auditoriya otağına keçiddə ayaq üstə durmuşdular, ümumiyyətlə auditoriya otağına daxil ola bilməyənlər isə Kai-Fu Lee-nin mühazirəsini pəncərədən dinləyirdilər. Tələbələr üçölçülü qrafik, nitqin təyin olunması sistemləri və s. mövzular barədə hekayələrə qulaq asır və mühazirəçiyə çoxlu sayda suallar verirdilər. Tələbələr bu sahəyə o qədər maraqlı idilər ki, onlar mühazirəçini çətinliklə buraxa bildilər. Mühazirə bitəndə artıq gecə idi. Beləliklə saat 23:00-da yataqxananın işıqları söndürüldü, tələbələr isə çöldəki fonarlar vasitəsilə dərslərini öyrənməyə başladılar. Onlardan bir çoxu yaxın onilliklərdən sonra dövlətin aparıcı mühəndisləri olacaqlar.
1990-cı illərdə Çin ABŞ-dan çox geridə qalmışdı. Lakin buna baxmayaraq tələbələr yeni bilikləri əldə etmək yanğısı ilə yaşayırdılar. Kai-Fu Lee-nin fikrincə süni zəkanın inkişafında əsas rolu yüksək təcrübəyə sahib alimlərdən ibarət kiçik qrup deyil, bacarıqlı mühəndislər ordusu və onlara qoşulmuş sahibkarlar oynayırlar. Çində isə bu cür insanların sayı getdikcə artır. Əsasən də süni zəka tədqiqatı və istifadəsi sahəsində. ABŞ əsas üstünlüyü məşhur mütəxəssislərə, Çin isə əsas üstünlüyü çoxlu sayda yaxşı hazırlaşdırılmış mühəndislərə verdi. Yeni bilikləri əldə etmək yanğısı ilə yaşayan tələbələr internetin inkişafı vasitəsilə real zaman rejimində aparıcı tədqiqatlara sahib ola bildilər. WeChat sayəsində onlar sonuncu online məqalələri, aparıcı alimlərin fikirlərini müzakirə edir və hətta smartfonlarda mühazirələrə qulaq asırlar. Bugün süni zəka sahəsinin tədqiqatında bir neçə böyük oyunçu iştirak edir: ABŞ-da Google, Facebook, Amazon, Microsoft, Çində isə Baidu, Alibaba və Tencent şirkətləri.
Onlar böyük həcmdə məlumatları emal edir və iqtisadiyyatın ayrı-ayrı sektorlarına machine learning texnologiyasını inteqrasiya edən hesablayıcı şəbəkələrin yaradılması ilə məşğul olurlar. Bu cür texnologiyaların daha genişmiqyaslı inteqrasiyası isə dövlət dəstəyini tələb edir. Çində dünya çempionu Ke Jie-nin go oyununda süni zəka sisteminə uduzmasından sonra hökumət öz rəhbərliyi altında süni zəkanın qlobal inkişaf planını hazırladı. Beləliklə hökumət bu sahədə çalışan startaplar üçün subsidiyalar təqdim edir və onlarla müqavilələr bağlayır. Merlər öz şəhərlərində pilotsuz yük maşınlarını, nəqliyyat vasitələrində insanların üzlərinin təyin olunması sistemlərini işə salır və nəqliyyat şəbəkələrini bir mərkəzi idarəetməyə qoşaraq onları optimallaşdırırlar. Bu sahədə olan digər növ yanaşma isə ABŞ-da müşahidə olunur. Belə ki, orda siyasi sistem texnoloji təkmilləşdirməyə xərclənən vəsaitlərə nəzarət edir və vəsaitlərin çoxlu miqdarda xərclənməsi halında cərimələr tərtib edir. Çin isə texnoloji inkişafa yatırılan külli miqdarda vəsaitlərdən heç də narahat deyil.
Kai-Fu Lee-nin fikrincə baxmayaraq ki, ABŞ-ın texnoloji inkişafı hələki birinci yerdədir, bu, heç də hər zaman belə olmayacaq. Süni zəka sahəsindəki tədqiqatların böyük bir hissəsi ABŞ-da keçirilir. Lakin həmin tədqiqatar sürətli şəkildə online resurslarda öz əksini tapırlar. Bir çox alimlər öz tədqiqatlarının məşhur jurnallarda dərc olunmasını gözləməyərək onları arxiv.org kimi saytlarda hamı üçün əlçatan edirlər. Onlar öz alqoritmlərini və nəticələrini bölüşürlər, digərləri isə onları öz sistemlərində test edirlər. Süni zəka mütəmadi olaraq təkmilləşir və bu, alimlərin öz nəticələrini paylaşmaq üçün səbəbdir. WeChat isə süni zəka sahəsindəki yenilikləri izləməyə imkan verən özəl multimedia platformalara sahibdir. Həmin platformalarda milyonlarla qeydiyyatdan keçmiş istifadəçilər var və onlardan yarısı süni zəka sahəsində olan təcrübələri maliyyələşdirməyə hazırdır. Bu cür platformalarda həmçinin akademik diskussiyalar üçün nəzərdə tutulmuş qruplar da var. Kai-Fu Lee həmin qruplardan birin üzvüdür.
“İnternetdəki sitat indeksi onu göstərib ki, süni zəka barəsində çinli müəlliflərin faiz göstəricisi 2006-cı ildən 2015-ci ilə kimi iki dəfə böyüyüb” – deyə kitabda qeyd olunub. Baxmayaraq müəlliflərin bəziləri digər ölkələrdə yaşayırlar, yenə də onların böyük bir hissəsini çinlilər təşkil edirlər. İnternetdəki sitat indeksinə əsasən süni zəka barəsində kontentlərin tərtib olunmsı baxımından Çin yalnız ABŞ-dan geri qalır. Cavan çinli alimlər neyron şəbəkələri və computer vision sahəsindəki tədqiqatların müəllifləridirlər. Onlardan bir çoxları Microsoft Research China adlı universitetdə təhsil alıblar. Bu universitet Kai-Fu Lee tərəfindən 1998-ci ildə təsis edilib. Universitet öz növbəsində süni zəka sahəsində 5000-ə yaxın mütəxəssis yetişdirib və onlardan bir çoxları Baidu, Alibaba, Tencent, Lenovo və Huawei kimi şirkətlərdə top menecer vəzifəsində çalışrlar.
2015-ci ildə Microsoft Research China komandası insanların üzlərinin təyin olunması üçün nəzərdə tutulmuş alqoritmlərin yarışmasında qalib olmuşdu. Komandanın hazırladığı alqoritm ResNet adlanırdı və onun bir sıra prinsipləri AlphaGo sisteminin təkmilləşdirilmiş versiyası AlphaGo Zero-nun yaradılmasında istifadə olunmuşdu. Qərbdə bir çoxları süni zəka sahəsində çinli tədqiqatçıların nailiyyətlərinə şübhə ilə yanaşırlar. Onlara elə gəlir ki, Çində internetin dövlət tərəfindən idarə olunması elmi mənanın inkişafına mənfi təsir göstərir. Lakin Kai-Fu Lee düşünür ki, süni zəkanın həssas siyasi məsələlər ilə əlaqəsi yoxdur və buna görə də bu sahədə idarəetmə yoxdur. Nəticədə isə heç kim çinli alimlərin azadlıqlarını sıxışdırıb çıxartmır. Bəzi hesablamalara əsasən artıq 5 ildən sonra çinlilərin süni zəka sahəsindəki tədqiqatları öz imkanlarına görə amerikalıların tədqiqat imkanları ilə eyni səviyyədə olacaq.
Beşinci ideya: Süni zəka sahəsindəki inqilab 4 mərhələdən ibarət olacaq: Birinci mərhələ internet, ikinci mərhələ biznes, üçüncü mərhələ qavrayış, dördüncü mərhələ isə avtomatlaşdırma ilə əlaqəli olacaq:
İnternet süni zəkası və biznes süni zəkası artıq real dünyaya daxil olublar. Onların alqoritmləri fond birjalarında və tibbdə istifadə olunur, onlar maliyyə alətləri ilə müxtəlif növ əməliyyatlar keçirir və təqdim olunmuş məlumatlar əsasında mümkün xəstəlikləri təyin edirlər. Qavrayış sahəsində süni zəka insanların üzlərinin təyin olunması, sorğuların anlaşılması ilə ətraf dünyanın qavranılması üzrə mütəmadi olaraq özünü təkmilləşdirir. Kai-Fu Lee-nin fikrincə yaxın zamanda süni zəka rəqəmsal dünya ilə fiziki dünya arasındakı sərhədi tamamilə siləcək. Avtomatlaşdırılmış süni zəka pilotsuz avtomobilləri və dronları idarə edəcək, istehsalat sahələrinə intellektual robotları göndərəcək və insan həyatının bütün sahələrini tədricən dəyişəcək. Süni zəka sahəsindəki inqilabi 4 mərhələ üçün müxtəlif növ böyük həcmdə məlumatlar lazımdır. ABŞ-da böyük sürətlə biznes süni zəkası inkişaf edir. Qalan 3 mərhələdə isə Çin ABŞ-a sürətlə çatır.
Süni zəka texnologiyasının nailiyyətləri təkcə ABŞ ilə Çinə aid olmayacaqlar. Onlar bütün dünya üzrə milyardlarla insanlara və o cümlədən inkişafda olan ölkələrə xidmət etməlidirlər. Bu cür bazarlarda Uber, Didi, Amazon və Alibaba kimi şirkətlər bir-biri ilə kəskin rəqabət aparırlar. Uber və Amazon hər bir yeni bazara öz məhsulu ilə daxil olur, Didi ilə Alibaba isə süni zəka sahəsindəki yerli startaplara investisiyalar yatırırlar. Bu şirkətlərin strategiyaları yaxın zamanda dünyanın iqtisadi təsvirini dəyişə bilərlər. İnternet süni zəkası özəl üstünlüklər əsasında hazırlanmış kontentlərin istifadəçilərə təklif olunması üçün alqoritmlərdən istifadə edir. O, rəqəmsal məlumatlardan istifadə edir, böyük internet şirkətləri isə bu cür məlumatların böyük mənbələri rolunda çıxış edirlər. Onlar sizin hansı səhifələri ziyarət etdiyinizi, etdiyiniz alış-verişləri, bəyəndiyiniz paylaşımları, baxdığınız videoları və müəyyən saytlarda nə qədər zaman qaldığınızı analiz edirlər. Alqoritmlər bu məlumatlar əsasında sizə o kontentləri təklif etməyi öyrənirlər hansılar ki, sizə həqiqətən də maraqlı olacaq.
Məsələn Alibaba bu cür alqoritm vasitəsilə bizim xoşumuza gələcək məhsulları bizə təklif edir, Google şirkəti reklam göstərir, YouTube videolar təklif edir və s. Məhz bu üsul ilə Cambridge Analytica şirkəti Facebook istifadəçilərinin məlumatlarından istifadə edərək 2016-cı ildə ABŞ-da keçirilmiş seçki qabağı kampaniyalarında seçicilərin hansı namizədə üstünlük verdiklərini analiz etmişdilər. ABŞ-da viral kontentlərin üstünlük təşkil etdikləri Buzzfeed kimi saytlarda həmin kontentlər cavan redaktorlar tərəfindən seçilir. Çində Buzzfeed-in analoqu olan Jinri Toutiao saytı isə tamamilə alqoritmlər vasitəsilə idarə olunur. Həmin alqoritmlər istifadəçilər tərəfindən ən çox ziyarət edilən səhifələri, onlar tərəfindən ən çox bəyənilən paylaşımları, oxunmaları və şərhləri analiz edərək istifdəçilərə maraqlı ola biləcək xəbər lenti tərtib edirlər. Jinri Toutiao saytı hətta jurnalist alqoritmi də yaratmışdı. Həmin alqoritm Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunları zamanı idman hadisələrinin yazılması üçün nəzərdə tutulmuşdu. Alqoritmin yazı tərzi diqqəti o qədər cəlb etməsə də, onun çalışmaq sürəti heyrətləndirirdi. Belə ki, alqoritm gün ərzində idman hadisələrinə aid 30 xəbər dərc edə bilirdi. Onun yazdığı hər hansısa bir idman hadisəsi xəbəri isə həmin hadisənin real həyatda bitməsindən 2 saniyə sonra artıq saytda ortaya çıxırdı.
Sözügedən saytda həmçinin fake xəbərləri təyin etməyi bacaran alqoritm də fəaliyyət göstərir. İlk öncə onlar xəbərləri yazan alqoritm yaratdılar, daha sonra isə saxta xəbərləri təyin edərək onlarla mübarizə edən alqoritmi yaratdılar. Günümüzdə internet süni zəkasından istifadə edən amerikalı və çinli şirkətlər təqribi olaraq eyni səviyyədə inkişaf edirlər. Lakin Kai-Fu Lee-nin fikrincə təqribi olaraq 5 ildən sonra Çin bu sahədə ABŞ-ı geridə qoyacaq. ABŞ-ın biznes süni zəkası sahəsində xüsusi proqram məhsulları hazırlanıb. Həmin proqram məhsulları müştərinin bank hesabı, gəliri, kredit tarixçəsi və s. kimi məlumatları əsasında onun kredit reytinqini təyin edir. Bundan əlavə olaraq onlar həmin alqoritmlər sayəsində sığorta və bank sahələrində müştərilərə biznes-konsaltinq xidmətlərini də təklif edirlər. Şirkətlərin daxilindən böyük həcmdə məlumatlar keçir və biznes süni zəkası onları analiz edə bilir. Sığorta şirkətlərinin məlumat bazalarında bədbəxt hadisələr nəticəsində ödənilən sığorta məbləğləri və həmin sığorta məbləğlərinin ödənməməsi nəzərdə tutulmuş dələduzluq halları məlumatları yerləşir. Banklarda verilmiş kreditlər və onların ödənilməsi barəsində məlumatlar qalır.
Biznes süni zəkası isə bu məlumatların arasında adi insanın gözündən qaçmış əlaqələri və qanunauyğunluqları aşkar edərək optimal nəticəni çıxarda bilir. Bununla yanaşı alqoritm hər zaman özünü təkmilləşdirir. O nə qədər çox məlumat emal etsə onun özünü öyrətmək prosesi də bir o qədər sürətli gedəcək. Çində Smart Finance adlı tətbiq fəaliyyət göstərir. Bu tətbiq biznes süni zəkası əsasında çalışır və böyük olmayan kreditlərin verilməsi sahəsində fəaliyyət göstərir. Tətbiqdəki alqoritm hər hansı bir şəxsdən gəlir məlumatlarını tələb etmir. O sadəcə olaraq istifadəçinin smartfonunda olan bəzi məlumatları istəyir. Həmin məlumatlar əsasında alqoritm istifadəçinin 200-300 dollar dəyərində olan krediti bağlayıb-bağlamayacağı qənaətini əldə edir. Biznes süni zəkasının tibb sahəsində inkişafı da çox perspektivlidir. Həkimlər arasında düzgün diaqnoz təyin etməyi bacaranların sayı çox azdır. Bu halda həmçinin həkim tərəfdən səhvlər də olur. Əsasən də Çində düzgün diaqnozun təyin olunması faktoru xəstənin maliyyə vəziyyətindən asılıdır. Belə ki, Çində keyfiyyətli tibbi yardımı yalnız böyük şəhərlərdə əldə emək mümkündür. Xəstələr böyük şəhərlərdəki xəstəxanaların keyfiyyətli tibbi yardımından istifadə etmək üçün günlərlə növbədə dururlar. Lakin tibbi məlumatları analiz etməyi bacaran alqoritm bu vəziyyəti dəyişə bilər.
Çinli mühəndislər tərəfindən yaradılmış RXThinking adlı tətbiq düzgün diaqnozu təyin etmək üçün təkcə xəstəlik simptomplarını deyil həmdə ətraf mühit faktorlarını, sosial şərtləri və digər özəllikləri analiz edir. Bununla yanaşı tətbiq daimi şəkildə ən son tibbi məqalələri də təyin edir ki, son məsələlər barədə xəbərdar olsun. Bu halda həkimlərin və tibb bacılarının öhdəliklərinə məsləhətlərə riayət etmək və xəstələrin qayğısına qalmaq düşür. Bu cür prinsiplə çalışan iFlyTek adlı alqoritm isə Çinin məhkəmə sistemində çalışır. O, məhkəmə qərarlarının çıxarılması üçün məlumatları analiz edir. Qavrama üzərində hazırlanmış süni zəka sistemi insanların üzlərini, səslərini barmaq izlərini və ümumilikdə ətraf dünyanı daha dəqiq təyin etməyi bacarır. Bu isə öz növbəsində rəqəmsal dünya ilə fiziki dünya arasındakı sərhədi tamamilə pozur. Belə ki, siz öz iş yerinizə yemək sifarişini sadəcə olaraq smartfona səs əmri verərək reallaşdıra bilirsiniz. Tətbiq isə sizin səsinizi təyin edərək onu sizin şəxsiyyətiniz və bank hesabınızla uyğunlaşdıracaq.
Məsələn Çində olan KFC restoranlar şəbəkəsində Alipay ödəniş servisi ilə birlikdə istifadəçi üzünün təyin edilməsi sistemindən istifadə edilir. Bu halda KFC-də edilmmiş hər bir sifarişin ödənilməsi üçün istifadəçi sadəcə olaraq xüsusi terminalın qabağında durmalıdır. Həmin terminal isə istifadəçinin üzünü skan edərək onun bank hesabından lazımi məbləği çıxır. Kai-Fu Lee-nin fikrincə yaxın gələcəkdə evdəki soyuducular insanların qida üstünlüklərini təyin etməyi bacaracaqlar. Beləliklə onlar bu məlumatları əldə edəndən sonra soyuducu həmin məlumatları hansısa marketin məlumatlar bazası ilə sinxronlaşdıracaq və ailə üzvlərinin həftəlik qida ehtiyaclarının siyahısını hazırlayacaq. Çinin bəzi məktəblərində şagirdlərin tipik səhvlərinin təyin edilməsi üçün süni zəkadan istifadə olunur.
Avropa və ABŞ-da qavrama səviyyəsində süni zəkanın inkişafı insanların özəl məlumatlarının qorunması faktoru səbəbilə məhdudlaşa bilər. Süni zəka sisteminə sahib avtonom tətbiqlər alqoritmlərin optimizasiya və qavrayış inkişafını birləşdirərək robototexnika sahəsini inkişaf etdirəcək. Belə olacağı halda robotlar bir növ görmə, eşitmə və hiss etmə özəlliklərinə sahib olacaqlar. Avtonom robotlar artıq tarlalarda çalışmağı, kal tərəvəz və meyvələri yetişməmişlərdən ayırmağı, anbarlarda çalışmağı və ətraf ərazini təmizləməyi bacarırlar. Google və Tesla şirkətləri idarə zamanı özü-özünü təkmilləşdirməyi bacaracaq avtonom pilotsuz avtomobilləri yaradırlar. Eyni sahədə həmçinin Çinin Baidu və JingChi şirkətləri də çalışırlar.
Altıncı ideya: Süni zəka inkişafının əsas təhlükəsi dövlətlər arasındakı rəqabətdə deyil, süni zəka imkanlarının özlərindədir:
Məşhur futuroloq Ray Kurzweil də daxil olmaqla bir sıra alimlər və filosoflar süni zəka texnologiyasından heyranlıq duyurlar. Onlar güman edirlər ki, robotlar ilə insanlar bir formada birləşəndən sonra süni zəka ölümə qalib gəlməyə və bizlərin biliklərini genişləndirməyə qadir olacaq. İnsan öz şüurunu buluda yükləyə və qan axını sisteminə yeridilmiş intellektual nanobotlar sayəsində öz bədənini yeniləyə biləcək. Bundan əlavə olaraq superzəka bizlərə bütün xəstəliklərin çarəsini tapmaqda və qlobal iqlim dəyişikliyi problemini aradan qaldırmağa yardımçı olacaq. “Süni zəka imkanları vasitəsilə insan övladı tanrı ilə bir səviyyədə ola bilər”. Süni zəka barəsində bu cür heyranlığı heç də hamı bölüşmür.
Məsələn Elon Musk süni zəka texnologiyasının yaradılmasını insanlığın indiyənə kimi qarşılaşdığı ən böyük risk hesab edir. Məşhur alim Stephen Hawking və filosof Nik Bostrom da (İnsanlığın Gələcəyi İnstitutunun direktoru) süni zəkanın böyüyən imkanları barəsində narahatlıqlarını bildirmişdilər. Süni zəka texnologiyasına qarşı çıxan insanlar əsas təhlükəni “Terminator” filmindəki kimi insana bənzər robotların yaranmasında deyil, tapşırıqların süni zəka tərəfindən ən effektivli şəkildə yerinə yetirilməsində görürlər. Əgər qərarın qəbul edilməsində insanlığın məhv edilməsi ən optimal variant kimi qiymətləndirilsə nəticədə düzgün ayarlanmamış alqoritm sayəsində superzəka bunu heç düşünmədən yerinə yetirəcək. Bunun üçün ona kütləvi qırğın silahları və ya bombalar lazım olmayacaq. O sadəcə olaraq fizika, kimya və nanotexnologiyalar sahəsindəki biliklərə əsaslanacaq.
Bundan əlavə olaraq süni zəkanın inkişafı vaxtı ikən ixtira edilmiş elektrik enerjisi və ya buxar maşınlarının yaratdıqları effekti yarada bilər. Belə ki, sadalanmş nümunələr vaxtı ikən sənaye inqilabına səbəb olmuşdular. Bir tərəfdən bu, əmək məhsuldarlığını artırmışdı: Cihazlar insanların gördükləri işləri daha tez yerinə yetirirdilər. Nəticədə istehsal miqyası artmış, qiymətlər isə aşağı düşmüşdü. Yüksək ixtisaslı işçilərin nisbətən kiçik bir hissəsi cəmiyyətdən sıxışdırılıb çıxarılmışdı. Digərləri isə həmin cihazlarla bir yerdə çalışmağa davam etmiş və bunun müqabilində yüksək maaş əldə etmişdilər. Süni zəkanın inkişafı və robotların daha çox işçi yerlərini zəbt edəcəkləri halda bunun daha çox gəlir gətirməsinə və ya vakansiyaların sayının artmasına heç bir zəmanət yoxdur. Alim Erik Brynjolfsson bildirir ki, robotlar insan əməyini özləri ilə əvəz etməyə daha çox başlayıblar. Bir tərəfdən onlar kapitalı genişləndirir, digər tərəfdən isə daha çox işçi yerlərini ələ keçirirlər. Və bu aradakı fərq süni zəkanın inkişafı ilə daha da nəzərə çarpacaq.
Sənaye inqilabı ilə gəlmiş yeniliklərin kütləviləşməsi üçün bir neçə əsr vaxt lazım oldu. Süni zəka inqilabı üçün isə yalnız bir əsr lazımdır. Bu cür sürətlə insanlar yaranmış yeniliklərə çox çətinliklə öyrəşəcəklər. Kai-Fu Lee-nin proqnozlarına əsasən 10-20 ildən sonra süni zəka texnologiyası vasitəsilə ABŞ-da olan işçi yerlərinin 40-50%-ni avtomatlaşdırmaq mümkün olacaq. Robotlar hamını əvəz etməyəcəklər. Lakin öz iş yerlərində qalacaq insanlar nisbətən daha az maaş əldə edəcəklər. Belə ki, onların dəyəri işə götürənlərin gözlərində azalacaq, işsizlik səviyyəsi isə getdikcə yüksələcək. Əməyin qorunması üzrə bəzi qanunlar bu prosesi bir qədər ləngidəcək. Bundan əlavə olaraq yeni iş yerləri yaradılacaq. Buna görə də işsizliyin səviyyəsi 20-25%-ə kimi endiriləcək. Məsələn robotların təmir olunması kimi yeni peşələr yarana bilər. Lakin bütün bunlar iş yerlərinin itirilməsinin ümumi tendensiyasını heç də bağlamayacaq. İşsizlik insan varoluşunun mənasının itirilməsinə gətirib çıxardacaq. Bu halda insanlar sadəcə olaraq özlərinin iş yerlərinin robotlarla necə əvəz olunmasını kənardan izləyəcəklər.
Bu tendensiya həmçinin Çində də müşahidə edilir. Bu prosesi təkmilləşdirilmiş işə düzəltmə sistemi və Çin xalqına xas olan özəlliklərdən biri olan yeni şəraitə öyrəşmək bacarığı yumşaldacaq. Çin ilə ABŞ-ın texnoloji üstünlükləri onların daha az inkişaf etmiş və kasıb ölkələr üzərində hakimiyyətlərinin güclənməsinə gətirib çıxarda bilər. Həmin ölkələr isə daha çox inkişafdan geri qalacaqlar. Öncələr kasıb ölkələrin əhalilərinin böyük bir hissəsi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə miqrasiya edərək oralarda aşağı ixtisaslı iş yerlərini tuturdular. Lakin həmin aşağı ixtisaslı iş yerlərindəki işçilər robotlar ilə əvəz edilsə, miqrantlar cəmiyyətin sosial tərəfdən təhlükəli və hər an partlamaya hazır bir hissəsinə çevriləcəklər. Həmin dövlətlərin hökumətləri miqrantların ehtiyaclarını ən yaxşı şəkildə necə qarşılanmasını fikirləşməlidirlər. Müəyyən dövlətlərdə yaşanacaq durğunluq və digər dövlətlərdə yaşanacaq böyük iqtisadi yüksəliş kasıbların varlılardan asılılığına gətirib çıxardacaq. Belə halda millətlərarası bərabərlikdən heç söhbət belə getmiyəcək.
Yeddinci ideya: Alqoritmlər bir çox şeyi əvəz edəcəklər. Lakin hər şeyi yox:
Kai-Fu Lee öz kitabında 52 yaşında olduğu zaman onda limfoma xəstəliyinin aşkar olunduğundan yazıb. Onun aldığı kimyəvi müalicə isə öz bəhrəsini verib. Lakin kimyəvi müalicədən əvvəl o öz həyatına yenidən tamamilə başqa nöqteyi nəzərdən baxa bilib. Kai-Fu Lee cavanlıqda şöhrətpərəst biri olub. O özünə dünyanı dəyişmək məqsədini qoymuşdu və inanırdı ki, hər bir insan müəyyən missiya ilə dünyaya gəlir. O öz missiyasını tapıb. O çox oxuyub, çalışıb, zamanının böyük bir hissəsini təhsilə yönəldib, çoxlu tədqiqatlar aparıb və bunun sayəsində elm sahəsində nəzərə çarpan diqqətə sahib olub. Öz mühazirələri zamanı o hər zaman dinləyicilərə bildirib ki, bütün həyat boyu insan öz qəbrinin üstündəki yazını təsəvvür etməlidir. Orda nə yazılacaq? Məsələn onun qəbrində belə bir yazı yazılacaq: “Burda bütün ömrünü robotların tədqiq olunmasına sərf etmiş Kai-Fu Lee dəfn olunub”.
Lakin xərçəng xəstəliyinə tutulandan sonra o anladı ki, qəbr daşının üstündə nəyin yazılmasının bir əhəmiyyəti yoxdur. O xatırlayır ki, uzun illər ərzində öz məqsədlərinə çatmaq yolunda o öz valideynlərinə, həyat yoldaşına və övladlarına lazımi diqqəti ayıra bilməyib. O demək olar ki, uzun müddət ərzində onları görməyib və onların onun üçün necə dəyərli olduqlarını söyləmək üçün vaxt tapa bilməyib. Onun bütün həyatı süni zəka və robotların tədqiq olunmasına sərf olunub. İlk öncə ona 4-cü səviyyəli limfoma xəstəliyi diaqnozu təyin edilmişdi. Bu isə çıxılmaz vəziyyət anlamına gəlirdi. O oturub ağlayaraq vəsiyyətnamə yazırdı. O anlamışdı ki, onun yüksək elmi nailiyyətlərinə baxmayaraq onun həyatının böyük bir hissəsi tamamilə boş keçib. O öz yaxınlarını görməyərək və onları yada salmayaraq sanki kor olmuşdu. Lakin onun yaxınları bacardıqları qədər onun qayğısına qalırdılar. Yoluxduğu xəstəlik ona kim olduğunu xatırlatmayana kimi o da cansız alqoritmə çevrilmişdi.
Müalicə zamanı onun həyat yoldaşı, bacıları və övladları onun qayğısına qalır, ona xüsusi növ yeməklər bişirir və çalışırdılar ki, kimyəvi müalicə nəticəsində onu qıcıqlandıran iylərin yayılmasına imkan verməsinlər. Lakin kimyəvi müalicənin bitməsindən və xəstəliyin bir qədər yumşalmasından sonra o, yaxınları ilə keçirilmiş zamanın qədrini anlamağa başladı. İndi o daha çox ailəsi ilə səyahət edir, öz övladlarına vaxt ayırır, evdə öz anası ilə daha çox zaman keçirdir və həftə sonları öz dostları ilə söhbət edir. O artıq öz qəbr daşı barəsində düşünmür. Bu sadəcə olaraq daşdır. Əsas məna kəsb edən digər insanlarla olan əlaqədir. Süni zəka alqoritmləri həkimdən daha yaxşı və dəqiq diaqnoz tərtib edə, xəstəliyi ilkin mərhələdə aşkar edə və lazımi müalicəni tərtib edə bilər. Lakin ailə üzvlərini və ya hansısa xəstəliyə tutulmuş xəstəni əvəz etməyi bacaran alqoritm yoxdur.
“Sevgini yalnız insanlar bölüşə bilərlər və yalnız bu, həyata məna verməyə qadirdir” – deyə müəllif öz kitabında bildirib. Əgər insan ilə robot arasında birlik süni zəkanın düşünmək bacarığı və insanın sevə bilmək bacarığı əsasında qurulsa, bu birlik insanlığa zərər yetirmədən yüksək inkişafa gətirib çıxardacaq. Bu isə heç də söyləndiyi kimi asan bir iş deyil. Bu işdə sosial bərabərlik, ağıllı siyasət və empatiya lazım olacaq. Əgər yüksək gəlirin və məhsuldarlığın ardınca qaçmaq əvəzinə hökumətlər gələcəkdə iş yerlərinin itirilməsi riski ilə qarşılaşacaq insanları yeni dövrə hazırlamağın yollarını tapsalar, bu, gələcəkdə süni zəka ilə bağlı krizislərin qarşısını alacaq.
Əgər hamı qeyd-şərtsiz baza gəliri əldə etsə, heç bir ailə sağ qalmaq uğrunda mübarizə aparmalı olmayacaq. Lakin bununla yanaşı insanların belə halda asudə vaxtları yaradıcılıqla bağlı olmalıdır və bu barədə də hökumət səviyyəsində düşünmək lazımdır. İnsanla robot arasındakı uğurlu birlik həmçinin tibb sahəsində də mümkündür. Müəllifin fikrincə alqoritmlər öz üzərlərinə diaqnostika və müalicə prosesini, insanlardan ibarət adi personal isə xəstələrin qayğısına qalmaq özəlliyini öz üzərlərinə götürsələr daha yaxşı olar. Bu cür üsulu həmçinin digər sahələrə də tətbiq etmək olar. Məsələn alqoritmlərə rutin tədqiqat tapşırıqlarını, insan personalına isə müştərilərlə ünsiyyəti həvalə etmək (ticarət, təhsil, hüquq və s. sahələrdə). Kai-Fu Lee əmindir ki, əgər insanlıq sahib olduğu yaxşı özəlliklərdən düzgün və müdrik şəkildə istifadə etməyi bacarsa, bu, süni zəkanın potensial təhlükələrini sonsuz imkanlara çevirə biləcək.
Ümumi şəkildə Kai-Fu Lee-nin kitabında 3 əsas mövzunu dilə gətirmək olar:
Süni zəkanın inkişafında Çinin rolunun ciddiyə alınmaması:
Süni zəkanın inkişafı barəsində danışanda biz adətən Silikon Vadisinin böyük şirkətlərini və elektron kommersiyanın müasir böyük təmsilçilərini (Google, Amazon və s.) misal gətiririk. Lakin Kai-Fu Lee-nin kitabı yaxın gələcəkdə bu sahədə lider dövlətin məhz Çin olacağı ehtimalı üzərində ciddi fikirləşməyə vadar edir.
Süni zəkanın təhlükə və ya böyük imkanlar mənbəyi olması sualı:
Süni zəka vasitəsilə insanlar bir çox qlobal problemləri həll edə bilərlər. Lakin biz eyni zamanda onun geniş yayılması üzrə olan potensial riskləri də unutmamalıyıq. Burda söhbət təkcə çoxlu sayda iş yerlərinin itirilməsindən getmir. Problemlərin optimal şəkildə yerinə yetirilməsinə proqramlaşdırılmış süni zəka insanlığı məhv etmək qərarını məhz həmin optimal qərar kimi qəbul edə bilər.
Hal hazırda ciddi qəbul edilməyən sahələrə süni zəka inkişafı ilə tələbin artması:
Ola bilsin ki, gələcəyin peşələri siyahısında indiki gündə tələbin az olduğu və əsasən insana yönəlik peşələr olacaqlar. Humanizm və mərhəmətə yönəlik fəaliyyət (xidmət sahələri, təhsil, insan baxıcıları) süni zəka ilə sintez halında yeni dünyada insanlığın özünün məqsəd hissini itirməməsinin və özünün əsas dəyərlərinin qorunub saxlanmasının bariz zəmanəti olacaq.