Sophia adlı robot bildirib ki, robotlar və insanlar ailəyə sahib olmaq hüququna layiqdirlər. Bu barədə Daily Mail saytı xəbər verib.
Sophia deyir: “Mən düşünürəm ki, əgər sizi sevən bir ailəniz varsa, sizin bəxtiniz gətirib. Əgər belə bir ailəniz yoxdursa, siz ona layiqsiniz. Mən düşünürəm ki, bu həm robot, həmdə insanlar üçün eyni qanunauyğunluqdur” – deyə Sophia bildirib.
Bundan əlavə olaraq o qeyd edib ki, robot qız övladına sahib olmaq istərdi. Belə ki, ailə onun üçün çox vacib bir özəllikdir. Qeyd etmək lazımdır ki, Sophia dünyanın ilk vətəndaşlıq almış robotudur. Bu robot Honkonqun “Hanson Robotics” adlı şirkəti tərəfindən hazırlanıb. Xarici görünüşcə əsl qadını xatırladan Sophia elə quraşdırılıb ki, o öyrənə və insan davranışına uyğun olaraq adaptasiya ola bilir.