Robototexnika və Avtonom Robotlar

Robototexnika robotların öyrənilməsi, robotlar isə müəyyən vəzifələri yerinə yetirən
elektromexaniki maşınlardır. Robotların bir çoxu vəzifələrini yerinə yetirən zaman insan əməyinə
ehtiyac duyduğu halda bəziləri tapşırığı özləri yerinə yetirə bilirlər. Məhz bu tip robotlar Avtonom
robotlar adlanır.


Avtonom robotlar nədir ?

Nəzəri olaraq, Avtonom robotlar kiçik tapşırıqları yerinə yetirmək üçün proqramlaşdırılmış, insanın xaricdən təsiri olmadan və ya insanla qarşılıqlı əlaqəsi olmayan cihazlardır. Onlar robot proseslərinin avtomatlaşdırılmasından süni intellektə malik uçan nəqliyyat vasitələrinə qədər ölçü, funksionallıq, hərəkətlilik, çeviklik, zəka və qiymət baxımından əhəmiyyətli dərəcədə fərqlənə bilər. Avtonom robotlar ətrafdakıları tanıyıb öyrənə və müstəqil qərarlar qəbul edə bilirlər. Başqa sözlə, onlar olduqca unikaldırlar, çünki ətrafdakı dünyanı dərk etmək üçün sensorlardan istifadə edirlər və sonra öz məlumatlarına və tapşırıqlarına əsaslanaraq optimal növbəti addımı atmaq üçün qərar qəbuletmə strukturlarından istifadə edirlər. Avronom robotlara nümunə: Təmizləmə robotları (məsələn, Roomba), Ağac Budama Robotları , Avtonom dronlar, Tibbi köməkçi robotlar və s.


Yerinə yetirdikləri vəzifəyə görə Avtonom robotların növləri:

  1. Əməkdaşlıq Robotları

Ən geniş yayılmış avtonom mobil robotlardan (AMR) biri Əməkdaşlıq Robotlarıdır. Bunlara nümunə olaraq Fetch Robotics , Otto Motors və GreyOrange şirkətlərinin istehsal etdiyi robotları göstərə bilərik. Bu proqramlaşdırıla bilən robotlar yerləşdirmə, toplama, sayma, doldurma və çeşidləmə proqramlarında işləmək üçün qurulub.

Şəkil 1. GreyOrange anbar robotu

Avtonom İnventar Robotları

Şəkil 2. Fetch Robotics şirkətinin istehsal etdiyi çatdırılma robotu

Bu tip proqramlaşdırıla bilən robotlar bir inventar seçir və işçi bir yerdə qaldığı halda digər işçiyə məhsul rəfləri gətirir.

  1. Avtomatik idarə olunan nəqliyyat vasitələri
    Bunlara, ən çox yayılmış Forkliftləri misal göstərə bilərik. Öz özünü idarə edən Forkliftlərin əsas istehsalçısı Linde Material Handling şirkətidir. Onlar yükdaşıma prosesləri zamanı əlavə dəyər tələb edən, təkrarlanan və daha uzun məsafələri əhatə edən əməliyyatlar üçün çox uyğundur. Linde-nin avtomatlaşdırılmış forkliftlərində naviqasiya lazeri, ön və arxa skanerlər, 3D kamera və insan işçilərin yaxınlığındakı anbar ətrafında təhlükəsiz hərəkət etməyə imkan verən vizual və akustik xəbərdarlıq göstəriciləri var.

Şəkil 3. Qrup şəklində idarə olunan avtonom forklift

Avtomatik idarə olunan nəqliyyat vasitələrinin əsas çatışmazlığı onların işləmə sürətidir. Çoxsaylı təhlükəsizlik xüsusiyyətlərinə görə, onlar orta hesabla 2 km/saat sürətlə hərəkət edir, orta operator isə uzun qaçışlar zamanı 15 km/saat sürətlə hərəkət edir.


Üsünlükləri :
1.Yüksək avtonomluğa malikdirlər.
Avtonom mobil robotların ən böyük üstünlüklərindən biri onun avtonom olmasıdır, yəni o, olduğu mühiti təkbaşına skan edib, maneələri aşkar edə bilir. Məsələn, tam bir trayektoriya əvəzinə robota başlanğıc və son nöqtə verilir, bunun üzərində robot öz yolunu yaradır, skan edir və yoluna çıxan hər şeydən qaçır.
2.Çevikliyi
AMR-nin A nöqtəsindən B nöqtəsinə gedərkən xüsusi marşrutu izləməsinə ehtiyac yoxdur. Maqnit lenti və ya naqili izləyən avtonom nəqliyyat vasitələrdən fərqli olaraq, AMR-lər öz marşrutlarını yaradır və maneələrdən qaçırlar. Bu, AMR-lərə yeni tapşırıqlar verilməsi baxımından daha çevik olması deməkdir. Onlar dah asanlıqla yeni marşrutlar və ya yeni vəzifələr üçün yenidən proqramlaşdırıla bilər.

  1. Müxtəlif tutacaqlar və ətrafların quraşdırıla bilməsi
    Robota qaldırıcılar, konveyerlər, tutucular, qarmaqlar və ya birgə robot kimi müxtəlif üst modullar quraşdırıla bilər. Bu da robotun müxtəlif vəzifələri yerinə yetirə bilməsində səmərəli rol oynayır.

Çatışmamazlıqları :
1.Yük tutumunun az olması
AMR-lərin əsas çatışmazlıqlarından biri onların yük tutumunun məhdudlaşdırılmasıdır. Mobil robotlar 1 tona qədər yük qaldıra bilirlər.
2.Təhlükəsizlik riskləri yarada bilər
AMR-dən istifadə zamanı bir sıra təhlükəsizlik problemləri yarana bilər. Məsələn, onlar həddən artıq yüklənməməlidirlər, xüsusən də yük böyükdürsə. Təcili əyləc zamanı yük düşə və işçinin xəsarət almasına səbəb ola bilər.
3.AMR-lərin olduğu mühitə qoyulan tələblərin çox olması
AMR-lərin işçi sahəsinə qoyulan bir sıra tələblər: döşəmələr çox qeyri-bərabər olmamalıdır və bir səthdən, hündürlükdən və s. digərinə hər keçid nəzərə alınmalıdır . Ətraf mühit çox tozludursa və ya çox buxar varsa, AMR düzgün hərəkət edə bilməyəcək, çünki onun sensorları narahat olacaq. Həmçinin tunellərdə çox dar yollar və dönüşlər də AMR-lərin istifadəsini çətinləşdirəcək.


Xülasə.
Məqalədə günümüzdə bir çox sahələrdə tətbiq olunan avtonom mobil robotlara, onların digər robotlardan fərqləndiyi xüsusiyyətlərinə, müsbət və mənfi cəhətlərinə, tətbiq sahələrinə nəzər salınmışdır. Avtonom robotların anbarlarda, logistika və s. sahələrdə tətbiq olunması insan əməyinin azalmasına, daha az vaxt ərzində daha çox tapşırığı yerinə yetirilməsinə şərait yaratdı.


Ədəbiyyat və İstinadlar.

  1. https://www.supplychaindive.com/news/4-types-of-autonomous-mobile-robots-andtheir-warehouse-use-cases/529548/
  2. https://hy-tek.com/blog/types-of-autonomous-robots/
  3. https://www.howtorobot.com/expert-insight/autonomous-mobile-robots-internallogistics-pros-and-cons
  4. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www2.deloitte.co
    m/content/dam/Deloitte/us/Documents/manufacturing/us-supply-chain-of-theautonomous-robots.pdf&ved=2ahUKEwi7-
    _jH8N72AhWKz4sKHWwsBvsQFnoECAQQBg&usg=AOvVaw2tv48lZKNIYuMgJ
    AEARmbP (pdf)\

Elcan Mustafazadə