Robototexnika robotların öyrənilməsi, robotlar isə müəyyən vəzifələri yerinə yetirən
elektromexaniki maşınlardır. Robotların bir çoxu vəzifələrini yerinə yetirən zaman insan əməyinə
ehtiyac duyduğu halda bəziləri tapşırığı özləri yerinə yetirə bilirlər. Məhz bu tip robotlar Avtonom
robotlar adlanır.
Avtonom robotlar nədir ?
Nəzəri olaraq, Avtonom robotlar kiçik tapşırıqları yerinə yetirmək üçün proqramlaşdırılmış,
insanın xaricdən təsiri olmadan və ya insanla qarşılıqlı əlaqəsi olmayan cihazlardır. Onlar robot
proseslərinin avtomatlaşdırılmasından süni intellektə malik uçan nəqliyyat vasitələrinə qədər ölçü,
funksionallıq, hərəkətlilik, çeviklik, zəka və qiymət baxımından əhəmiyyətli dərəcədə fərqlənə
bilər. Avtonom robotlar ətrafdakıları tanıyıb öyrənə və müstəqil qərarlar qəbul edə bilirlər. Başqa
sözlə, onlar olduqca unikaldırlar, çünki ətrafdakı dünyanı dərk etmək üçün sensorlardan istifadə
edirlər və sonra öz məlumatlarına və tapşırıqlarına əsaslanaraq optimal növbəti addımı atmaq üçün
qərar qəbuletmə strukturlarından istifadə edirlər. Avronom robotlara nümunə: Təmizləmə robotları
(məsələn, Roomba), Ağac Budama Robotları , Avtonom dronlar, Tibbi köməkçi robotlar və s.
Yerinə yetirdikləri vəzifəyə görə Avtonom robotların növləri:
- Əməkdaşlıq Robotları
Ən geniş yayılmış avtonom mobil robotlardan (AMR) biri Əməkdaşlıq Robotlarıdır. Bunlara nümunə olaraq Fetch Robotics , Otto Motors və GreyOrange şirkətlərinin istehsal etdiyi robotları göstərə bilərik. Bu proqramlaşdırıla bilən robotlar yerləşdirmə, toplama, sayma, doldurma və çeşidləmə proqramlarında işləmək üçün qurulub. Şəkil 1. GreyOrange anbar robotu - Avtonom İnventar Robotları Şəkil 2. Fetch Robotics şirkətinin istehsal etdiyi çatdırılma robotu Bu tip proqramlaşdırıla bilən robotlar bir inventar seçir və işçi bir yerdə qaldığı halda digər işçiyə məhsul rəfləri gətirir.
- Avtomatik idarə olunan nəqliyyat vasitələri
Bunlara, ən çox yayılmış Forkliftləri misal göstərə bilərik. Öz özünü idarə edən Forkliftlərin əsas istehsalçısı Linde Material Handling şirkətidir. Onlar yükdaşıma prosesləri zamanı əlavə dəyər tələb edən, təkrarlanan və daha uzun məsafələri əhatə edən əməliyyatlar üçün çox uyğundur.
Linde-nin avtomatlaşdırılmış forkliftlərində naviqasiya lazeri, ön və arxa skanerlər, 3D kamera və insan işçilərin yaxınlığındakı anbar ətrafında təhlükəsiz hərəkət etməyə imkan verən vizual və
akustik xəbərdarlıq göstəriciləri var. Şəkil 3. Qrup şəklində idarə olunan avtonom forklift
Avtomatik idarə olunan nəqliyyat vasitələrinin əsas çatışmazlığı onların işləmə sürətidir. Çoxsaylı
təhlükəsizlik xüsusiyyətlərinə görə, onlar orta hesabla 2 km/saat sürətlə hərəkət edir, orta operator
isə uzun qaçışlar zamanı 15 km/saat sürətlə hərəkət edir.
Üsünlükləri :
1.Yüksək avtonomluğa malikdirlər.
Avtonom mobil robotların ən böyük üstünlüklərindən biri onun avtonom olmasıdır, yəni o, olduğu
mühiti təkbaşına skan edib, maneələri aşkar edə bilir. Məsələn, tam bir trayektoriya əvəzinə robota
başlanğıc və son nöqtə verilir, bunun üzərində robot öz yolunu yaradır, skan edir və yoluna çıxan hər şeydən
qaçır.
2.Çevikliyi
AMR-nin A nöqtəsindən B nöqtəsinə gedərkən xüsusi marşrutu izləməsinə ehtiyac yoxdur. Maqnit lenti və
ya naqili izləyən avtonom nəqliyyat vasitələrdən fərqli olaraq, AMR-lər öz marşrutlarını yaradır və
maneələrdən qaçırlar. Bu, AMR-lərə yeni tapşırıqlar verilməsi baxımından daha çevik olması
deməkdir. Onlar daha asanlıqla yeni marşrutlar və ya yeni vəzifələr üçün yenidən proqramlaşdırıla bilər - Müxtəlif tutacaqlar və ətrafların quraşdırıla bilməsi
Robota qaldırıcılar, konveyerlər, tutucular, qarmaqlar və ya birgə robot kimi müxtəlif üst modullar
quraşdırıla bilər. Bu da robotun müxtəlif vəzifələri yerinə yetirə bilməsində səmərəli rol oynayır.
Şəkil 4. Müxtəlif tutqaclar və ətraflar quraşdırılmış avtonom robot
Çatışmamazlıqları :
1.Yük tutumunun az olması
AMR-lərin əsas çatışmazlıqlarından biri onların yük tutumunun məhdudlaşdırılmasıdır. Mobil
robotlar 1 tona qədər yük qaldıra bilirlər.
2.Təhlükəsizlik riskləri yarada bilər
AMR-dən istifadə zamanı bir sıra təhlükəsizlik problemləri yarana bilər. Məsələn, onlar həddən
artıq yüklənməməlidirlər, xüsusən də yük böyükdürsə. Təcili əyləc zamanı yük düşə və işçinin
xəsarət almasına səbəb ola bilər.
3.AMR-lərin olduğu mühitə qoyulan tələblərin çox olması
AMR-lərin işçi sahəsinə qoyulan bir sıra tələblər: döşəmələr çox qeyri-bərabər olmamalıdır və bir
səthdən, hündürlükdən və s. digərinə hər keçid nəzərə alınmalıdır . Ətraf mühit çox tozludursa və
ya çox buxar varsa, AMR düzgün hərəkət edə bilməyəcək, çünki onun sensorları narahat
olacaq. Həmçinin tunellərdə çox dar yollar və dönüşlər də AMR-lərin istifadəsini çətinləşdirəcək.
Xülasə.
Məqalədə günümüzdə bir çox sahələrdə tətbiq olunan avtonom mobil robotlara, onların digər
robotlardan fərqləndiyi xüsusiyyətlərinə, müsbət və mənfi cəhətlərinə, tətbiq sahələrinə nəzər
salınmışdır. Avtonom robotların anbarlarda, logistika və s. sahələrdə tətbiq olunması insan
əməyinin azalmasına, daha az vaxt ərzində daha çox tapşırığı yerinə yetirilməsinə şərait yaratdı.
Ədəbiyyat və İstinadlar. - https://www.supplychaindive.com/news/4-types-of-autonomous-mobile-robots-andtheir-warehouse-use-cases/529548/
- https://hy-tek.com/blog/types-of-autonomous-robots/
- https://www.howtorobot.com/expert-insight/autonomous-mobile-robots-internallogistics-pros-and-cons
- https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www2.deloitte.co
m/content/dam/Deloitte/us/Documents/manufacturing/us-supply-chain-of-theautonomous-robots.pdf&ved=2ahUKEwi7-
_jH8N72AhWKz4sKHWwsBvsQFnoECAQQBg&usg=AOvVaw2tv48lZKNIYuMgJ
AEARmbP (pdf)