Robototexnika və Texnopark

Robototexnika nədir ?
Robotexnika termini “robot” sözündən götürülüb robotların konsepsiyasını, dizaynını, istehsalını və
istismarını əhatə edən mühəndisliyin bir sahəsidir. Robot texnikası sahəsinin məqsədi insanlara müxtəlif
yollarla kömək edə bilən ağıllı maşınlar yaratmaqdır.
Etimologiyası. Robot sözü ilk dəfə 1920-ci ildə Çex yazıçısı Karel Čapek (azərb. Karl Kapek‎) tərəfindən
yazılan və səhnələşdirilən R.U.R. (Rossum’s Universal Robots – azərb. Rossumun Universal Robotları‎) əsərində
istifadə olunmuşdur. Bu sözün kökü slovak dilindəki “robota” sözündən gəlir və mənası qul, kölə deməkdir.
Tarixi. Robotlar ilk dəfə televiziya ekranlarına 1927-ci ildə çıxıb. Fritz Langın prodürerliyi ilə çəkilmiş
bu filmdə alman aktrisası Brigitte Helmin canlandırdığı “maşın insan” (alman. Maschinenmensch) obrazı
tarixdə ilk robot obraz hesab olunur.
İlk tam avtonom robot XX əsrin ikinci yarısında hazırlanıb. İlk rəqəmsal və proqramlanabilən robot da elə
bu dönəmdə 1961-ci ildə düzəldilib və sənayedə tətbiq edilib. Unimate adlanan bu robotun işi qəliblərə tökülüb
bərkidilmiş metal hissələrinin çıxarılıb yığılmasında istifadə olunub. Günümüzdə bunun kimi bir çox sənaye
robotları müxtəlif zavod və fabriklərdə geniş istifadə edilir. Onlar istehsalatda, yükdaşımada və digər sahələrdə istifadə olunur.
Lakin elmi fantastika müəllifi İsaak Asimov bu sözdən istifadə etdi. Oxford English Dictionary tərəfindən
1940-cı illərdə bu termindən istifadə edən ilk şəxs olmuşdur. Asimovun Üç Robot Qanunu bu günə qədər gəlib
çatmışdır:

  1. Robotlar heç vaxt insanlara zərər verməməlidir;
  2. Robotlar 1-ci qaydanı pozmadan insanların göstərişlərinə əməl etməlidir;
  3. Robotlar özlərini qorumalıdırlar digər qaydaların pozulması halında.
    Robotların əsas növləri hansılardır?
    Ən çox yayılmış altı robot növü vardır:
  4. avtonom mobil robotlar (AMR) – autonomous mobile robots (AMRs);
  5. avtomatlaşdırılmış idarə olunan nəqliyyat vasitələri (AGV) – automated guided vehicles (AGVs);
  6. robot qolları – robotic arms;
  7. kobotlar – cobots;
  8. insanabənzər robotlar – humanoid robots;
  9. hibridlərdir – hybrids.
Robotların modelləşdirilməsi və dizaynı:
Cyborgology (Kiberqologiya). Robot texnikası günümüzdə daha da inkişaf edərək yarı insan yarı robot olaraq adlandırdığımız texnologiya – Cyborg olaraq da yeni istiqamət yaranmışdır. Bu sahəni öyrənən elm Cyborgology (Kiberqologiya) adlanır. İnsan maşın və ya insan kompüter qarşılıqlı əlaqəsidir.
“Cyborg” bionika, biorobotika və ya androidlərlə eyni şey deyil; bu, hansısa süni komponentin və ya bir növ əks əlaqəyə əsaslanan texnologiyanın inteqrasiyası nəticəsində funksiyasını bərpa etmiş və ya inkişaf etmiş qabiliyyətlərə malik orqanizmə aiddir. Kiborqlar adətən məməlilər, o cümlədən insanlar hesab edilsə də, onlar hər hansı bir orqanizm ola bilər.
Tibbdə kiborqların iki mühüm və fərqli növü var: bərpaedici və gücləndirilmiş. Bərpaedici texnologiyalar “itirilmiş funksiyanı, orqanları və əzələlərı bərpa edir.” Bərpaedici kiborqizasiyanın əsas aspekti funksiyanın sağlam və ya orta səviyyəyə qayıtması üçün pozulmuş və ya çatışmayan proseslərin təmiridir. İtirilmiş orijinal qabiliyyət və proseslərdə heç bir təkmilləşdirmə yoxdur.
Ümumilikdə protezlər itirilmiş və ya zədələnmiş bədən hissələrini mexaniki bir sənətkarlığın inteqrasiyası ilə tamamlasa da, tibbdəki bionik implantlar model orqanların və ya bədən hissələrinin orijinal funksiyanı daha yaxından təqlid etməsinə imkan verir.
Termin bəzi təriflərinə görə, insanların ən sadə texnologiyalarla belə fiziki bağlılıqları onları artıq kiborqlara çevirmişdir. Tipik bir misalda, süni kardiostimulyator və ya implantasiya edilə bilən kardioverter-defibrilatoru olan bir insan kiborq hesab olunacaq, çünki bu cihazlar bədəndəki gərginlik potensialını ölçür, siqnal emal edir və elektrik stimullarını çatdıra bilir. o insan diridir. Mexanik modifikasiyanı istənilən əks əlaqə cavabı ilə birləşdirən implantlar, xüsusən də koxlear implantlar həm də kiborq təkmilləşdirmələridir. Bəzi nəzəriyyəçilər kontakt linzalar, eşitmə cihazları, smartfonlar və ya gözdaxili linzalar kimi modifikasiyaları insanların bioloji imkanlarını artırmaq üçün texnologiya ilə uyğunlaşdırmasına misal gətirirlər.
Bəzi nəzəriyyəçilərin fikrinə görə isə fiziki cəhətdən əngəllilərə məsələn protez ayaqların, əllərin və s. implantasiya olunması kiborqa daxil deyil. Mexatronik mühəndisləri tərəfindən reabilitasiya məqsədilə hazırlanan protezlər bir növ xarici üzv vəzifəsi daşıyır.
Texnopark nədir? Universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır. Texnoparklarda texnoloji ixtiralar tədqiqat üçün katalitik inkubator mühiti yaradır və sonra istehsala hazırlana bilər. Texnoparklar akademik tədqiqatların akademik mühitdə kommersiyalaşdırılmasına imkanlar yaradır. Onlarsız bir çox akademik şirkətlərin yaradılması qeyri-mümkün olardı.
Regionun xüsusiyyətlərinə görə texnoparkların növləri:
1.    Universitet texnoparkları;
2.    Regional sahə texnoparkları;
3.    Sənaye texnoparkları;
4.    Texnoloji inkubatorlar və ya innovasiya biznesi;
5.    Şəbəkə texnoparkları;
6.    Kovorkinq.
Texnopark modellərini beş qrupa bölmək olar:
1.      Dövlət əsaslı – texnoparkın quruluşunu birbaşa dövlət öz üzərinə götürür.
2.      Universitet əsaslı – Universitetlərin öz başlarına ya da dövlətdən dəstək alaraq qurduqları, idarə edərək faydalandıqları texnoparklardır.
3.      Özəl sektor əsasında – Universitetlər və maliyyə strukturu güclü firmalar tərəfindən əməkdaşlıq ilə qurulan texnoparklardır.
4.      Yerli rəhbərliyə dayalı – Bəzi böyük şəhərlərdə bölgənin iqtisadi inkişafına töhfə vermək məqsədiylə yerli rəhbərliklər tərəfindən qurulub dəstəklənən parkları.
5.      Qarışıq model – Dövlət və özəl sektorun birlikdə qurduğu texnoparklardır.
Texnoparkların inşaat modelləri
Texnoparkın yaradılması məqsədləri:
–          iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması;
–          müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi;
–          elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması.
Texnoparkın maliyyələşməsi:
Maliyyələşmə texnopark fəaliyyətinin əsas elementlərindəndir. Vəsait cəlb edilməsi üçün aşağıdakı ehtiyatlar cəlb edilməlidir:
–          Qrantlar;
–          Kommersiya fəaliyyəti;
–          Konfrans, sərgi, seminar keçirilməsi;
–          Texnologiyaların satışı;
–          Marketinq tədqiqatlarının satışı və s.;
–          Dövlət maliyyələşməsi;
–          İnvestisiyanın cəlb edilməsi.
Texnoparkın yaradılması:
–          Texnoparkın yaradılması haqqında qərarı mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin (texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə ─ Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
–          Texnopark dövlət elm və təhsil müəssisələri yanında və ya müstəqil yaradılır.
–          Texnoparkın yaradılması haqqında qərarda onun yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.
–          Texnoparkın yaradılması haqqında təklifə aşağıdakı sənədlər əlavə edilir:
–          texnoparkın yaradılmasının iqtisadi əsaslandırılması;
–          texnoparkın təklif edilən fəaliyyət profili haqqında məlumat;
–          texnoparkın fəaliyyət ərazisi (ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan texnoparkda yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı göstərilməklə), sosial və digər infrastrukturla təminatı imkanları haqqında məlumat;
–          yaradılması təklif edilən texnoparkın əsasnaməsinin layihəsi;
–          texnoparkın yaradılması ilə əlaqədar tədbirlər planı;
–          Texnoparkın yaradılması üçün ayrılan torpaq sahəsi:
–          məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;
–          mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;
–          əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır;
–          “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.

Robototexnika müasir dövrümüzdə ən inkişafda olan sahələrdən biridir. Hələdə günbəgün təkmilləşərək daha da inkişaf edir. Fəaliyyət sahələrinin bir çoxuna sirayət etmişdir. Həm əmək məhsuldarlığının artırılması, həm də əmək şəraitinin səmərəliyinin təşkili olaraq bir çox müəssisələrdə texnoloji cəhətdən dəstək verməkdədir. Tibb sahəsi, İnformasiya texnologiyaları, sənaye, qurum və quruluşlar,mühasibatlıq, avtomatlaşdırma və s sahələrə doğru yönələrək müxtəlif spektrda təkmilləşdirməni təşkil edir. Artıq dövrümüzdə daha da iləri gedilərək birəbir insanların bir növ robot versiyası modelləşdirilmişdir. Əlbəttə robotlar hər nə qədər vizual olaraq, insana bənzəsə də onlarin insani keyfiyyətləri bu sahədə arxa planda qalan əsas məqamlardan biridir

Burada robotlaşdırma sənayesi öz bərabərində hər nə qədər müsbət yol alsada, bununla belə mənfi özəllikləri də öz bərabərində gətirir.Birinci növbədə gələcəkdə ən qlobal gözləntilərdən birinə çevrilən insan əməyinə ehtiyac duyulmamasıdır . Bu da işsizlik kimi qlobal problemlerə çevriləcək. Müsbət özəllikləri isə zamana qənaət,yəni tez bir zamanda yüksək məhsuldarlıq, dəqiqlik, xətaların mimimum olması və s. Əvvəlki illərə nisbətən  2021 -ci ildən çox yüksək inkisaf dinamikasi izlənilməkdədir.

Texnopark daha geniş fəaliyyət spektrinə malik olsada, bəzi ölkələrdə sırf  robotik sahədə ixtislaşması sahənin inkişafına əvəzsiz təkan vermişdir. Burada yeniyetmələrə və gənclərə layihələrin təşviqi və qanuniləşdirilməsində bilik və bacarıqlar əldə etməyə kömək edəcək proqramların olması düşünürəm ölkənin bu sahədə olan profilini daha da artıracaqdır. Təhlillər göstərir ki, texnoparkların yaradılması Azərbaycanda İKT sektorunun yüksək inkişafına səbəb ola bilər. Azərbaycanda texnoparkların səmərəli fəaliyyətlərinin təmin edilməsi üçün, bu sahədə ciddi uğurlar əldə etmiş dünya dövlətlərinin müsbət təcrübəsi nəzərə alınmalıdır. Texnoparkların müasir modelinin yaradılmasında ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərinin tərübəsindən istifadə edilə bilər.

Hazırda Azərbaycanda texnoparkların yaradılması istiqamətində böyük işlər görülür. İKT sahəsində yaradılan texnoparklar istər Universitetlər nəzdində, istərsə də qurum və quruluşların nəzdində olan texnoparklar, onların fəaliyyəti ölkə üçün xüsusi əhəmiyyət kəsb edir

Ədəbiyyat

  1. http://engineering.nyu.edu/mechatronics/smart/Archive/intro_to_rob/Intro2Robotics.pdf
  2. https://az.wikipedia.org/wiki/Robototexnika
  3. https://www.uncubemagazine.com/blog/14274527
  4. https://www.trthaber.com/haber/bilim-teknoloji/insan-ile-makinenin-birlesimi-cyborg-421670.html
  5. https://az.wikipedia.org/wiki/Texnopark
  6. https://e-qanun.az/framework/27690
  7. https://iopscience.iop.org/article/10.1088/1757-899X/147/1/012086/pdf

Bayramova Lalə Elman qızı

https://en.wikipedia.org/wiki/Cyborg