Robotexnika – texnologiyanın bir sahəsi olaraq robotları, onların quruluşunu, idarə edilməsini, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir.
Bu sahənin inkişafı sənayenin avtomatlaşdırılmasının sürətli inkişafına təsir göstərir. Sənaye və xidmət robotlarına yönəlmiş bir şirkət olaraq Robotnik şirkəti 2002-ci ildə quruldu. [1]
Avtomatlaşdırılmış robot əvvəlcədən proqramlanaraq müəyyən vəzifələri yerinə yetirən cihazlardır.
2005-ci ildə Robotnik, robotlar sektorundakı beynəlxalq şirkətlərlə (Barrett Texnologiyası və Schunk) ortaqlıq müqavilələri imzaladı. Barrett texnologiyası şirkəti 6 qitədə 20 ölkədə quraşdırıılmış robot silah və əllər istehsal edir. SCHUNK -1945 ci ildə mexaniki bir atelye olaraq qurulmuşdur.
[bafg id=”1479″]
Bu şirkətin müştəri bazasına maşınqayırma, robototexnika, avtomatlaşdırma və montaj işləyən şirkətlər və bir çox avtomobil markası və onların təchizatçıları daxildir. [1]
Robotexnikanın məqsədi insanlara gündəlik həyatlarında kömək edərək hər kəsin təhlükəsizliyini qoruyacaq ağıllı maşınlar, ağılı evlər dizayn etməkdir. Tarix boyunca müxtəlif alimlər, ixtiraçılar, mühəndislər və texniklər tərəfindən robotların bir gün insan davranışını təqlid edə biləcəyini və tapşırıqları insana bənzər bir şəkildə idarə edəbiləcəyi tez-tez qəbul edilmişdir. Bu günümüzdə texnoloji inkişaf davam etdiyi üçün robot texnika sürətlə böyüyən bir sahədir. Robotexnika və avtomatlaşdırma dedikdə ev avtomatlaşdırılması, bank avtomatlaşdırılması, laboratoriya avtomatlaşdırılması və bir çox avtomatlaşdırılma sahəsinə baxa bilərik. [2]
Bilirik ki, hal-hazırkı dövrdə ağıllı evlər daha çox maraq kəsb edir. Ev avtomatlaşdırılması cəmiyyətin gündəlik həyatını müəyyən qədər rahatlaşdırır və eyni zamanda enerjiyə qənaət edə bilir. Ev avtomatlaşdırma sistemləri işıqlandırma, otaq mühiti, əyləncə sistemləri və ev əşyaları kimi ev atributlarına nəzarət və idarə edir. Buraya giriş nəzarət və siqnalizasiya sistemləri kimi ev təhlükəsizliyi də daxildir.
Ev robotları olduğu kimi müştəri xidmət robotlarıda var. Bu robotlar ev robotlarına nisbətən ölçüləri daha böyükdür, lakin xüsusiyyətləri və forma baxımından ev robotlarına bənzəyir. Bu tip robotlar SoftBank Roboties adlı şirkət tərəfindən başladılan NAO robotun misal göstərmək olar. Bu şirkət tərəfindən hazırlanan robotun insana bənzər ayaqları var və bu səbəbdən bir çox müxtəlif müəssisələrdə (otel və sənaye sərgilərində) geniş istifadə olunur. [2]
RPA robotlarıda mövcdur ki, bu robotlar insanlar kimi məlumat toplamaq və proqramları idarə etmək üçün istifadəçi interfeysindən istifadəyə imkan verir. Proqramlara daxil ola, faylları və qovluqları köçürə, məlumatları toplayıb yapışdıra, hesabları idarə edə bilir. RPA-nın avtomatlaşdırılması rəqəmsal innovasiyaya imkan verir. [3]
Eyni zamanda iqtisadiyyatın inkişafındada robototexnika ve avtomatlaşdırmanın rolu böyükdür. Belə ki iqtisadiyatda avtomatlaşdırma inkişaf etdikdən sonra əl əməyi aradan qaldırılır, daha sürətli müştəri xidməti həyata və daha az şəxslə qarışılıqlı əlaqə ilə təhlükəsiz əməliyyatlar həyata keçirilir. Dövrümüzdə avtomatik pul işləmə sistemlərindən istifadə edirik. Az sayda uğursuzluqla bu sistemlər pul paylamaq, çek oxumaq, bank hesabları vasitəsi ilə pul köçürmək və s. bu proseslər elektron şəkildə aparılılr. [3]
Beləliklə göründüyü kimi Robotexnikanın hər bir sahəsi avtomatlaşdıraraq həyata keçirilir. Bu günümüzdə avtomatlaşdırılmış robotlar insanların işini asanlaşdırır və insan əməyini əvəz edir.
Məqalədə istifadə olunmuş mənbələr:
- AJSánchez-Salmerón, Rafael López-Tarazón, Roberto Guzmán-Diana, C.Ricolfe-Viala, “Mikro istehsal üçün mikro idarəetmə sistemlərinin son inkişafı”, İstinad: PROTEC9409, Jurnalın adı: Material Processing Tech Journal, Xüsusi buraxılış : Materialların Qenerasiya Texnologiyasındakı İnkişafa dair 2005 Beynəlxalq Forumu – Prof. Y. Qin, Professor WB Lee tərəfindən redaktə edilmişdir.
- Xilasetmə Layihəsi
- C.Beltrán, A.Gasteratos, A.Amanatiadis, D.Chrysostomou, Roberto Guzmán, A.Toth, L.Szollosi, A.Juhasz, P.Galambos, “Bomba zərərsizləşdirmə və xilasetmə əməliyyatları üçün ağıllı naviqasiya və manipulyasiya metodları və üsulları “, IEEE Beynəlxalq Təhlükəsizlik, Təhlükəsizlik və Xilasetmə Robotu Çalıştayı (SSRR2007), Roma, İtaliya, 27-29 sentyabr 2007
Müəllif: Sənubər HƏSƏNOVA