HAQQIMIZDA

MSN ROBOT bir qrup könüllü gənclərin təşəbbüsü ilə yaradılmış İnternet layihəsidir. Bu gün İnternet həyatımızın bir hissəsinə çevrildiyi kimi müasir texnologiyalar da gündəlik həyatımızda xüsusi yer tutur. Hər birimizin istifadə etdiyimiz ağıllı mobil telefondan tutmuş, sənaye robotlarına qədər bütün İnformasiya Texnologiyaları bu gün insan həyatında mühüm  rol oynayır.

Hətta modern müharibə kimi tarixə düşən, “Dəmir yumruq” əməliyyatı adlanan İkinci Qarabağ müharibəsi bütün dünyaya müdafiə robotlarının gücünü nümayiş etdirdi.

Biz bir qrup könüllü olaraq, Azərbaycan təhsilinə, Azərbaycan gənclərinə, İnformasiya Texnologiyaları sahəsinə maraq göstərən və bu sahədə çalışanlara informasiya dəstəyi göstərməyi qarşımıza məqsəd qoymuşuq. Misiyamız dünyanın ən müasir texnologiyalarını, rəqəmsal həllərini, elmi məqalələrini və qabaqcıl təcrübələrini ölkəmizin gənclərinə, təhsil iştirakçılarına və sahə üzrə marağı olan şəxslərə əl çatan etməkdir.

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində, Azərbaycan dilində məlumatın az olduğunu nəzərə alaraq, müxtəlif mənbələrdən əldə etdiyimiz materialları tərcümə edərək saytımızda dərc etməyi qərara aldıq. Bundan əlavə olaraq saytımızda müxtəlif layihələr, müsahibələr, müsabiqələr, məqalələr, online dərslər, texniki terminlər lüğəti və s. məlumatlar da yer almaqdadır.

Sayt vasitəsi ilə oxucularımıza dünyada baş verən ən son texnoloji xəbərləri çatdırmaqla yanaşı, texnoloji prosseslər zamanı istifadə oluna biləcək proqram təminatı və onlardan istifadə qaydaları haqqında geniş məlumat çatdırılacaq.

Düşünürük ki, bu layihə ölkəmizə İnformasiya Texnologiyaları sahəsində öz tövhəsini verəcək.

Saytımızda qeydiyyatdan keçərək daha çox imkanlardan yararlanmaq mümkün olacaqdır. Qeydiyyatdan keçən hər bir istifadəçi, saytda yazılan mövzulara şərh göndərə, mövzular ətrafında müzakirələr apara biləcək və həmçinin öz şəxsi layihələrini saytda dərc edə, müəyyən müsabiqələrdə, yarışlarda iştirak edə biləcəklər.

Komandamız adından özümüzə və saytımızın bütün istifadəçilərinə uğurlar arzu edirik.

 

 Layihə rəhbəri:

Texnika üzrə fəlsəfə doktoru 

Sədaqət ŞÜKÜRLÜ