Category: Xəbərlər

  • İnsanlara küsən Deltu adlı robot icad olunub – VİDEO

    İnsanlara küsən Deltu adlı robot icad olunub – VİDEO

    Süni zəka gedərək daha da inkişaf edir və hətta İsveçrədə Alexia Lechot adlı dizayner küsməyi bacaran xarakterə sahib Deltu adlı robot icad edib
    Deltu

    Əsasən fabrik və atelyelərdə məhsul montajında istifadə olunan Deltu robotlara bir yenisi daha əlavə olundu. Amma bu robot digərlərindən bir qədər fərqlidir. Belə ki, bu robotu hirsləndirdikdə oyun oynamağı dayandırıb özü ilə məşğul olmağa başlayır, hətta selfi çəkib Instagram-da paylaşır.

    Deltu adlı bu robot oyun oynayır, amma uduzmağı heç sevmir

    İsveçrədəki dizayn məktəbinin məzunu Alexia Lechotun icad etdiyi bu robot bir növ insana xas xüsusiyyətləri özündə daşıyır. Belə ki, bir müddətdir insan və robot arasında münasibətlər mövzusunda iş aparan dizaynerin yeni robotu məhz bu hərəkətlərə əsaslanır.

    Sadə süni zəkaya sahib Deltu, insanlarla münasibət qurmaq üçün nəzərdə tutulub. Videodan da göründüyü kimi Deltu qarşısındakı rəqibinə uduzanda robot oyuna son verib fərqli işlərə yönəlir.

    Deltunun bu xüsusiyyətləri balaca bir uşağı xatırladır. Amma bunun hələ ki, başlanğıc model olduğunu nəzərə alsaq irəlidə daha nə yeniliklər olacağı maraq doğurur.

  • Qan nümunəsi götürmək üçün tibbi robot təqdim olunub

    Qan nümunəsi götürmək üçün tibbi robot təqdim olunub

    Ratqers UniversitetiMaunt-Sinay Tibb Kompleksi Universitetinin  tədqiqatçıları tərəfindən hazırlanmış tibbi robot dərini skan edir və vena damarlarını insanlardan daha yaxşı tapır. Bu, xəstələrdən qan nümunəsi götürərkən infeksiya və tromboz riskini azalda bilər.

    Tibbi robot

    Tibb personalı əllərində vena damarları görsənməyən xəstələrlə tez-tez qarşılaşırlar. Belə olan halda qan nümunəsi götürmək üçün vena damarlarını aşkar etməyə imkan verən ultrasəs aparatından istifadə olunur. Ancaq ultrasəs aparatından istifadə olunan hallarda belə bəzən ilk dəfədən vena damarına düşmək olmur.
     
    Qan nümunəsi götürmək üçün xüsusi tibbi robot iynəni idarə etmək üçün daxili ultrasəs texnologiyasından istifadə edir.
     
    Araşdırma nəticəsində məlum olub ki, robot 87% halda vena damarları zəif görünən xəstələrdən ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olub. Tədqiqatda 31 nəfər iştirak edib. Müqayisə üçün, tibb personalı 27%-60% halda ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olmur.
     

  • ABŞ kollecində fəlsəfə üzrə dərs keçən Bina48 adlı robot istifadəyə verilib

    ABŞ kollecində fəlsəfə üzrə dərs keçən Bina48 adlı robot istifadəyə verilib

    ABŞ-ın hərbi akademiyasında maraqlı təcrübi dərs keçirilib. Həmin təcrübi dərsdə Bina48 adlı robot tələbələrə fəlsəfə üzrə dərs keçib.

    Bina48

    ABŞ-ın hərbi akademiyasında maraqlı təcrübi dərs keçirilib. Həmin təcrübi dərsdə Bina48 adlı robot tələbələrə fəlsəfə üzrə dərs keçib. Fəlsəfə professoru William Barry artıq bir neçə ildir ki, Bina48 adlı robot ilə çalışır. Robotun köməyi ilə Barry öyrənmək istəyir ki, süni zəka tələbələrin maraqlarını itirmədən humanitar fənlər üzrə dərs keçə bilər yoxsa yox. Bina48 etik fəlsəfə üzrə hələki 2 seminar keçirdib. Həmin seminarlarda gələcək hərbi xidmətçilər etik normalar, ədalətli müharibə və süni zəkanın istifadəsi mövzularında müzakirələr aparıblar.

        Dərslərin keçirilməsindən öncə Bina48 robotuna dərs planı və müharibə nəzəriyyəsi üzrə məlumatlar yüklənib. Həmin məlumatlar əsasında robot dərs keçməklə yanaşı həmçinin tələbələrin suallarına da cavab verməyi bacarıb. “Dərsin keçirilməsindən öncə biz düşünürdük ki, bu, əyləncə xarakteri daşıyacaq. Təsəvvür edin ki, tələbələr keçirilən dərsləri qeyd etdikləri və robotun suallara cavab verdiyini görəndə mən necə də təəccüblənmişdim” – deyə William Barry bildirib.